Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Omfasit
Omfasit — mineral, monoklinik piroksen, (Ca, Na)(Mg, Fe2+, Fe3+,Al)[Si2O6]. Omfasit Si, Al, Na-la zənginliyi ilə fərqlənir. Əsas etibarilə eklogitlərdə; Omfasit yaxın piroksen qranat-amfibol-skapolitli qneys­­lərdə məlumdur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ottavia Pikkolo
Ottavia Pikkolo (it. Ottavia Piccolo; 9 oktyabr 1949) — İtaliya televiziya və kino aktrisası. İtaliyanın Bolsano şəhərində anadan olmuşdur. İlk rolunu 13 yaşında Fyodor Dostoyevskinin Bəyaz gecələr povestinin tamaşa qoyulmasında oynamışdı. Rejissoru Vittorio Cottaffavi idi. Əsasən serial və şoularda çıxış edirdi. Həmçinin konda da rol alırdı. Öz geniş şöhrətini Serafino filmində, Lidia rolu ilə qazanmışdır. 1980-ci illərdən 1990-cı illərə kimi yalnız televiziyada çıxış edirdi. Sonuncu rolu, 2004-cü ildə çəkilən («Tu la conosci Claudia?») filmində olur.
Ottavio Rinuççini
Otavio Rinuççini (it. Ottavio Rinuccini, 20 yanvar 1562, Florensiya – 28 mart 1621[…], Florensiya) — italyan şairi və librettoçu. Yaradıcılıq illəri İntibah dövrünün sonu və Barokko erasının əvvəlinə təsadüf etmişdir. O, I Ferdinand və Kristina Lotarinqiyalının toyunda səslənən La pellegrina əsəri üçün mətinlər yazmışdır. Bundan başqa o, Yakopo Perinin "Dafna" və "Evridika", Culio Kaççininin "Evridika", Klaudio Monteverdinin "Ariadna" və "Nankör qadınların rəqs gecəsi", Marko de Qalyanonun "Dafna" operaları üçün mətnlər yazmışdır. Grout, Donald Jay; Williams, Hermine Weigel (1988). A Short History of Opera. New York: Columbia University Press. ISBN 0-231-06192-7. Leopold, Silke (1991) [1982].
Fabriza D'Ottavio
Fabriza D'Ottavio (d. 3 fevral 1985) — İtaliyanı təmsil edən bədii gimnast. Fabriza D'Ottavio İtaliyanı 2004 Afina, 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Fabriza D'Ottavio 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Fabriza D'Ottavio növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Dataşit (məlumat vərəqi)
Texniki spesifikasiya, məlumat kartı, məlumat vərəqi (ing. datasheet) — məhsulun, materialın, komponentin (məsələn, elektron) və ya alt sistemin texniki xüsusiyyətlərini özündə birləşdirən və layihə mühəndisi tərəfindən istifadə üçün nəzərdə tutulmuş sənəd. İstehsalçı şirkət tərəfindən yaradılır. Xüsusi xüsusiyyətlərin siyahıları verilir. Mənbə kodu varsa, o, sənədin sonunda və ya ayrıca faylda yerləşir.
Annallar (Tasit)
"Annallar" (lat. Annales) orijinal başlığı – "İlahi Avqustun ölümündən" (lat. Ab excessu divi Augusti) — Roma tarixçisi və senatoru Tasitin Roma imperiyasının b.e. 14–68-ci illərindən, yəni Tiberinin hakimiyyəti dövründən Neronun hakimiyyəti dövrünə qədərki tarixi haqqında yazdığı əsər. "Annallar" b.e. I əsrində Roma imperiyasının tarixinin başa düşülməsi üçün mühüm mənbədir. Bu, Tasitin son əsəridir və müasir tarixçilər ümumiyyətlə onu onun ən böyük yazısı hesab edirlər. Tarixçi Ronald Mellor bunu "Roma tarixi yazısının zirvəsini" təmsil edən "Tasitin pik nailiyyəti" adlandırır. Tasit "Tarix" and "Annallar" birlikdə 30 kitabdan ibarət idi. Bəzi alimlər bəzi kitabların hansı əsərə aid edilməsi ilə bağlı fikir ayrılığına düşsələr də, ənənəvi olaraq 14-ü "Tarix"ə, 16-sı isə "Annallar"a aid edilir.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 2011 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Tasit Korneli
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Publi Korneli Tasit

90-cı illərin ortası
90-cı illərin ortası (ing. mid90s) — Cona Hillin rejissorluğu ilə 2018-ci ildə çəkilmiş müstəqil film. Bu aktyorun rejissorluq debütüdür. O, özünün 1990-cı illərdə yaşadığı uşaqlıq həyatını filmə qatmışdır. Film 90-cı illərdə Los-Ancelesdə yaşayan 13 yaşlı skeytbordçu oğlandan bəhs edir.