Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mariya Korazon Aquino
Mariya Korazon Aquino (1933-2009) - O, 1986-cı ildə Ferdinand Markosun avtoritar rejimini demokratik rejimlə əvəz edən Xalq Gücü İnqilabına başçılıq etməsi ilə yaddaşlarda iz buraxdı. 1986-cı ildə “Time” jurnalı onu “İlin Qadını” adlandırdı. O, Filippinin ilk qadın prezidenti oldu. “Time” jurnalı zorakılığa qarşı fədakarlığını nəzərə alaraq onu “Demokratiyanın Müqəddəsi” adlandırmışdı. Filippinlilərin çoxu onu demokratiya ikonası kimi qəbul edir. “Time” jurnalı 1999-cu ildə onu XX yüzilliyin “20 ən nüfuzlu Asiyalı”sı siyahısına daxil etdi. 2002-ci ildə o, Asiyanın lider biznes məktəbi olan Asiya Menecment İnstitutu İdarə Heyətinə təyin olunmuş ilk qadın oldu. 2006-cı ildə isə “Time” jurnalı onu “Asiyanın 65 qəhrəmanı” siyahısına daxil etdi. 1994-cü ildə Kaliforniyada Qeyl Meyer Rolka tərəfindən çap olunan “Dünya tarixini formalaşdıran 100 qadın” kitabına onun da adı salındı. Filippinlilərin “Tita Kori” (Kori Xala) adlandırdıqları bu qadın adını Filippin tarixinə qızıl hərflərlə yazmış Prezident Mariya Korazon Aquinodur.