parotit
parovozçu
OBASTAN VİKİ
Parovoz
Parovoz və ya buxar lokomotivi ― çəkmə gücünü buxar mühərriki vasitəsilə istehsal edən dəmir yolu lokomotiv növü. Bu lokomotivlər qazanda buxar çıxarmaq üçün adətən kömür, odun və ya neft kimi yanacaq materiallarından istifadə edirlər. Buxar lokomotivin əsas təkərlərinə mexaniki olaraq qoşulan porşenləri hərəkətə gətirir. Həm yanacaq həm də su lokomotivlə birlikdə ya lokomotivin özündə, ya da arxasında çəkilən vaqonlarda (tenderlərdə) nəql olunur. Buxar lokomotivləri ilk dəfə Birləşmiş Krallığda 19-cu əsrin əvvəllərində hazırlanmış və 20-ci əsrin ortalarına qədər dəmir yolu nəqliyyatında istifadə edilmişdir. İlk buxar lokomotivini Riçard Trevitik hazırlamışdır. Con Blenkinsopun müəllif olduğu ticari baxımından uğurlu olan ilk buxar lokomotivin adı Salamanka idi; Corc Stivenson və onun oğlu Robertin şirkəti "Robert Stephenson and Company"-nin istehsal etdiyi Locomotion № 1 1825-ci ildə Stokton — Darlinqton ictimai dəmir yolunda sərnişin daşıyan ilk buxar lokomotivi oldu. 1830-cu ildə Corc Stivenson Liverpul və Mançesteri birləşdirən ilk şəhərlərarası dəmir yolunu açdı. Buxarın dəmir yolları üçün istifadə olunmasının ilk onilliyində "Robert Stephenson and Company" Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Avropanın əksər hissəsində tanınmış buxar lokomotivi istehsalçısı idi. 20-ci əsrdə "London and North Eastern Railway" şirkətinin baş mühəndis mexaniki Naycel Qrezli bir neçə tanınmış lokomotivin layihəsini hazırladı, onlar içərisində sərnişin xidmətində rəsmi olaraq 100 mil / saat sürəti qət edən "Flying Scotsman" və hələ də dünyanın ən sürətli buxar lokomotivi (saatda 126 mil) olan "A LNER Class A4"-ə aid olan "4468 Mallard".

Значение слова в других словарях