Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ondatra zibethicus
Ondatra zibethicus, müşk siçovulu (lat. Ondatra zibethicus) — ondatra cinsinə aid heyvan növü. Ondatra gəmiricilər dəstəsinin çöl siçanları yarımfəsiləsindən məməli heyvan növüdür. Bədəninin uzunluğu 35 sm-dək, quyruğu 28 sm-dək, kütləsi 1,5 kq-dək olur. Xəzi sıx, rəngi tünd-qəhvəyidən qaraya qədər olur. Erkəklərin qasıq vəziləri çoxalma dövründə tərkibində müşk olan sekret ifraz edir. Şimali Amerikada su hövzələrinin və bataqlıqların sahilində yaşayır. Avropaya bir neçə dəfə gətirilmiş və bütün Avrasiyaya, hətta subarktikaya da yayılmışdır; çay subasarları vasitəsilə Kiçik və Ön Asiyaya, Monqolustana, Çinə və Koreyaya qədər gedib çatmışdır. Yuva qazır, yaxud yediyi su bitkilərinin qalıqlarından, gövdə, budaq, yarpaq və köklərindən daxmacıq düzəldir. İldə 1-dən 3-4 dəfəyədək balalayır.