Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perlo
Perlo (Averon)
Peryo
Peryö (fr. Peyrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
Jorj Perro
Jorj Perro (fr. Georges Perrot; 12 noyabr 1832[…], Vilnöv-Sen-Jorj – 30 iyun 1914, Paris) ― Fransa arxeoloqu. 1875-ci ildən Sarbonnada dərs demiş və 1888-1902-ci illərdə École Normale Supérieureun direktoru olmuşdur. 1874-cü ildə Academie des Inscriptions et Belles-Lettresə seçilmiş və 1904-cü ildən ölümünə qədər burada daimi katib vəzifəsində işləmişdir. Ən məşhur arxeoloji kəşfi 1861 və 1862-ci illərdə Kiçik Asiyaya təşkil edilmiş bir ekspedisiyada olarkən “İmperator Avqustun Siyasi vəsiyyəti” kimi tanınan sənədin yunan dilinə tərcüməsini tapmasıdır. Perrot Revue Archéologique jurnalının redaktorluğunu etmiş və bu jurnala öz töhfələrini vermişdir. Əsərlərinə Souvenirs d'un voyage en Asie mineur (1863) və Şarl Şipye (1882-1914) ilə birlikdə yazdığı on cildlik "Histoire de l'art dans l'antiquité" daxildir.
Perlo (Averon)
Perlo (fr. Peyreleau, oks. Peiralèu) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Perlo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12180. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 55 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 73 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 49 yaşda (15-64 yaş arasında) 38 nəfər iqtisadi fəal, 11 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,6%, 1999-cu ildə 75.0%).
Perlo (kanton)
Perlo (fr. Peyreleau) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1223. Perlo kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası Perlo kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 6 457 nəfər təşkil edirdi.
Perro kolonnadası
Perro kolonnadası (fr. Colonnade du Louvre) — Luvr sarayının ən şərqdə yerləşən fasadıdır. İnşası tamamlandığı dövrdən etibarən tikili fransız memarlıq klassisizminin mühüm şah əsəri kimi qiymətləndirilmişdir. Klassik barokko manerasında inşa edilmiş tikilidə Klod Perro tərəfindən əsərləri fransız dilinə tərcümə edilmiş Qədim Roma memarı Vitruvinin qaydalarına tam əməl edilmişdir. Memar Lui Levo və rəssam Şarl Lebren də Perronun ideyalarının reallaşdırılmasında iştirak etmişlər. == Tarixi == XIV Lüdovikin hakimiyyəti dövründə Luvr sarayının şərq fasadının işlənməsi üçün müsabiqə elan edilir. Müsabiqədə bir çox tanınmış memarlar, o cümlədən, sırf bu layihə üçün İtaliyadan Parisə gəlmiş Covanni Lorenso Bernini iştirak edir. Buna baxmayaraq fransız memar Klod Perro qalib gəlir və inşaata başlayır. 1665-1680-ci illərdə həyata keçirilən inşaat işləri Perronun peşəkar memar kimi nüfuzunun artmasına səbəb olur. Luvr meydanına baxan dəqiq layihələndirilmiş kollonadanın inşası üçün ətrafda yerləşən çoxlu tarixi binalar, o cümlədən, Burbonlar ailəsinə məxsus məşhur Hotel-dü-Petit-Burbon sökülür.
Porto-Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Porto Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Servo motor
Servo motor — səhvi aşkar edən və yan əks əlaqə mexanizminin köməyi ilə istənilən mexanizmin işinə nəzarət edən və xətanı düzəldən avtomatik cihazdır. Robot texnologiyasında ən çox istifadə edilən motor növüdür. Bu sistemlər mexaniki, eləcə də elektron, hidravlik, pnevmatik ola bilər və ya digər sahələrdə istifadə oluna bilər. Servo mühərriklər; Çıxış, mexaniki mövqe, sürət və ya sürətlənmə kimi dəyişənlərin idarə edildiyi, qısacası hərəkət idarəsinin edildiyi bir mexanizmdir. Servo mühərriklər akkumulyator mühərrikləridir. Servo motorda istənilən AC, DC və ya pilləli mühərrik var. Buraya həmçinin sürüDC servo mühərrikləri ümumiyyətlə DC mühərrikidir və motora tələb olunan DC aşağıdakı üsullarla əldə edilir. 1- Elektrik gücləndiricisindən. 2- AC cərəyanının doymuş reaktordan keçirilməsi. 3- AC cərəyanını tiristordan keçirərək.
Vasili Perov
Vasili Perov (21 dekabr 1833 (2 yanvar 1834), Tobolsk, Qərbi Sibir general-qubernatorluğu[d] – 29 may (10 iyun) 1882, Kuzminki rayonu[d]) — rus rəssamı. == Həyatı == Vasili Perov 1832-ci ilin 2 yanvar tarixində Rusiyanın Tobolsk vilayətində anadan olmuşdur.1882-ci ildə vəfat etmişdir.Perov çox erkən yaşlarında incəsənətə böyük həvəs göstərmişdir. İncəsənətdə ilk ibtidai təhsilini anasından almışdır. O, rəssamlıq üzrə təhsilini Moskova heykəltəraşlıq məktəbində və sonralar Stupinin bədii məktəbində davam etdirmişdir. Gənc rəssam olan Perov öz yaradıcılığında incəsənətə böyük sevgi bəsləmiş və öz müəllimlərinin, Şişkinin və Venetsianovun yaradıcılıq ənənələrini davam etdirmişdir. O, incəsənət ilə yanaşı Ədəbiyyatı da sevmiş və onun ən çox sevdiyi yazıçılar sırasında Nekrasovun, Turgenevin və Tolstoyun adını çəkmək olar. Perov yaradıcılığında əsasən demokratik realizm ənənələrin davamçısı olmuşdur.O, yaradıcılğına çox erkən başlayır,əsərlərin bəzilərində öz kompazisiyasına görə çox tənqidi və satirik məzmunludur.Perov tənqidi əsrlər və gözəl mənzərə ustası olmaqla yanaşı rus incəsənət tarixində gözəl portretlər müəllifi kimi də daxil olmuşdur.Perovun portret yaradıcılığında əsasən müasirlərini təsvir etmişdir.Təsvir etdiyi müasirlərin portretlərində süjet xətinin dərin ifadəsini tapırıq.Əsasən kəndililərin portretlərini çəkmişdir.Təsvir etdiyi portretlərda kəndli həyatda ağır işi olan insanlardır amma buna baxmayaraq, onlar öz insani ləyaqətlərini saxlamışdır. Hətta kəndlinin pisxoloji durumunu biz Perovun çəkdiyi "Sərgərdanın"(1870, DTQ) portretində görə bilərik. Perovun XIX əsrin 70-ci illərində çəkdiyi görkəmli mədəniyyət xadimlərinin portretlərini Kromskoyun və Repinin ən yaxşı işləri ilə müqayisə oluna bilinər. Perovun portretləri son dərəcə sadə və realistikdir; onlar özlüyundə təbiiliyi və rəng qammasının ciddiliyi ilə seçilirlər.
Şarl Perro
Şarl Perro (fr.: Charles Perrault, Fransızca tələffüz: [ʃaʁl pɛʁo]; d. 12 yanvar 1628 - ö. 16 may 1703) — klassisizm dövrünün fransız yazıçı, şair və tənqidçisi. 1671-ci ildən etibarən Fransa Akademiyasının üzvü. == Həyatı == Dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvi Şarl Perro ədəbiyyata kəskin mübarizə və coşqun yaradıçılıqla başlamışdır. O, burjua-məmur ailəsində doğuşla da və təhsil və ixtisasına görə hüquqçu olsa da əsl həyat yolu əbədi yaradıcılıq olmuşdur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi-yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaratmış, həm də bunun uğrunda çətin mübarizə aparmalı olmuşdur. Perronun yaşadığı dövrdə (1628-1703) Fransada hələ "gəmiçilər" və "yeniçilər" arasında sənətin hər sahəsində qızğın mübarizə gedirdi. Perroya əsl qələbə və dünya şöhrəti qazandıran, əlbəttə nağıl janrında yazdığı bədii əsərləri olmuşdur.
Şarl Pero
Şarl Perro (fr.: Charles Perrault, Fransızca tələffüz: [ʃaʁl pɛʁo]; d. 12 yanvar 1628 - ö. 16 may 1703) — klassisizm dövrünün fransız yazıçı, şair və tənqidçisi. 1671-ci ildən etibarən Fransa Akademiyasının üzvü. == Həyatı == Dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvi Şarl Perro ədəbiyyata kəskin mübarizə və coşqun yaradıçılıqla başlamışdır. O, burjua-məmur ailəsində doğuşla da və təhsil və ixtisasına görə hüquqçu olsa da əsl həyat yolu əbədi yaradıcılıq olmuşdur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi-yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaratmış, həm də bunun uğrunda çətin mübarizə aparmalı olmuşdur. Perronun yaşadığı dövrdə (1628-1703) Fransada hələ "gəmiçilər" və "yeniçilər" arasında sənətin hər sahəsində qızğın mübarizə gedirdi. Perroya əsl qələbə və dünya şöhrəti qazandıran, əlbəttə nağıl janrında yazdığı bədii əsərləri olmuşdur.
Antuan Fransua Prevo
Antuan Fransua Prevo (fr. Antoine François Prévost; 1 aprel 1697[…] – 25 noyabr 1763[…]) — Fransa yazıçısı. Romanı "Manon Lesko" ilə daha çox tanınır.
Berzo San Fermo
Berzo San Fermo (it. Berzo San Fermo) İtaliyada kommuna. Lombardiya bölgəsinin Berqamo vilayətində yerləşir. Əhalisi 1227 nəfərdir (2008), əhalinin sıxlığı 212 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Kommunanın himayədarı müqəddəs San Fermo e San Rustico di Veronadır.
Pedro Pardo de Sela
Pedro Pardo de Sela (1420 – 3 avqust 1483) — XV əsrdə Qalisiya qubernatoru, Xuan Nuns Pardonun oğlu. Katolik krallara qarşı öz milli mənafeyini müdafiə etdiyi üçün xalq arasında qəhrəman kimi tanınır. Feodal zümrəsinə məxsus idi. IV Henrinin ölümündən sonra taxta çıxmağa namizəd olan İnfanta Xuana la Beltraneyanı dəstəkləmişdir. 1478-ci ildə işindən azad edilmişdir. 1483-cü ilin 17 dekabrında oğlu Peter ilə birlikdə katolik monarxların əmri ilə Mondenedo kilsəsinin qabağında başı kəsilərək edam edilmişdir.
Klervo
Klervo- (lüksemb. Klierf)- Lüksemburqda kanton. == Coğrafi mövqeyi == Klervo- Lüksemburq un ən şimalında, Lüksemburq-Belçikanın sərhəddində yerləşir. Dikirx əyalətinə aid edilir. Bu kantona 8 kommun aiddir. Klervo, Konstum, Xaynerşayd, Xozingen, Truaverj, Veysvampax və Vinkran.
Leryo
Leryö (fr. Leyrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38210. Kommunanın 1999-cu il üçün əhalisi 643 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 32 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Nerva
Mark Kokçey Nerva (lat. Marcus Cocceius Nerva; * 8 noyabr 30; † 27 yanvar 98) — Antoninlər sülaləsinin banisi, "Beş yaxşı imperator"dan birincisi. == Həyatı == Nerva Vespasian kimi flavi sülaləsinə mənsub olub, əsilli nəcabətli ailəsi əslən Romadan bir qədər şimalda yerləşən Narnia şəhərindəndir. Babası və atası dövrünün seçilən hüquqşünas və aristokratlarından olmuşlar. Ata-baba sənətinin davamçısı olan Nervanın şairlik və artistlik qabiliyyəti onu imperator Neronun sevimlisinə çevirmişdir. Karyerasına konsul kimi 71-ci ildə imperator Vaspasianın dövründə başlamış və 90-cı illərdə Domisianın hakimiyyəti dövründə davam etmişdir. == İmperatorluğu == 96-cı ildə Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra, artıq yaşlaşmış və sonsuz Nerva senatın dəstəyi ilə 18 sentyabr 96-cı ildə imperator elan edilir və Domisiana qarşı onu xatirədən silmək (lat. Damnatio memoriae) qərarı verir. Senatın bu tədbirli planı digər hakimiyyət iddiaçılarını geri çəkilməyə məcbur edir. Domisian zamanında sürgün edilənlərin geriyə dönməsinə və mülklərinə yenidən sahib olmasına izin verən Nerva, Pretorian qvardiyasının (latın dili|lat.
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Perak
Perak (jawın: ڨيرق) — Malayziya Federal Dövlətini meydana gətirən 13 ştatdan biridir. Malayziya nın qərbində Malakka boğazı kənarında yerləşir. Qərbdə Andaman dənizi nə sahili vardır, şimalda isə Tayland ilə qonşudur.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Pərdə
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. == Tarixi == Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi. Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. == Müasir pərdələr == Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır.
Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr. İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar. XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980. Словарь нумизмата (2-е изд., перераб.
İerro
İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir. == Etimologiya == Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir. == Coğrafiya == İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir.
Perca
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.