Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müqəddəs Pantaleon
Müqəddəs Pantaleon (yun. Παντελεήμων, rus. Пантелеи́мон), Qərbdə son orta əsrlərin On Dörd Müqəddəs Köməkçidən, Şərqdə isə Müqəddəs Tamahsız Şəfaçılardan biri hesab olunan müqəddəs. == Həyatı == Ənənəvi olaraq təxminən 275-ci ildə və ya 284-cü ildə Vifiniyanın Nikomediya şəhərində doğulduğu qəbul olunur. Martiroloji (şəhid tərcümeyi-halları) ənənəyə görə, Pantaleon varlı bir bütpərəst olan Nikomediyalı Eustorgiusun oğlu idi. Xristianlığı anası Müqəddəs Evvuladan öyrənmişdi; lakin 303-cü ildə onun ölümündən sonra o, tanınmış həkim Evfrosinosdan tibb təhsili alaraq xristian kilsəsindən uzaqlaşır və Evfrosinosun köməyi ilə imperator Qaleriusun şəxsi həkimliyinə qədər yüksəlir. Sonradan imperator Maksimianın da həkimi olmuşdu. Lakin sonradan Müqəddəs Yermolayın təbliği ilə xristianlığa qayıtmışdı. == Şəhadəti == Əfsanəyə görə Pantaleon, İsanın adını çəkərək bir kor adamı möcüzəvi şəkildə sağaltmaqla, ölümündən sonra böyük bir sərvətə sahib olan atasını xristianlığa çevirdi. Atası da öz növbəsində qullarını azad etdi və var-dövlətini yoxsullar arasında bölüşdürərək Nikomediyada böyük nüfuz qazandı.