Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Kazimir Maleviç
Kazimir Severinoviç Maleviç (rus. Казими́р Севери́нович Мале́вич, pol. Kazimierz Malewicz; 11 (23) fevral 1879, Kiyev[…] – 15 may 1935[…], Leninqrad[…]) — polyak mənşəli rus-sovet avanqardist rəssamı, pedaqoq, incəsənət nəzəriyyəçisi və filosof. Müasir dövr abstrakt incəsənətin ilk təzahürlərindən olan suprematizmin banisi. == Həyatı == Kazimir Maleviç 23 fevral 1879-cu ildə anadan olmuşdur. Ailəsi Kiyev şəhərində "Bulonski" küçəsində yaşayıb. Atası da elə Kiyevdə dəfn olunub. Onun valideynləri və özü mənşəcə polyakdırlar. Atası Severin Maleviç və anası Lüdvika 1878-ci ildə ailə qurublar. Atası şəkər zavodunda idarəçi işləyirdi.
Pavel Paşeviç
Pavel Dmitriyeviç Paşeviç (4 iyun 2001-ci ildə Borisovda anadan olub) — Belarus Premyer Liqası təmsilçilərindən olan BATE Borisov klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belaruslu futbolçudur. == Klub karyerası == === BATE Borisov === Paşeviç BATE Borisov akademiyası vasitəsilə inkişaf etmişdir. Paşeviç öz peşəkar karyerasında debütünü 11 iyul 2018-ci ildə Energetik–BDU klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə İlya Manayenkovu əvəz etmişdir. Belarus Kuboku görüşündə BATE rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 7 avqust 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Belarus Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == Pavel Paşeviç at WorldFootball.net Pavel Paşeviç — transfermarkt.com saytında.
Sir Halevin
"Flamand əfsanələri" toplusuna daxil olan dörd əfsanədən biridir. "Sir Halevin" novellasının mövzusunu Şarl de Koster bir flamand xalq balladasından götürmüşdür. Qadın qatili Halevin haqqında xalq nəğmələri hələ qədim dövrlərdən başlayaraq xalq arasında çox geniş yayılmışdı və bu mövzu bu gün də Belçikada populyardır. Bu mövzuya əsasən müasir dramaturqlar müraciət edirlər. Bu novella topluya daxil olan ən iri həcmli əsərdir. Novellanın baş qəhrəmanı qəddar bir feodaldır. O, tabeliyində olan kəndliləri qarət edir, onların qızlarını məhv edir, azad şəhərlilərin hüquqlarını tapdalayır. Mehtelt adlı bir gözəl qız onu qətlə yetirir və ölkəni bəladan qurtarır.
Viktor Pelevin
Viktor Oleqoviç Pelevin (rus. Ви́ктор Оле́гович Пеле́вин, 22 noyabr 1962) — Rusiya yazıçısı. == Həyatı == Viktor Oleqoviç Pelevin 1962-ci il, 22 noyabrda Moskvada anadan olub. 31 nömrəli xüsusi ingilis məktəbini bitirmiş, 1985-ci ildə Moskva Energetika Universitetini bitirmişdir. İxtisasca mühəndis-elektromexanikdir. Br neçə il “Elm və Din” jurnalının əməkdaşı olan yazıçı şərq mistikası ilə əlaqədar müxtəlif məqalələr yazmışdır. Bir çox pyesləri Moskva teatrlarında uğurla səhnələşdirilmişdir. İlk yaradıcıllıq məhsulu “Cadugər İqnat və insanlar” olmuşdur (Колдун Игнат и люди). OpenSpace.ru saytının 2009-cu ildə apardığı sorğuda, Viktor Pelevin Rusiyanın görkəmli intelektuallarından seçilmişdir.
Barbara Palvin
Barbara Pavlin (mac. Pavlin Barbara; d. 8 oktyabr 1993) — Macarıstan modeli. == Həyatı == 8 oktyabr 1993-cü ildə Macarıstanda Budapeşt şəhərində anadan olub. Erkən yaşlarından musiqi və futbol hobbisinə çevrilib. Aqnes və Bens Pavlini ailəsində doğulub. Özündən böyük bacısı da var. Barbara Palvini 13 yaşında Budapeşt küçələrində anası ilə gəzərkən bir model şirkətinin nümayəndəsi cənab Blajeli kəşf etdi. Hazırda da onun meneceridir. Blajeli Barbara Palvini test çəkilişlərə dəvət etdi.
Yəhuda Haləvi
Yəhuda Haləvi (təq. 1075, Tudela – təq. 1141, Qüds) — orta əsrlərdə İspaniyada yaşayıb-yaratmış tanınmış yəhudi alimi və mütəfəkkiri. == Həyatı == Tanınmış yəhudi ilahiyyatçı və şairi Yəhuda Haləvi 1075-ci ildə müsəlman İspaniyasının Tudela şəhərində doğulmuşdur. O, öz dövrünə görə mükəmməl təhsil almış, ərəb və yəhudi dillərini öyrənmişdir. Təhsilini İshaq Əlfazidən almışdır. Haləvinin digər məşhur yəhudi mütəfəkkiri İbn Əzra ilə yaxın münasibətləri olduğu tədqiqatçılara məlumdur. O, daha sonra İspaniyanın ən böyük mədəniyyət mərkəzi olan Qranada şəhərinə köçmüşdür. Burada uzun müddət yaşayıb-yaradan mütəfəkkir daxili müharibələr nəticəsində Əndəlüsü tərk etmiş, Toledo, Sevilya, Kordova, Lusena şəhərlərində yaşamışdır. Həyatının sonlarına yaxın Fələstini ziyarət etmək niyyətinə düşmüş, lakin İsgəndəriyyədə xəstəlikdən vəfat etmişdir.
Herzi Halevi
Herzi Halevi (ivr. ‏הרצל "הרצי" הלוי‏‎; 17 dekabr 1967, Qüds) — İsrail Silahlı Qüvvələrinin General-leytenantı, yəhudiəsilli hərbçi. 2023-cü ilin 16 yanvar tarixindən etibarən İsrail Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi vəzifəsinə təyin olunmuşdur.1985-ci ildən etibarən ölkəsinin silahlı qüvvələrində xidmət edən Halevi, əvvəllər Cənub Komandanlığının komandiri, Hərbi Kəşfiyyat İdarəsinin rəisi, 35-ci Paraşütçülər Briqadasının komandiri və İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkalı rəhbəri vəzifələrində çalışıb. Halavi Hərbi Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş ilk ortodoks yəhudi kimi tarixə keçib. == Həyatı == Herzi Halevi 1967-ci ilin 17 dekabr tarixində İsrailin Yerusəlim şəhərində anadan olub. Atası Şlomo İrqun Dilin Müdafiəsi Batalyonu təşkilatının üzvü olmuş Haim Şalom Halevinin oğlu idi. Ana tərəfdən olan babası Dov Baar Kohen ölkənin baş ravvini kimi xidmət edib. Herzi adı Altıgünlük müharibədə doğumundan bir necə ay əvvəl həlak olmuş əmisinin şərəfinə adlandırılımışdır.Halevinin anasının mənsub olduğu ailə 14 nəsil Yerusəlim şəhərində yaşamışdır, atasının valideynləri isə Rusiyadan köçmüşdür. Himmelfarb dini liseyində təhsil aldığı müddətdə Tzofim dini missioner cəmiyyətinin üzvü olub. Ailəsi Ortodoks iudaizm inancına mənsub olduğu üçün uşaqlıqdan qatı dini qanunlarla böyüdülüb.
Didi Plevi
Didi Plevi (gürc. დიდი ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 530 nəfər idi. 2014-cü ildə 390 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Patara Plevi
Patara Plevi (gürc. პატარა ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 278 nəfər idi. 2014-cü ildə 195 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Edvard Qraham Paley
Edvard Qraham Peyli (3 sentyabr 1823 – 23 yanvar 1895, Lankaster[d], Lankaşir) — ingilis memar. Əsasən işlərini XIX əsrin 2-ci yarısında Lankaşirdə həyata keçirmişdir. 1838-ci ildə məktəbi tərk edəndən sonra Lançestrə getmiş, Edmund Şarpın tələbəsi olmuş və 1845-ci ildə Şarpa partneri olaraq qoşulmuşdur. 1851-ci ildə Şarp təqaüdçü olduqdan sonra Peyli tək qalmışdır. Daha sonra 1868-ci ildə Hurbert Austin və 1886-cı ildə öz oğlu Henri ona qoşulmuşdu. Onlar Peylinin 1895-ci ildə ölümünə qədər birlikdə işlədilər. Peylinin əsas işi yeni kilsə layihələri yaratmaq olub, lakin o həm də kilsələrin yenidən qurulması işlərində də iştirak edib. Onun şah əsəri ruhani kilsəsi olan Müqəddəs Petr Kilsəsi olub.(indiki Lançestr kilsəsi). Digər məşhur işi isə Royal Albert Xəstəxanasıdır. O, kilsələrin tikilməsində əsasən Qotik Revivial üslubundan istifadə edib.