Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suxoy S-70 Oxotnik
Suxoy S-70 Oxotnik (Rusca: Сухой С-70 “Охотник”, hərfi tərcüməsi “Ovçu”), həmçinin “Oxotnik B” adı ilə də tanınır. Suxoy şirkəti tərəfindən istehsal edilmiş olan Rusiya mənşəli Stels texnologiyası ilə hazırlanmış altıncı nəsil pilotsuz uçuş aparatıdır.. Bu texnika daha əvvəl Mikoyan şirkəti tərəfindən istehsal edilən Mikoyan Skatron pilotsuz uçuş aparatının texnologiyası əsasında hazırlanmış və Beşinci nəsil qırıcı olan Suxoy Su-57 təyyarəsindən bəzi texnologiyaları da, özündə birləşdirmişdir. İlk uçuşunu 3 avqust 2019-cu ildə həyata keçirmişdir. 2020-ci ildən sonra istifadə edilməsi planlaşdırılır. Hal-hazırda 1 ədəd prototip modeli istehsal edilmişdir. Layihə 2017-ci ildən başlamışdır. Layihənin dəyəri 1.6 milyon Rusiya rublu dəyərindədir. == İnkişaf == Oxotnik, Suxoy şirkətinin Rusiya Müdafiə Nazirliyi tərəfindən yeni ağır kəşfiyyat və hücum məqsədi ilə istifadə ediləcək pilotsuz uçuş aparatı layihəsinin icraçısı kimi seçildiyi 2011-ci ildən etibarən inkişaf etdirilir. Yeni PUA əvvəlki Mikoyan Skat PUA proqramının məlumatları əsasında MiG və Suxoy şirkətləri tərəfindən birlikdə hazırlanır.
Botnik dənizi
Botnik dənizi - Şimalda Botnik körfəzi ilə Şimali Kvarken boğazı, cənubda Aland dənizi və Arxipelaq dənizi ilə isə Cənubi Kvarken boğazı vastəsilə birrləşir. Bir çox mənbələrdə dəniz Botnik körfəzinin akvatoriyası hesab edilir və dəniz hesab edilmir. Şərqdə Finlandiyanın qərbi, qərbdə isə İsveçin şərq hissəsini yuyur. Dənizin sahəsi 79,000 km² təşkil edir. Maksimum dərinliyi 230 m, orta dərinlik 68 metrdir. Həcmi 4,340 km³, uzunluğu 350 km təşkil edir. Sahillərində Rauma və Rari (Finlandiya), Gövle və Sundsvall (İsveç) şəhərləri yerləşir. Ən iri limanları Umea (İsveç) və Vaasa (Finlandiya).
Yelena Sotnik
Yelena Sotnik (ukr. Олена Сергіївна Сотник, 21 dekabr 1982, Kiyev) — ukraynalı vəkil, siyasətçi, «Samopomoş» partiyasından Ukrayna Radasının VIII çağırış deputatı. == Təhsili == 2005-ci ildə Ukraynanın Milli Daxili İşlər Akademiyasını bitirib, "Hüquqşunaslıq" ixtisası üzrə diplom alıb. Eyni ildə "Bələdiyyə İdarəşiliyi Akademiyasını" fərqlənmə diplomu ilə bitirir "Menecer-iqtisadçı" ixtisasına yiyələnir. 2011—2012-ci illərdə Ukrayna siyasi araşdırmalar məktəbində təhsil alır (Avropa İttifaqının Ukraynadakı layihəsi). 2012-ci ildə M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin «Psixologiya» fakultəsini bitirir. == Karyera == 1999—2001: "Faktlar və Şərhlər" qəzetinin sosial siyasət və təhsil bölməsinin müxbiri. 2004: «Svema» müəssəsinin Şostka şəhərindəki baş hüquq konsulu. 2005: "SD LTD" ASC-nin hüquq şöbəsinin müdiri. 2006: «Solodko və Həmkarları» hüquq bürosunun icraçı direktoru.