Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paroxod
Paroxod — buxar maşını və ya buxar turbini ilə hərəkətə gətirilən gəmidir. Buxar gəmiləri pərli çarxlarla və ya pərli vintlərlə təchiz olunurlar. Vint buxar maşını ilə bir oxda oturdulur. Çarxla işləyən gəmilərdə isə ötürmədə əlavə olaraq sürətlər qutusu yerləşdirilir. 1774-cü ildə öz vəsaiti hesabına Jaffrua d’Abban (1751–1832) kiçik buxar gəmisi quraşdırdı ancaq sınaqlar uğurlu olmadı. 1783-cü ildə Markiz özünün ikinci buxar modelini sınaqdan keçirdi. Lakin tezliklə ölkədə inqilab başladı və fransızlara paroxod maraqlı deyildi. 1774-cü ildə görkəmli ingilis ixtiraçısı Ceyms Vatt (1736–1819) ilk universal istilik mühərrikini (buxar maşınını) yaratdı. Bu ixtira parovozların, paroxodların və ilk (buxar) avtomobillərinin yaradılmasına imkan yaratdı. Tarixdə ilk paroxod 1787-ci ildə amerikalı Con Fitc (1743–1798) tərəfindən qurulmuşdur.
Parkhed
Parkhed (ing. Parkhead) — Qlazqo şəhərinin rayonu. == Tarixi == == Mədəniyyəti == === İdman === Şotlandiya Premyer Liqasında çıxış edən Seltik FK rayonda yerləşir.
Parovoz
Parovoz və ya buxar lokomotivi ― çəkmə gücünü buxar mühərriki vasitəsilə istehsal edən dəmir yolu lokomotiv növü. Bu lokomotivlər qazanda buxar çıxarmaq üçün adətən kömür, odun və ya neft kimi yanacaq materiallarından istifadə edirlər. Buxar lokomotivin əsas təkərlərinə mexaniki olaraq qoşulan porşenləri hərəkətə gətirir. Həm yanacaq həm də su lokomotivlə birlikdə ya lokomotivin özündə, ya da arxasında çəkilən vaqonlarda (tenderlərdə) nəql olunur. Buxar lokomotivləri ilk dəfə Birləşmiş Krallığda 19-cu əsrin əvvəllərində hazırlanmış və 20-ci əsrin ortalarına qədər dəmir yolu nəqliyyatında istifadə edilmişdir. İlk buxar lokomotivini Riçard Trevitik hazırlamışdır. Con Blenkinsopun müəllif olduğu ticari baxımından uğurlu olan ilk buxar lokomotivin adı Salamanka idi; Corc Stivenson və onun oğlu Robertin şirkəti "Robert Stephenson and Company"-nin istehsal etdiyi Locomotion № 1 1825-ci ildə Stokton — Darlinqton ictimai dəmir yolunda sərnişin daşıyan ilk buxar lokomotivi oldu. 1830-cu ildə Corc Stivenson Liverpul və Mançesteri birləşdirən ilk şəhərlərarası dəmir yolunu açdı. Buxarın dəmir yolları üçün istifadə olunmasının ilk onilliyində "Robert Stephenson and Company" Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Avropanın əksər hissəsində tanınmış buxar lokomotivi istehsalçısı idi.20-ci əsrdə "London and North Eastern Railway" şirkətinin baş mühəndis mexaniki Naycel Qrezli bir neçə tanınmış lokomotivin layihəsini hazırladı, onlar içərisində sərnişin xidmətində rəsmi olaraq 100 mil / saat sürəti qət edən "Flying Scotsman" və hələ də dünyanın ən sürətli buxar lokomotivi (saatda 126 mil) olan "A LNER Class A4"-ə aid olan "4468 Mallard".1900-cü illərin əvvəllərindən buxar lokomotivləri tədricən elektrik və dizel lokomotivləri ilə əvəz olundu,1930-cu illərin sonlarından başlayaraq isə dəmir yolları tamamilə elektrik və dizel enerjisinə keçdi. Buxar lokomotivlərinin əksəriyyəti 1980-ci illərdə istismardan çıxarıldı, buna baxmayaraq bəziləri turizm və tarixi marşrutlar üçün istifadə edilməyə davam edir.
Lenkoran paroxodu (1845)
"Lenkoran" (rus. Ленкорань) Rusiya İmperiyası Xəzər donanmasının dəmir korpuslu təkərli paroxodudu. Adı Xəzər dənizinin cənub şəhəri Lənkəranla bağlıdır. == Paroxodun təsviri == Dəmir korpuslu təkərli paroxod. Gəminin uzunluğu 50,29 metr, eni 9,45 metr, suya oturma dərəcəsi 3,5 metr təşkil edir. Gəmiyə 100 at güclü buxar maşını quraşdırılıb. == Xidmət tarixi == "Lenkoran" təkərli paroxodun əsası Hollandiyada qoyulub. Dağıdılmış şəkildə Həştərxana gətirilib, orada toplanmışdı və 1845-ci ilin oktyabrında suya buraxıldı."Kura" və "Tarki" parxodları ilə birlikdə 1845-ci ildə Xəzər dənizində gəmiçiliyin əsasını qoyan ilk paroxodlardan idi.1855-ci ildə leytenant N.T, Yefimovun komandanlığı altında Xəzər dənizinin şərq hissəsinin limanları üzrə hərəkət edirdi. Leytenant N.T, Yefimovun Novopetrovskda sürgün çəkən Taras Şevçenko ilə yaxşı tanışlıq əlaqələri vardır, rəssam gəminin heyət üzvləri ilə tez-tez ünsiyyətdə olurdu və öz işlərini onlara göstərirdi. 1860-cı ildə paroxod "Kavkaz və Merkuriy" cəmiyyətinə verildi.