Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elinor Ostrom
Elinor Ostrom (ing. Elinor Ostrom; 7 avqust 1933[…], Los-Anceles, Kaliforniya – 12 iyun 2012[…], Bluminqton[d], İndiana) — amerikalı siyasətçi, alim və iqtisadçı. "Xüsusilə ictimai malların, iqtisadi baxımdan nəzarət edilməsi və istifadəsinin analizi" mövzusunda apardığı tədqiqatlarına görə 2009-cu ildə Oliver Uilyamson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatını qazanan ilk qadın alimdir. == Həyatı == Elinor Ostrom ABŞ-nin İndiana ştatında yaşamışdır. Həm İndiana Universitetində, həm də Arizona Dövlət Universitetində eyni zamanda dərs demişdir. İndiana Universitetində "seçkin professor" fəxri adı daşımaqdadır. Tempidə yerləşən Arizona Dövlət Universitetində Araşdırma Professoru və Kooperativ Fərqlilik etüd Mərkəzinin qurucu direktoru vəzifəsini icra etmişdir. == Əsərləri == 1990: "Governing the Commons: The Evolution of Institutions for Collective Action". 1993: "Institutional Incentives and Sustainable Development: Infrastructure Policies in Perspective", Lari Şroder və Susan Uayni ilə birlikdə.
Ostrax
Ostrax (alm. Ostrach‎) — Almaniyanın Baden-Vürtemberq əyalətində bir bələdiyyə. Ostrax bələdiyyəsi Tübingen inzibati dairəsi tərəfindən idarə edilir. Əhalisi 31 dekabr 2010-cu ildə 6714 nəfərdən ibarət idi. Ərazisi 108,93 km²-dir. Rəsmi kodu — 08 4 37 086. Bələdiyyə 9 mahaldan ibarətdir. Ostraxlıların əsas dini Katoliklikdir, bələdiyyədə 7 keşiş məhəlləsi fəaliyyət göstərir. Hərbi tarixdə Ostrax bələdiyyəsi Fransa və Avstriya arasında 21 mart 1799-cu ildə olan döyüşündən sonra yer aldı. Rəsmi sayt.
Everett Şostrom
Everett Şostrom (13 dekabr 1921 və ya 1921 – 8 dekabr 1992, Santa-Ana, Kaliforniya) — amerikalı Everett Şostrom (1921–1992) Amerikalı psixoloq, yazar və prodüser. Amerikan Psixoloji Assosiasiyasının prezidenti olub. 10 bitik müəllifidir. "Anti Karneqi və ya insan manipulyator" adlı kitabı milyonlarla insana özünə inam qazanmaqda kömək edib. E. Şostrom manipulyativ insan xarakterlərinin bölgüsü və özünüinkişaf konsepsiyasının yaradıcılarından biri olmuşdur.
Mark Stronq
Mark Stronq (ing. Mark Strong, doğulanda Marko Cüzeppe Salussolia, İslinqton, London, 5 avqust 1963) — İtalyan əsilli İngilis aktyoru, BAFTA TV (2004) və Toni (2016) mükafatları üçün namizəd göstərilib. "Şerlok Holms", "Kick-ass", "Yalanların cəmi", "Rock and Roll", "Stardust", "Robin Hood", "Casus, Get Out!", "İmitasiya oyunu", "Kinqsman: Məxfi xidmət" və "Kinqsman: Qızıl dairə" filmlərindəki rolları ilə məşhurdur. == Həyatı == Mark Stronq (doğulanda Marko Cüzeppe Salussolia) 5 avqust 1963-cü ildə Londonun İslinqton səmtində italyan-avstriyalı ailədə anadan olmuşdur. Anası oğlunun həmyaşıdları ilə ünsiyyətini asanlaşdırmaq üçün adını rəsmi olaraq dəyişdirmişdir. Əvvəlcə London Royal Holloway Universitetində, daha sonra Bristol Old Vic teatr məktəbində oxumuşdur. İlk rolunu məşhur aktrisa Helen Mirrenlə "Əsas şübhəli" serialında oynamışdır. Son diqqət çəkən rolları arasında "Şerlok Holms"da Lord Blakvud, "Yaşıl fanar"da Taal Sinestro, "Kick-ass"da Frank De Amiqo, "Robin Qud"da, Ser Qodfri, "Xəfiyyə rədd ol!"da Jim Prido, Merlin "Kinqsman: Məxfi xidmət"də, "İmitasiya oyunu"da Mİ-6 rəhbəri Stüart Mezisdi. Əksər filmlərdə Stronq praktik olaraq tanınmazdır, çünki hər rol üçün görünüşünü dəyişdirir: Stardust "Tristan və İzolda" da uzun saçlı, "Robin "Qud"da və "Kinqsman dilogiyası"nda keçəl, "Rok and Roll", "Şerlok Holms" filmlərində saçlıdır. "Warhammer 40,000: Space Marine" video oyununda Ultramarine Order Titusun kapitanı, "Eisenhorn"da İnkivizitor Qreqor Eisenorn, "Total War: Rome II"-də proloqun qəhrəmanı General Silanı səsləndirmişdir.
Ostrya mandshurica
Ürəkyarpaq vələs (lat. Carpinus cordata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. Azərbaycanda pip adi ilə məşhurdur. Carpinus erosa Blume Ostrya mandshurica Budischtschew ex Trautv.
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Paralio Astros
Paralio Astros (yun. Παράλιο Άστρος) – Yunanıstanda şəhər.
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
A. M. Ştrom binası
A. M. Ştrom binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən bina. Tarixi və mədəni əhəmiyyət daşıyan bina. Yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Bolşoy Sadovnaya küçəsi 89 ünvanında yerləşir. Binanın layihə müəllifi Leonid Fyodoroviç Eberq olmuşdur. == Tarixi == XX əsrdə inşa edilmişdir. Rostov-ba-Donu şəhəri Bolşoy Sadovnaya keçəsi, ev 89 ünvanında yerləşir. Binanın layihə müəllifi Leonid Fyodoroviç Eberq 1910-cu illərdə hələ profesional fəaliyyətə yenicə qoşulmuşdu. 1911-ci ildə Leonid Fyodoroviç Eberq Moskva uçilişini bitirmişdi.