Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yersinia pestis
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Isatis
Rəngotu (lat. Isatis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Kastos
Kastos (Yunanca: Καστός)- Yunanıstanda yerləşən adadır. Ada Lefkada və İon adasından şərqdə yerləşmişdir. 2011-ci ildən yerli idarətmə islahatlarından sonra adanın bələdiyyəsi Lefkada bələdiyyəsinin tabeliyinə keçib. Ada Lefkada prefekturasına daxil olmazdan əvvəl, yəni 1974-cü ilə qədər Çefaloniya prefekturasının tabeliyində olub. Adaya ən yaxın ada Kalamos adasıdır. Ada təxminən Aetoliya- Akarnaniya regionundan 5 km şimalda yerləşmişdir. == Coğrafiyası == Adanın yalnız bir kəndi Kastos adasının şərq sahilində yerləşmişdir. Əsasən balıqçılıq və turizm xidmətləri ilə məşğul olan adanın 80 nəfər əhalisi var. Adada Kastrioti diasporu yay ərzində mövsümi xarakter daşıyan, yaxta ilə gələn qonaqlar üçün bayramlar təşkil edirlər. Adanın şimaldan cənuba doğru uzunluğu 7 km, eni isə 800 m-dir.
Kastris
Kastri — Sent-Lüsiya dövlətinin paytaxtı və iqtisadi mərkəzi. Adanın şimal-qərbində, Port-Kastri körfəzinin kənarında və Viqi yarımadasında yerləşir. Burada adanın üçdə biri yaşayır, xarici ticarət əlaqələrinin 80 % keçir və əsas təşkilatlar və müəssisələr yerləşir. Əhalisi 60 200 nəfər (2003). Fransızlar tərəfindən XVIII əsrdə salınıb, üç dəfə 1785, 1812 və 1948 illərdə güclü yanğından zərər çəkib, ona görə də tarixi binaları yoxdur. Turizm inkişaf edib.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. ASE, VII cild, Bakı, 1983. səh. 481.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Paştet
Paştet (alm. Раstеtе‎) 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Pectis
Pectis (lat. Pectis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Plastid
Plastidlər – sitoplazmanın içərisində yerləşən və onda davam edən maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək olur. Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır. Cisimciyi stroma adlanır. Stromanın əsasını plazma tipli zülallar və lipoidlər təşkil edir. Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar – yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı və qırmızımtıl plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf fazasından və ən nəhayət, hüceyrədə davam edən mübadilə reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə çevrilə bilər. Xloroplastlar bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat membranla ayrılır.
Plastik
Plastmas (və ya Plastik kütlə) məmulun hazırlanma mərhələsində özülü axıcılıq və ya yüksək elastik, istismar zamanı şüşəyəbənzər və ya kristallik halını alan, tərkibində polimer olan materialdır. Prosesin xarakterindən asılı olaraq plastmasdan hazırlanmış məmulları reaktoplast və termoplast olaraq iki qrupa bölürlər. Reaktoplastlara emalı zamanı tərkibində bərkidmiş halda polimer toru yaranan plastik kütlələr aid edilir, bunlar qızdırıldıqda maye halına çevrilə bilmirlər. Termoplastlar isə əksinə olaraq yenidən ərimə qabiliyyətini özündə saxlayırlar. Plastmas adətən iki qarşılıqlı birləşməyə girən və qarışmayan təşkiledicilərdən ibarət olur. Bu zaman polimerdən başqa materiala polimerin axıcılıq tempearturunu və özülülüyünü aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Plastmaslar bir fazalı (homogen) və ya çox fazalı (heterogen, kompozit) materialar ola bilərlər. Homogen plastik kütlələr materialın xassəsini müəyyənləşdirən əsas təşkiledici sayılır. Digər komponentlər polimerdə həll olunaraq onun bu və ya digər xassələrini yaxşılaşdırıır. Heterogen plastik kütlələrdə polimer sərbəst faza şəklində olan komponentlər arasında əlaqələndirici dispesiya mühiti rolunu oynayır.
Paltus
Paltus (lat. Hippoglossus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin kambalalar fəsiləsinə aid heyvan cinsi.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Massis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
Euseius fustis
Euseius fustis (lat. Euseius fustis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Isatis indigotica
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Isatis tinctoria
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Isatis yezoensis
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Lactococcus lactis
Lactococcus lactis — "pendir bakteriyası" olaraq da bilinən, pendir istehsalında starter olaraq istifadə olunan bakteriya növü.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu adını Lui Pasterdən almışdır.Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. == Həyatı == Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.
Masnis dağı
Masnis – Ordubad rayonu ərazisində dağ (hünd. 2081,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Parağa kəndindən 2,3 km şərqdə, Parağaçayın sol sahilindədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin trerrigen- və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şimal və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında, eyni zamanda Zəngəzur qalxım zonasını hüdudlandıran Şərqi Ordubad dərinlik qırılmasının düşmüş cənub-qərb qanadında yerləşir.
Massis (qəzet)
Massis (erm. Մասիս) - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasadena şəhərində nəşr olunan ermənicə qəzet. Qəzet Hnçak təşkilatının rəsmi orqanı hesab olunur və 1980-cı ildən etibarən həftədə bir dəfə olmaqla nəşr edilir.
Mentha pastoris
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mesrop Maştos
Mesrop Maştots (erm. Մեսրոպ Մաշտոց; təq. 362 – 17 fevral 440, Üçkilsə) — qədim erməni din xadimi və dilçisi, erməni əlifbasını 405-ci ildə Sasanilər dövründə tərtib etmişdir. Mesrop Maştots Erməni Qriqoryan Kilsəsi tərəfindən dəstəklənməsindən sonra İncil başda olmaqla, həmin dövrə aid bir çox dini və elmi ədəbiyyatı erməni əlifbası əsasında yazmışdır.
Oksana Paslas
Oksana Paslas (6 iyun 1986 və ya 6 fevral 1986, Lvov) — Ukraynanı təmsil edən bədii gimnast. Oksana Paslas 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Oksana Paslas 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, Yelizaveta Karabaş və İnna Kojoxina ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Paris Pişmiş
Paris Pişmiş (erm. Պարիս Փիշմիշ; 30 yanvar 1911, Konstantinopol, Osmanlı imperiyası – 1 avqust 1999, Mexiko) — erməni əsilli Türkiyə astronomu.