Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pedirka
Pedirka (ing. Pedirka Desert) — Cənubi Avstraliya ərazisində yerləşən elə də böyük olmayan səhra. == Ümumi məlumat == Təqribi olaraq Odnadatta şəhərindən 100 km şimal-qərbə və 250 km Kuber-Pedidən isə şimal-şərqdə qərarlaşır. Səhranın sahəsi 1250 km² təşkil edir. Səhra Finke biocoğrafi regionuna daxildir. Qumları mavi-qırmızı rəngdədir. Səhrada Acacia aneura akasiya növü bitir. Dyunları alçaqdır və laralel olaraq yerləşir. Səhra təbiət sevərlər arasında məşhur deyildir.
Peçka-Banya
Peçka-Banya (serb. Пећка Бања, alb. Banja e Pejës) — Metohiyanın qərbindəki İstok bələdiyyəsindəki qəsəbə. Əslində qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur. Balneoloji bir istirahət bölgəsidir. kurortdur. == Coğrafiya == === Yerləşməsi === Peçka-Banya qəsəbəsi İstok bələdiyyəsində, Qərbi Metohiyada yerləşir. Şimalda Velo icması, cənub-şərqdəki Dobruş icması və cənub-qərbdə isə Peç bələdiyyəsi ilə həmsərhəddir. Priştina şəhərindən 80 km və Peç şəhərindən 12 km məsafədə yerləşir. Yaxınlıqda Ağ Drin və Peçka-Bistritsa çayları var.
Çudo Peçka
"Çudo Peçka" — Bakıda mağazalar şəbəkəsi. "Çudo Peçka" ilk dəfə 6 iyun 2001-ci ildə Bakıda, Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlamışdır. Sonrakı illərdə sayı artaraq, şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. 2018-ci ilin yanvar ayında sonuncu filialı bağlanıb. == Mükafatları == 2003 – ABŞ-nin Nyu-York şəhərində keçirilən "Quality Summit"də "Çudo Peçka"ya "Yüksək Keyfiyyət və Biznes Prestiji" sahəsində Qızıl Mükafat verilib. 2004 – Fransanın paytaxı Parisdə "World Quality Commitment"in "Beynəlxalq Planlama üzrə Keyfiyyət Ulduzu" təqdim olunub. 2004 – Avstryanın paytaxtı Vyanada "XXI əsr Prestij və Keyfiyyət üzrə "Actualidad" mükafatı"nı alıb. 2005 – Almaniyanın Frankfurt şəhərində "Keyfiyyət və Texnologiya üzrə Brilliant Kateqoriya"sında "Arch of Europe" mükafatı verilib. 2005 – İngiltərədnin paytaxtı Londonda "Bəynəlxalq Keyfiyyət Tacı" ilə mükafatlandırılıb. 2005 – İsveçrənin Cenevrə şəhərində "Century International Diamond Quality Era Award"a layiq görülüb.
Evika Silina
Evika Siliņa (3 avqust 1975, Riqa) — Latviya siyasətçisi. 15 sentyabr 2023-cü ildən Avropa ölkəsi Latviyanın baş naziri. Silina əvvəllər Krişjanis Karinşin rəhbərlik etdiyi ikinci kabinetdə rifah naziri vəzifəsində çalışıb. == Həyatı == Silina 1993–1997-ci illərdə Latviya Universitetində hüquq təhsili alıb, burada hüquq üzrə bakalavr dərəcəsi alıb və hüquqşünas ixtisasına yiyələnib və Riqa Ali Hüquq məktəbində sosial elmlər, beynəlxalq hüquq və avropa hüququ üzrə magistr dərəcəsi alıb. Silinanın ana dili latış dilidir və o, ingilis və rus dillərini mükəmməl bilir. == Karyerası == 2003-cü ildən 2012-ci ilə qədər Silina beynəlxalq və milli kommersiya hüququ üzrə ixtisaslaşmış müstəqil hüquqşünas kimi çalışıb. Həmçinin bu müddət ərzində Silina ictimai elektron rabitə məsələlərinin (telekommunikasiya, internet) hüquqi xidmətlərində, eləcə də qeyri-hökumət təşkilatlarının yaradılmasında və məsləhətçiliyində çalışıb. == Siyasi karyerası == Evika Silina 2013-cü ilin yanvarından 23 yanvar 2019-cu ilə qədər Daxili İşlər Nazirliyində parlament katibi vəzifəsində çalışıb. 2019-cu il yanvarın 23-də Baş nazir Krişyanis Karinşin rəhbərlik etdiyi Nazirlər Şurasının təsdiqindən sonra o, baş nazirin ofisinə parlament katibi vəzifəsini tutdu. Silina 2022-ci ildə Latviya parlament seçkilərində Yeni Birlik partiyasından namizəd kimi iştirak edib və ölkənin qanunverici orqanı olan Seymanın 14-cü müddətinə deputat seçilib.