Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazovıy
Bazovıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 500 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 1,5 km cənub-şərqdə, Zabor adası 2 km şimal-qərbdə və Kolosov adaları 2,7 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 850 metrdir. Sahilləri alçaqdır. Adada hansısa hündürlük yoxdur. Ada alcaqboylu otlarla örtülü olur.
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Sandra Paoviç
Sandra Paoviç (xorv. Sandra Paović, 15 aprel 1983-cü ildə Vуkоvаr şəhərində anadan olub) — xorvatiyalı tennisçi (stolüstü tennis). 2008-ci il Olimpiya oyunlarının və 2016-cı il Paralimpiya Oyunlarının iştirakçısı. Paralimpiya Oyunlarının (2016) qalibi, paralimpiya dünya çempionu (2014) və paralimpiya Avropa çempionu (2013,2015). 2014-cü ildə ITTF versiyasına görən ən yaxşı paralimpiya tenniçisi (stolüstü tennis). Vyakovarda anadan olmuş Sandra uşaqlığını Borovo icmasında keçirmişdir. Müharibə illərində Sandra ailəsi ilə Yuqoslaviya gəlmiş və Zmaevo şəhərində yerləşmişlər. Sandra yerli klubların birində stolüstü tennis karyerasına başlamışdır. Yuqoslaviya komandasına daxil olan Sandra 1996-cı ildə gənclər arasında keçirilən Avropa çempionatının bürünc medalına layiq görülmüşdür. 1997-ci ildə isə Aralıq dənizi oyunlarında Yuqoslaviyanı təmsil etmişdir.