Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dana Reyznietsa-Ozola
Dana Reyznietsa-Ozola (latış. Dana Reizniece-Ozola‎; doğ. 6 noyabr 1981, Kuldiva, Latviya SSR, SSRİ) — Latviya şahmatçısı, qrosmeyster (2001) və siyasətçi, Latviya Seyminin (Latviya Parlamenti) deputatı. Latviyanın keçmiş iqtisadiyyat naziri (2014—2016). Latviyanın hazırkı maliyyə naziri (2016-cı ildən). == Şahmat karyerası == 1998 və 1999-cu illərdə qızlar arasında şahmat üzrə Avropa çempionatında (U-18) qalib olub. Həmçinin qızlar arasında dünya çempionatında iki gümüş medal qazanıb — 1995 (U-14) və 1998-ci ildə (U-18). Qadınlar arasında şahmat üzrə Latviya çempionatında dörd dəfə birinci olub — 1998 (əlavə oyundan sonra), 1999 (turnirdəki bütün oyunlarını udaraq çempionat tarixində ən yaxşı nəticə göstərib), 2000 və 2001-ci illərdə. Səkkiz dəfə Latviyanı qadın şahmat olimpiadalarında təmsil etmişdir (1998, 2000, 2004, 2006, 2010, 2012, 2014, 2016). Reyznietsa-Ozola olimpiadalar zamanı həmişə birinci lövhədə oynayırdı.