Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şiniçiro Otsuka
Şiniçiro Otsuka (大塚真一郎) və ya qələm adı ilə GASHIN – Yaponiya illüstratoru və videooyun personajı dizayneri. Yaponiyanın Kumamoto prefekturasının eyniadlı paytaxtında anadan olmuşdur. Müəllifin ən tanınan işi "Re:Zero -Starting Life in Another World-" ranobe seriyasıdır. Bu ranobe əsasında istehsal olunmuş "Re:Zero -Starting Life in Another World- EX" adlı yan hekayə ranobesinin illüstratorudur. Bundan əlavə, ranobe seriyası əsasında 2016-cı ildə çəkilmiş 25 seriyalıq anime adaptasiyasının və "Re:Zero ~Starting Break Time From Zero~" adlı speşlın orijinal personaj dizayneri olmuşdur. 23 sentyabr 2017-ci ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən illüstratorun müəllifi olduğu "Re:Zero − Starting Life in Another World: Shinichirou Otsuka Art Works Re:BOX" adlı art kitabı buraxılacaq. İllüstrator həmçinin Banpresto tərəfindən istehsal olunmuş "Summon Night: Swordcraft Story" (2003) və Spike Chunsoft tərəfindən PlayStation Portable studiyası tərəfindən istehsal olunmuş "CONCEPTION" (2012, 2013) videooyunlarının personaj dizayneri olmuşdur. 2016-cı ildə Newtype Anime Mükafatının "Ən yaxşı orijinal personaj dizayneri" nominasiyasında 3-cü yeri tutmuşdur. Şiniçiro Otsuka Twitter-də.
Leonid Osıka
Leonid Mixayloviç Osıka (ukr. Леоні́д Михайлович Осика; 8 mart 1940, Kiyev – 16 sentyabr 2001, Kiyev) — ukraynalı kinorejissor və ssenari müəllifi. «Ukrayna poetik kinosu» dövrünün nümayəndələrindəndir. Ukrayna SSR əməkdar incəsənət xadimi (1988). Ukrayna xalq artisti (1998). == Həyatı == Leonid Osıka Kiyevdə anadan olmuşdur. 8-ci sinifi bitirdikdən sonra Odessa Teatr Rəssamlıq Məktəbində qrimçi rəssam-portret rəssamı bölməsində təhsil almışdır. Odessa məktəbini bitirdikdən sonra (1959) Leonid Osıka Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq istəyirdi, lakin müsabiqədən keçə bilməmişdi. Bundan sonra o, Kiyevə qayıdır və Karpenko-Karıy adına Kiyev Milli Teatr, Kino, Televiziya İnstitutunda qrim üzrə müəllim kimi işləməyə başlayır. Bir il sonra ÜDKİ-nin rejissoru Sergey Gerasimovdan məktub gəlir.