Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Padova
Padua (lat. Pàdoa) — İtaliyaın şimal-şərq seqmentində, Veneto Bölgəsinə bağlı Padova vilayətinin mərkəz şəhəri. Bacchiglione çayı sahilində yerləşir. 312 000 əhalisi var. Əfsanəyə görə Troyalı qəhrəman Antenor tərəfindən qurulan şəhər Roma dövründə Patavium adıyla adlandırıldı. Romalı tarixçi Liviusa görə adı qeydlərə ilk dəfə e.ə. 302də keçmişdi. Şair Dante bir müddət Padovada yaşamışdı. 1318də Karrara ailəsinin rəhbərliyinə girən şəhər 1405-1797 arasında Venesiya Respublikasının, 1815-1866 arasında da Avstriyanın suverenliyində qalmışdı. İtaliyanın müstəqilliyini məqsəd qoyan Risorgimento (Yenidən Yüksəliş) hərəkətində əhəmiyyətli rol oynadı.
Alla Panova
Alla Vasilyevna Panova (rus. Алла Васильевна Панова) — Sovet aktrisası. == Həyatı == Alla Panova 22 dekabr 1948-ci ildə anadan olmuşdur. Voronejdə təhsil almış, 1966-cı ildə 23 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Şepkin adına Teatr məktəbindən məzun olmuş, kinoda ilk rolunu 1973-cü ildə, sonuncu rolunu isə 1979-cu ildə ifa etmişdir. Hazırda Moskva şəhərində yerləşən "Yeni opera" teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Roza Papova
Roza Papova (bolq. Руска Михайлова Мануилова 1879, Sofiya, Bolqarıstan knyazlığı – 11 aprel 1949) — Bolqar teatr aktrisası, rejissor və teatr xadimi. 1879-cu ildə Sofiyada anadan olub. 15 yaşında gələcək əri ilə görüşür və 16 yaşında onlar gizli şəkildə evlənirlər. Orta məktəbdə Roza "Zora" mobil teatr truppasına daxil olur. Teatr sənətini aktyor və rejissor Konstantin Sapunovdan öyrənir. 1897-ci ildə Veliko Tırnovo şəhərində "Səmimi dostluq" pyesində Sofiya rolu ilə səhnəyə çıxır. Daha sonra ərinin rəhbərlik etdiyi teatr truppası ilə səyahət edir. 1900-cü ildən 1902-ci ilə qədər "Gözyaşları və Gülüş" truppasında, həmçinin M. Stojkoviçin xorvat teatr truppası tərkibində çıxış etmişdir. 1900-cü ildən Vratsadan olan bir fanat, 25 yaşlı müəllim və şair Todor Boqdanov tərəfindən gizli bir şəkildə təqib edilmişdir.
İlona Çakova
İlona Çakova (çex. Ilona Csáková, 1 oktyabr 1970-ci ildə Heb) — 1998-ci ildə 10 solo albom çıxararaq və Çexiya Respublikasının ən çox albom satan pop-müğənnisi oldu. Česko hledá SuperStar musiqi şousunda münsiflər heyətinin üzvüdür. Xebe şəhərində anadan olmuşdur. Atası macar, anası isə rumındır. Hələ uşaq olarkən «Kəpənəklər» musiqi ansamblında ifa edirdi. Gitarada ifaçılığı belə oyrənmişdir. Səhnədə ilk debutunu 1985-ci ildə «Alotriop» qızlar qrupunda etmişdir. 1980-ci illərdə məktəb imtahanlarını verir və «Laura A Její Tygři» qrupuna daxil olur. Bu qrup Bolqarıstan, Almaniya və Fransaya qastrol səfərləri təşkil etmişdir.
Vera Panova
Vera Fedorovna Panova (rus. Ве́ра Фёдоровна Пано́ва; 7 (20) mart 1905, Rostov-na-Donu, Don Voysko vilayəti[d] – 3 mart 1973[…], Leninqrad) — Rus sovet yazıçısı və dramaturqu. Üç Stalin mükafatı laureatı (1947, 1948, 1950). Vera Fedorovna Panova 7 mart 1905-ci ildə Rostovda bank işçisinin ailəsində anadan olub. Atası Rostovda ən varlı tacir ailəsi sayılan Qribanovların nümayəndəsi idi. O, tacirlər gildiyasına mənsub idi. Lakin XX əsrin əvvəllərində müflis olmuş və şəhər bankında maliyyə işlərinə baxaraq çörək pulu qazanırdı. Veranın beş yaşı olanda ailə başçısı qeyri-müəyyən şəraitdə suda boğularaq öldü. Anası uşaqları tək böyütməyə məcbur oldu. İdarə işçisinin maaşı (anasının təhsilinin musiqi müəllimi olmasına baxmayaraq) və bankın ailə başçısı olmayan qadınlara ödədiyi təqaüd hesabına ailəni dolandırmağa güclə yetirdi.
Violeta Yakova
Violeta Yakova (bolq. Виолета Якова; 2 iyun 1923 – 18 iyun 1944) — partizan və Bolqarıstan Kommunist Partiyasının üzvü. Partizan kimi kod adı "İvanka" olan Yakova Bolqarıstan Polisinin rəisi Atanas Pantevin və general-leytenant Xristo Lukovun qətli də daxil olmaqla əməliyyatda olan bir neçə alman və bolqar hərbi zabitinin qətlində iştirak edib. O, Bolqarıstan hökumətinin polisi tərəfindən həbs edilmiş və 1944-cü ilin iyununda Radomir şəhərində polislə toqquşma zamanı yaralandıqdan sonra Bolqarıstan hökuməti tərəfindən dövlətə xəyanətə görə edam edilmişdir. Violeta Yosifovna Yakova Bolqarıstanın Dupnitsa şəhərində, səfərad yəhudisi ailəsində anadan olub. Onun atası, kiçik bir tacir olan Yosef Yakov o dünyaya gəlməzdən əvvəl ölüb. Birinci Dünya müharibəsindən sonra Bolqarıstanda yaranmış ağır iqtisadi vəziyyət bir çox yəhudi ailəsinin nisbətən kiçik şəhərlərdən daha böyük əhali mərkəzlərinə köç etməsinə səbəb olmuş və bu şəraitdə onun ailəsi də paytaxt Sofiyaya köçmüşdür. Violeta tikiş tikməyi öyrənmiş və dərzi şagirdi kimi işə götürülmüşdür. 1930-cu illərin sonlarında və İkinci Dünya müharibəsi zamanı faşizmin və antisemitizmin yüksəlişi ilə birlikdə Bolqarıstan rejiminin də Berlin-Roma-Tokio xətti ilə tərəfdaşlığı bir çox gənc bolqar yəhudisi üçün sol və antifaşist təşkilatlara bağlılığı artırmışdı. Yakova da 1939-cu ildə Bolqarıstan Kommunist Partiyasının gənclər təşkilatına qoşulmuşdu.