Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ketlin Osmond
Ketlin Osmond (5 dekabr 1995, Meristoun[d], Nyufaundlend və Labrador) — Kanadanı təmsil edən fiqurçu. Ketlin Osmond 2014-cü ildə Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında gümüş medal (Komanda), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə qızıl (Komanda) və bürünc (Fərdi) medallara sahib olub. Osmond həm də 2018-ci ildə İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, 1965-cı ildə Petra Burhanın Dünya Çempionatının qalibi olmasından 45 il sonra bu uğura sahib olan növbəti Kanada idmançısı olub. Ketlin Osmond 2017–2018-ci illər mövsümündə ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. 2016-cı ildə Çin Qran-Prisinin gümüş, 2017-ci ildə Fransa Qran-Prisinin bürünc, 2012 və 2017-ci illərdə Kanada Qran-Prisinin qızıl, 2016-cı ildə isə Kanada Qran-Prisinin gümüş medallarına sahib olan Ketlin Osmond "Autumn Classic", "Finlandia Trophy" və "Nebelhorn Trophy" yarışlarının da qalibi olub. Ketlin Osmond həm də 2013, 2014 və 2017-ci illərdə Kanada Çempionatının qızıl medallarına sahib olub. Karyerası ərzində 37 yarışa qatılan Ketlin Osmond onların 11-də qızıl medal, 6-da gümüş medal, 6-da isə bürünc medal qazanıb. O, 2014-cü ildə Kanadanın "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edilib. == Həyatı == Ketlin Osmond 1995-ci il noyabrın 5-də Nyufaundlend və Labrador əyalətinin Meristoun şəhərində anadan olub.
Osmotik təzyiq
Osmotik təzyiq — termodinamik parametr; məhlulun saf həlledici ilə təmasda olduğu zaman həllolan maddə və həlledici maye molekullarının qarşılıqlı diffuziyası nəticəsində qatılığının azalmasına meylini xarakterizə edir. Məhlulla saf həlledici arasında membran qoyduqda yalnız birtərəfli diffuziya (membran həlledicinin məhlula osmotik sorulması) mümkündür. Sorulma nəticəsində məhlulun səviyyəsi yüksəlir və bu yüksəlmə qalxan maye sütununun hidrostatik təzyiqi həllolan maddənin osmotik təzyiqinə bərabərləşənədək(osmotik tarazılıq yarananadək) davam edir və məhlul tərəfdən əlavə osmotik təzyiq yaranır. Bu təzyiq birbaşa ölçülür. həllolan maddənin təsiri nəticəsində həlledici mayenin kimyəvi potensialı azalır. Termodinamik baxımdan bu, osmotik təzyiqin kimyəvi potensialını bərabərləşdirmək və sərbəst enerjinin daha aşağı səviyyələrinə keçmək meyli maddənin osmotik köçürülməsinə səbəb olur. İdeal və son dərəcə duru məhlulda osmotik təzyiq həlledici və həllolan maddələrin təbiətindən asılı deyil. Sabit temperaturda o yalnız kinetik elementlərin (məhlulun vahid həcmindəki ionların, molekulların, kolloid hissəciklərinin) sayı ilə təyin olunur. Osmos — məhlulu saf həlledicidən, yaxud müxtəlif qatılıqda 2 məhlulu bir-birindən ayıran arakəsmədən maddələrin birinin diffuziyası. A. Məhərrəmov, M. Allahverdiyev və b.
Smor
Smor- ABŞ və Kanadada populyar olan istirahət düşərgələrində tonqal ətrafında hazırlanan qəlyanaltı növü. İki parça qraham peçenyesi arasında tonqalda közərdilmiş zefir və şokolad parçasından ibarətdir. Hər il avqustun 10-u Milli Smor Günü olaraq qeyd edilir.
Osmos təzyiqi
Osmos təzyiqi — Vant-Hoff (1887) qanunu ilə xarakterizə olunur. Həll olan maddə hissəciklərinin təmiz həllediciyə və əksinə, su molekullarının məhlula keçməsi hadisəsi diffuziya adlanır. Aralarında diffuziya hadisəsi müşahidə edilən müxtəlif qatılığa malik iki məhlul və ya məhlul ilə saf həlledici arasında su molekullarını özündən buraxan, lakin həll olan maddə molekullarını buraxmayan yarımsızdırıcı arakəsmə qoyularsa (yarımsızdırıcı arakəsmə üzvi və qeyri-üzvi mənşəli ola bilər) bir tərəfli diffuziya baş verər. Yəni, yalnız su molekulları məhlula keçə bilir. İlk dəfə 1748-ci ildə müşahidə edilən bu proses osmos adlandırılmışdı. Arakəsmə ilə iki yerə bölünmüş qabın bir hissəsinə məhlul, o biri hissəsinə su tökülür. Təcrübənin əvvəlində hər iki mayenin səviyyəsi eyni olur.Osmos prosesinə əsasən su molekullarının arakəsmədən məhlula keçməsi nəticəsində müəyyən müddətdən sonra məhlulun səviyyəsi müəyyən dərəcədə qalxır; suyun səviyyəsi isə müvafiq surətdə aşağı düşür. Su molekullarının arakəsmədən məhlula keçməsi nəticəsində yaranan təzyiq, osmos təzyiqi adlanır. Suyun məhlula keçməsi və bunun nəticəsində məhlulun səviyyəsinin artması müəyyən həddə qədər, yəni məhlul sütununun hidrostatik təzyiqinin osmos təzyiqi ilə bərabərləşməsinə qədər davam edə bilər. Osmos təzyiqi məhlulun qatılığıartdıqca artır.
Aşmor və Kartye adaları
Aşmor və Kartye adalarının əraziləri (ing. Ashmore and Cartier Islands) — İndoneziyanın Roti adasının cənubunda, Avstraliya kontinental şelfinin sonunda, 12°14'S koordinatlarında yerləşən Hind okeanında yaşayan kiçik tropik adaların iki qrupu. Adaların ümumi sahəsi 199 km² (torpaq - 114,400 m²). 1931-ci ildən Avstraliyanın Xarici Ərazisi. 1983-cü ilin avqustunda milli qoruq elan edildi. == Xarici keçidlər == "Ashmore and Cartier Islands". Geoscience Australia (ingilis). 2004-01-28. 2008-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.