Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Podofil
Podofil (lat. Podophyllum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Qalxanabənzər podofil
Qalxanabənzər podofil (lat. Podophyllum peltatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin podofil cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, düyünlü üfüqi istiqamətdə olan kökümsovunun uzunluğu 1 m, diametri 1,5 sm xaricdən qırmızımtıl-qonur, sındıqda isə ağ rəngli olur. Kökümsovunda çoxsaylı lətli çıxıntılar vardır ki, bunların uzunluğu 35sm, eni isə 5mm-ə bərabərdir. Kökümsovu xaricdən açıq-qonur, sınıq halda isə sarımtıl-ağ olub, xoşagəlməz iylidir. Gövdəsi düzqalxan, hündürlüyü 50sm, diametri isə 1,5 sm olub, xaricdən çəhrayı, daxili içiboş, oyuq, əsasında 1-3 ədəd qınlı yarpaqları, yuxarı hissəsində isə 3 ədəd qarşı-qarşıya dayanan yaşıl yarpaqlardan ibarətdir. Gövdəsinin sonunda uzun saplaqlı əyilmiş təksaylı çiçəkləri vardır. Yarpaqları uzun saplaqlı, dairəvi, qalxanvarı, diametri 20sm-ə qədər, dişli-bölünən, 7-9 ədəd ikiqanadlı, kənarları isə bərabər olmayan dişlidir. Çiçəyi ağ, əyilmiş, iri, diametri 7sm-ə qədər ətirli (qovun iyli), çiçək yatağı ikiqat yanlıqlı, 3-6 ədəd kasayarpaqlı və 6-9 ləçəkdən, çoxsaylı erkəkcikdən və yuxarı yumurtalıqlı oturaq dişicik ağzından ibarətdir. Meyvələri dairəvi və ya yumurtavari, limonu-sarı rəngli olub, uzunluğu 7 sm, aromatlı, yumşaq lətli və çoxsaylı qırışıqlı açıq-qəhvəyi rəngli toxumları vardır.
Feofil
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Neofil
Neofil (ing. Neophile və ya Neophiliac) — yazıçı Robert Anton Wilson tərəfindən populyarlaşan - bir müddət yeniliyə güclü bağlılığı ilə səciyyələnən bir şəxsiyyət növüdür. Termin əvvəllər Kristofer Booker tərəfindən "Neophiliacs" (1969) kitabında və J. D. Salinger tərəfindən 1924-cü il 16 aprel tarixli "Hapworth" qısa hekayəsində istifadə edilmişdir.
Teofil
Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180 və ya 181) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi. == Apologetikası == Teofilin dünyagörüşü Tatiana yaxın idi. O da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər.
Dəyişkən kodofil
Dəyişkən kodofil (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bu növ bədəninin böyüklüyü və formasına görə adi qalxancığa çox oxşayır. Bədəninin rəngi dəyişkən olub, bozumtul, sarımtıl, tutqun qəhvəyidir. Bədənində olan nöqtələr bozumtul və ya qara rənglidir. Başı qabağa uzanmış və aşağı əyilmiş şəkildədir. Ona əsasən yem otları üzırindı təsadüf edilir. Yem otlarından yoncaya daha çox zərər verir. Azərbaycanda kütləvi çoxalma halı qeydə alınmamışdır. Bu növ yetkin mərhələdə qışlayır.
Himalay podofili
Sinopodophyllum hexandrum (lat. Sinopodophyllum hexandrum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin sinopodophyllum cinsinə aid bitki növü.
Feofil (imperator)
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Metaseiulus pedoni
Metaseiulus pedoni (lat. Metaseiulus pedoni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Sandor Petöfi
Şandor Petöfi (mac. Petőfi Sándor, 1 yanvar 1823[…] – güm. 31 iyul 1849[…], güm. Albeşti[d]) — Məşhur macar şairi və liberal inqilabçı. Macarıstanın milli şairi hesab edilən Şandor Petöfi Macarıstan ədəbiyyatında və şeiriyyatında özünə məxsus iz qoymuşdur. Vətənpərvər Petöfi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olmuşdur. O, Macar inqilabından ilhamlanaraq Milli Mahnı (Nemzeti dal) şeirini yazmışdır. == Həyatı == Şandor Petöfi 1823-cü ildə yanvar ayının 1-də Kişkunfeledxaza şəhərində serb əsilli bir ailədə anadan olmuşdur. Ailəsinin maddi durumu ilə bağlı tez-tez başqa şəhərlərə köç edən Petöfi təhsilini də müxtəlif şəhərlərdə almışdır, lakin ilk şeirlərini 1835–1838-ci illərdə Asod şəhərində yaşayarkən yazmışdır. 1841-ci ildə Papa şəhərində təhsil aldığı bir vaxtda Petöfinin həyatında yeni bir mərhələ başlayır.
Teofil Durand
Teofil Aleksi Düran (fr. Théophile Alexis Durand; 4 sentyabr 1855 – 12 yanvar 1912) — İsveçrə əsilli Belçika botanik-təsnifatçısı. == Durandın şərəfinə adlandırılan cinslər == Durandeeldea Kuntze, 1891 [syn. Acidoton Sw., 1788, nom. cons.] Durandia Boeckeler, 1896 [syn. Scleria P.J.Bergius, 1765] == Bəzi elmi işləri == Durand, T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Durand, T. (1887—1888). Index generum phanerogamarum.
Teofil Düran

Teofil Qotye
Teofil Qotye(fr. Pierre Jules Théophile Gautier; 30 avqust 1811[…] – 23 oktyabr 1872[…], Nöyi-sür-Sen) — Fransa yazıçısı, şairi, tənqidçisi. == Həyatı == Teofil Qotye "Sənət sənət üçündür" nəzəriyyəsinin tərəfdarı idi. "Parnak" ədəbi məktəbinin rəhbəri olmuşdu.
Petöfi Ədəbiyyat Muzeyi
Petöfi Ədəbiyyat Muzeyi (mac. Petőfi Irodalmi Múzeum) ― Budapeştdə baş macar muzeyi. 1954-cü ildə qurulmuşdur Petöfi Evinin varisi olaraq qurulmuşdur. Muzey Şandor Petöfinin şərəfinə adlandırılmışdır.
Teofil-Aleksandr Steynlen
Teofil-Aleksandr Steynlen (fr. Théophile-Alexandre Steinlen; 10 noyabr 1859, Lozanna — 14 dekabr 1923, Paris) — realist üslubda və müasir üslubda işləyən fransız rəssamı, qrafik rəssamı və illüstratoru, "Paris proletariatının həyatının ilkin tarixçisi" . == Bioqrafiyası == Teofil-Aleksandr Steynlen 10 noyabr 1859-cu ildə Lozanna şəhərində anadan olmuşdur. Steynlen 1878-ci ildə Parisə gəldikdən sonra, əvvəlcə sənətkarlıq işi etdi. 5 il sonra Monmartr şəhərinə köçdü. Burada Steynlen tez bir zamanda və Monmartr bədii mühiti ilə tanış oldu, xüsusən də «Qara pişik» ing. Black Cat kabare - ilk növbədə rəssamlar Anri de Tuluz-Lotrek və Adolf Villette, habelə , şair Aristid Brüan ilə dost oldu. İlk dəfə "Black Cat" -də Steynlen 1883-cü ildə gəldi . «Qara pişik» kabaresinin çoxsaylı plakatlar Steynlenin müəllifliyinə aiddir, həmçinin qəzet, jurnal və kitabları təsvir etmişdir, komik jurnallarda əməkdaşlıq etmiş və 1911-ci ildə o və yoldaşları «Yumorist» qəzetini dərc etməyə başlamışdılar.
Villqodt Teofil Odner
10 avqust 1845-ci ildə rus əsilli isveç mexaniki, bütün dünyada məşhur olan portativ mexaniki Odner arifmometrinin ixtiraçısı Villqodt Teofil Odner (Willgodt Theophil Odhner) anadan olmuşdur. Arifmometrin ixtirasına görə o, dəfələrlə qızıl və gümüş medallarla təltif edilmişdir.Mühəndisliklə bərabər Odner ictimai və idarəçilik fəaliyyəti ilə də məşğul idi.O, ″Skandinaviya″ xeyriyyə cəmiyyətinin, həmçinin yaşlı qadınlar üçün sığınacağın idarə heyətinin üzvü idi. Təəssüflər olsun ki, Odner ürək xəstəliyi səbəbindən bütün planlarını həyata keçirə bilməmişdir.