Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şiniçiro Otsuka
Şiniçiro Otsuka (大塚真一郎) və ya qələm adı ilə GASHIN – Yaponiya illüstratoru və videooyun personajı dizayneri. == Həyatı == Yaponiyanın Kumamoto prefekturasının eyniadlı paytaxtında anadan olmuşdur. == Fəaliyyəti == Müəllifin ən tanınan işi "Re:Zero -Starting Life in Another World-" ranobe seriyasıdır. Bu ranobe əsasında istehsal olunmuş "Re:Zero -Starting Life in Another World- EX" adlı yan hekayə ranobesinin illüstratorudur. Bundan əlavə, ranobe seriyası əsasında 2016-cı ildə çəkilmiş 25 seriyalıq anime adaptasiyasının və "Re:Zero ~Starting Break Time From Zero~" adlı speşlın orijinal personaj dizayneri olmuşdur. 23 sentyabr 2017-ci ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən illüstratorun müəllifi olduğu "Re:Zero − Starting Life in Another World: Shinichirou Otsuka Art Works Re:BOX" adlı art kitabı buraxılacaq. İllüstrator həmçinin Banpresto tərəfindən istehsal olunmuş "Summon Night: Swordcraft Story" (2003) və Spike Chunsoft tərəfindən PlayStation Portable studiyası tərəfindən istehsal olunmuş "CONCEPTION" (2012, 2013) videooyunlarının personaj dizayneri olmuşdur. 2016-cı ildə Newtype Anime Mükafatının "Ən yaxşı orijinal personaj dizayneri" nominasiyasında 3-cü yeri tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şiniçiro Otsuka Twitter-də.