Ondatra zibethicus

Ondatra zibethicus, müşk siçovulu (lat. Ondatra zibethicus) — ondatra cinsinə aid heyvan növü.

Ondatra zibethicus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ondatra gəmiricilər dəstəsinin çöl siçanları yarımfəsiləsindən məməli heyvan növüdür.

Bədəninin uzunluğu 35 sm-dək, quyruğu 28 sm-dək, kütləsi 1,5 kq-dək olur. Xəzi sıx, rəngi tünd-qəhvəyidən qaraya qədər olur. Erkəklərin qasıq vəziləri çoxalma dövründə tərkibində müşk olan sekret ifraz edir. Şimali Amerikada su hövzələrinin və bataqlıqların sahilində yaşayır. Avropaya bir neçə dəfə gətirilmiş və bütün Avrasiyaya, hətta subarktikaya da yayılmışdır; çay subasarları vasitəsilə Kiçik və Ön Asiyaya, Monqolustana, ÇinəKoreyaya qədər

gedib çatmışdır. Yuva qazır, yaxud yediyi su bitkilərinin qalıqlarından, gövdə, budaq, yarpaq və köklərindən daxmacıq düzəldir. İldə 1-dən 3-4 dəfəyədək balalayır. Mühüm ov obyektidir (xəzindən, bəzən də ətindən istifadə olunur). ABŞ-də ətindən konserv hazırlanır. Bəzən suvarma sistemlərinə, dambalara və bəndlərə zərər vurur. Tulyaremiya və paratif törədiçilərinin təbii daşıyıçısıdır.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. ASE, VII cild, səh. 348