Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan Ordusuna Yardım Fondu
Azərbaycan Ordusuna Yardım Fondu - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə təşkil edilən qurum. Fond Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli 1204 nömrəli Fərmanı ilə Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ləğv edilib. Silahlı Qüvvələrə Yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsait Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülüb. == Haqqında == Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır. === Vəzifəsi === Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. == Fəaliyyəti == === İanələr === 2020-ci il sentyabrın 27-si İkinci Qarabağ müharibəsi başladıqdan sonra fonda bir çox şirkətlər vəsait köçürmüşdülər. Təkcə müharibə dövründə Fonda hüquqi şəxslər tərəfindən 47 milyon 670 min 193 manat məbləğində vəsaitin köçürülməsi qeydə alınmışdır.