Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gennadi Pastuşkov
Gennadi Pastuşkov ( ) - operator == Fəaliyyəti == Gennadi Pastuşkov Azərbaycan kinosunda operator kimi 1962-1980-ci illərdə 30-a yaxın filmdə fəaliyyət göstərmişdir. Azərbaycan televiziyasında işlədiyi dövrlərdə sənədli televiziya filmlərinin operatoru kimi çalışmış və bir çox dəyərli filmlərimiz onun kamerasından yaranmışdır. Operatoru olduğu filmlərdən "Şəhərimizin uşaqları", "Ən dərin", "Şəki", "Gənclik şəhəri", "Nizaminin vətənində", "Siz Azərbaycan haqqında nə bilirsiniz?", "Dəmir ağac", "Leyla və onun dostları", "İntibah", "Kirovabad", "Qızılağac" və s. adlarını çəkmək olar. == Filmoqrafiya == Operator kimi Respublikanın panoramı (film, 1962)(qısametrajlı sənədli televiziya filmi) Gecə balıqçıları (film, 1963)(qısametrajlı sənədli televiziya filmi) Meşədən evə (film, 1964)(qısametrajlı sənədli televiziya filmi) Şəhərimizin uşaqları (film, 1964)(qısametrajlı sənədli televiziya filmi) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli televiziya filmi) Biz arzu edənlər nəslindənik (film, 1965)(qısametrajlı sənədli televiziya filmi) Ən dərin (film, 1965)(qısametrajlı sənədli televiziya filmi) Mingəçevir (film, 1965)(sənədli televiziya filmi) Şəki (film, 1965)(qısametrajlı sənədli televiziya filmi) Əli Bayramlı (film, 1966)(qısametrajlı sənədli televiziya filmi) Gənclik şəhəri (film, 1966)(sənədli televiziya filmi) Hakim (film, 1966)(qısametrajlı sənədli televiziya filmi) Qazax (film, 1966)(qısametrajlı sənədli televiziya filmi) Nizaminin vətənində (film, 1966)(qısametrajlı sənədli televiziya filmi) SSRİ Xalqlarının Spartakiadası (film, 1966)(qısametrajlı sənədli televiziya filmi) Biz iqtisadçılarıq (film, 1967)(qısametrajlı sənədli televiziya filmi) Günəşə bir mərtəbə yaxın (film, 1967)(qısametrajlı sənədli televiziya filmi) Siz Azərbaycan haqqında nə bilirsiniz?
Pastuxov daşsarmaşığı
Pastuxov daşsarmaşığı (lat. Hedera pastuchovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Rusiya (Dağıstan) və Şimali İranda təbii arealı vardır. Azərbaycanda ilk dəfə Qusarda təsvir edilib. == Botaniki təsviri == Boyu 30–35 m-ə çatan, sarmaşan kol bitkisidir. Yarpaqları adətən qalın dəricikli, bəzən isə nazik dəricikli olur, üst tərəfdən tündyaşıl, alt tərəfdən açıq rəngli, hər iki tərəfdən çılpaq və yaxud alt tərəfdə seyrək ulduzabənzər pulcuqları vardır, uzunluğu 13 sm-ə, eni 7 sm-ə qədərdir, iysizdir. Yarpaqların forması dəyişkəndir: yerə sərilən budaqların yarpaqları dairəvi-ürəkşəkilli və tamkənarlıdır. Dırmaşan budaqların yarpaqları isə uzunsov-yumurtaşəkilli və neştərşəkilli formaya qədər, qaidə hissəsi dərin ürəkşəkillidən kəsilmiş və pazşəkilli formaya qədər dəyişir, tamkənarlı və ya bölümlüdür.
Paxtusov adaları
Paxtusov adaları — Nordenşeld arxipelaqına daxil olan adalar qrupu. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Nordenşeld arxipelaqının daxili hissəsində qərarlaşır və bütün (arxipelaqa daxil olan) qruplarla sərhədə malikdir. Şimaldan Lelin boğanı ilə Litke adalarından ayrılır. Şərqində Şərq adaları, qərbində isə Vilkis adaları qərarlaşır. Vilkis adalarından Radzeevski boğazı ayrırır. Şivolki adaları isə onun qərbondə qərarlşır. Şimal-qərbdən cənub-qərbə uzanmış qrup şəklindədir. Şərqdən qərbə 35 kilometr, şimaldan cənuba isə 25 km məsafədə yerləşir.