Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Novak Cokoviç
Novak Cokoviç (serba: Новак Ђоковић; 22 may, 1987, Belqrad, Serbiya) — serb tennisçi, hal-hazırda dünyanın 1 nömrəli tennisçisidir. == Karyerası == Novak Cokoviç — 2008 Avstraliya Açıq çempionu Serb tennisçi; 2007 Amerika Açıq finalisçısı; 2007 və 2008 Roland Garros (Fransa Açıq) və 2007, 2010 Uimbldon yarım finalçısı, dünyanın Rafael Nadal və Roger Federerdən sonra 3 nömrəli tennisçisi. Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi. 2008-ci il Indian Vells çempionu. 2007-ci ildə Federeri məğlub edə bilən bir neçə tennisçidən biri. 2007 ili onun üçün bir yüksəliş ili saymaq olar. 2007-də ən böyük uğurunu Amerika Açıq Tennis turnirindəki ikinciliyi olmuşdur. Bu uğurdan əlavə 2007-ci ildə Roland Garros və Uimbldon turnirinlərində yarım final oynamağı isə onun nə qədər qabiliyyətli bir tennisçi olduğunu göstərməkdədir. 2008-ci ildə Avstraliya Açıq Tennis Turnirini Co-Vilfred Tsonqanı 4 setə məğlub edərək qazanmışdır (bu turnirdə bir set məğlub olmuşdur). Bu çempionluqla tarixdə Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi olmuşdur.