Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Nikole Oliva
Oliva donanma müharibəsi
Oliva donanma müharibəsi — Polşa-İsveç müharibəsi zamanı 28 noyabr 1627-ci ildə Oliva kəndinin yaxınlığında Qdansk limanının şimalında baş vermişdi. Bu Polşa kral donanmasının ən böyük dəniz döyüşü idi və kiçik İsveç donanmasının məğlubiyyəti ilə nəticələndi.
Tivat Beynəlxalq Hava Limanı
Tivat Beynəlxalq Hava Limanı (serb. Аеродром Тиват) — Tivat şəhərindən 4 km aralıda yerləşən beynəlxalq hava limanı. Monteneqronun iki beynəlxalq hava limanından biri. Tivat hava limanı İkinci Dünya müharibəsindən sonra hərbi və mülki paraşutçuların hazırlanması məqsədi ilə inşa edilmişdir. 1 may 1957-ci ildə Tivat hava limanı rəsmən açılır. Artıq 15 iyun 1957-ci ildə Belqrad-Tivat—Belqrad reysləri təşkil edilir. 1968-ci ildən etibarən isə bütün Belqrad, Zaqreb və Skopye reysləri DC-3 və İl-14 təyyarələri ilə həyata keçirilir. 1968 - 1971-ci illərdə hava limanında yeni 2500 m × 45 m olan eniş-uçuş zolağı inşa edilir. Modernləşdirilmiş «Tivat» hava limanı rəsmən 25 sentyabr 1971-ci ildə açılır. Hava limanının xarakterinə görə uçuşların 80 %-dən çoxu yay turizm mövsümündə baş tuturdu.