Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arman Pyer Kossen de Perseval
Arman Pyer Kossen de Perseval (fr. Armand-Pierre Caussin de Perceval; 11 yanvar 1795 – 15 yanvar 1871, Paris) — fransız şərqşünası və ərəbşünası. == Həyatı == Arman Pyer Kossen de Perseval 13 yanvar 1795-ci ildə Parisdə doğulmuşdu. Şərqşünas olan atası Jan-Jak Antuan Kossen de Persevalın təsiri ilə Şərq dillərinə yaxın maraq duydu. 1817-ci ildə Türkiyəyə gəldi. Bir müddət sonra Livana getdi və orada üç il qaldı. Ərəb ölkələrindəki Fransız səfarət və konsulluqlarında tərcüman olaraq çalışdı. Dönüşündə Parisdəki "École des Langues Orientales Vivantesa" məktəbinə Ərəb dili müəllimi təyin edildi (1822). 1833-cü ildə "Collège də FrancEt" məktəbində Ərəb dili və ədəbiyatı profesoru vəzifəsinə yiyələndi. Arman Pyer Kossen de Perseval 15 yanvar 1871-ci ildə Paris şəhərində vəfat etdi.
Armand Pyer Kossen de Perseval

Bərəvat
Bərəvat— İranın Kirman ostanının Bəm şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,388 nəfər və 3,950 ailədən ibarət idi.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. == Coğrafiya == Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. == İqtisadiyyat == Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Yerevan
İrəvan (erm. Երևան, BFƏ: jɛɾɛˈvɑn) — indiki Ermənistan Respublikasının paytaxtı və ən böyük şəhəri. Qərbi Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur. Ermənistan və dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biridir. Razdan çayı boyunca yerləşən İrəvan ölkənin inzibati, mədəni və sənaye mərkəzidir. 1918-ci ildən Ermənistan tarixində on dördüncü və Ararat düzənliyində və ya onun ətrafında yerləşən yeddinci paytaxtdır. Şəhər həm də Erməni Apostol Kilsəsinin ən böyük yeparxiyası və dünyanın ən qədim yeparxiyalarından biri olan Araratian Papa Yeparxiyasının iqamətgahı kimi xidmət edir. İrəvanın tarixi eramızdan əvvəl 8-ci əsrə, eramızdan əvvəl 782-ci ildə Urartu kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının qoyulması ilə başlayır. Erebuni "böyük bir inzibati və dini mərkəz, tam kral paytaxtı kimi nəzərdə tutulmuşdu". Mərhum qədim Erməni Krallığı dövründə yeni paytaxt şəhərlər yaradıldı və İrəvanın əhəmiyyəti azaldı.
Pərvan
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Persival Louell
Persival Louell (ing. Percival Lowell; 13 mart 1855[…], Boston – 12 noyabr 1916[…]) – ABŞ astronomu, yazıçısı və biznesmeni. Şairə Emi Louellin qardaşıdır. == Həyatı == Persival Louell 1855-ci ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. 1876-cı ildə Harvard Kollecindən məzun olduqdan sonra biznes sahəsinə daxil olmuşdur. Louell 1883–93-cü illərdə Asiyaya səyahətlər etmiş və yaşadığı təcrübələri kitab seriyaları şəklində yayımlamışdır. Onun 1888-ci ildə yazdığı "Uzaq Şərqin ruhu" kitabı Lefkadio Hern tərəfindən bəyənilmişdir. 1895-ci ildə yazdığı "Okkult Yaponiya" əsərində isə Yaponiyada müqəddəs dağ olan Ontake dağına etdiyi səyahətdən sonra şintoizmlə maraqlanmasından və şintoizmdəki praktikalardan bəhs etmişdir. Louell daha sonra astronomiyaya maraq göstərmiş və 1894-cü ildə Arizona ştatının Flaqstaff şəhərində Louell rəsədxanasını qurmuşdur. O, Marsı tədqiq etməyə başlamış və Marsın şüurlu varlıqlar tərəfindən məskunlaşıldığı qənaətinə gəlmişdir.
Çornı peredel
Çornı peredel (rus. Чёрный передел) — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat). Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu.
Leptailurus serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Pərvan vilayəti
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
Ararat Yerevan FK
Ararat Yerevan FK — Ermənistanın futbol klubu.
Yerevan Dövlət Universiteti
İrəvan Dövlət Universiteti – Ermənistannın İrəvan şəhərində yerləşən ali təhsil mərkəzi. Universitet 1919-cu ildə fəaliyyətə başlamışdır. Ermənistanın ən yaşlı ali təhsil müəssisələrindən biri hesab edilir. == Tarixi == 16 may 1919-ci ildə Ermənistan Respublikasının qərarı ilə təşkil edilmişdir. İlk dərslər 1920-ci ilin fevral ayında keçirilmişdir. İlk rektoru Yuri Stepanoviç Qəmbəryan olmuşdur. Mühazirələr üçün dünyanın bir çox bölgələrindən tanınmış erməni alimləri dəvət edilmişdi. Onlar arasında Yakov Amazaspoviç Manandyan, Mamuka Abeqyan və Stepan Sarkisoviç Malxasyan olmuşdur. Universitet binası İrəvan şəhərində yerləşir. Fəaliyyətinin ilk ilində burada yalnız tarix-dil fakültəsi fəaliyyət göstərirdi.
Reval danışıqları
Reval danışıqları — 9 iyun 1908-ci ildə Finlandiya körfəzinin Baltik sahillərində, indiki Estoniyanın paytaxtı Revalda Britaniya kralı VII Eduard və Rusiya imperatoru II Nikolayın arasında baş tutmuş görüş. == Danışıqlar == 6 noyabr 1908-ci ildə o dövrdə Rusiya imperiyasının tabeliyində olan Revalda görüşən Britaniya və Rusiya nümayəndə heyətləri "xəstə adam" olaraq görülən Osmanlı imperiyasını zəiflətmək barədə razılığa gəlmişdilər. Bu səbəbdən Balkanlarda islahatlara təzyiq edilməsinə qərar verilmişdir. == Nəticələr == İkinci Məşrutiyyət elan edilmişdir. Rusiya Balkanlar və Boğazlar ətrafında rəqibsiz qalmışdır. Britaniya koloniyalarını qorumuşdur. İran və Əfqanıstan bölgələrində sərhədlər müəyyən edilmişdir. Makedoniyada islahatların aparılması qərara alınmışdır. Almaniyaya təzyiq artırılmışdır. Britaniya Misir, Cənubi Sudan və İraq bölgələrində tək qalmışdır.
Akdaşski Proval gölü
Akdaşski Proval gölü —Tatarıstanın Almetev rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Almetev rayonunda, Kaleykino kəndində yerləşir. Su tutarı dairəvi formaya malikdir. Sahilləri sıldırımlıdır. Uzunluğu 28 metr, maksimal eni isə 28 metrdir. Su tutarı 20 metr aşağıda yerləşir. Su səthinin sahəsi 0,03 ha-dır. Orta dərinliyi 11 m, maksimal dərinliyi isə 28 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 3 min.
Cerard de Nerval
Jerar de Nerval (fr. Gérard de Nerval; 22 may 1808[…], Keçmiş VII arondisman[d] – 26 yanvar 1855[…], Keçmiş VII arondisman[d]) — Romantizm hərəkatının ən güclü nümayəndələrindən biri. Fransız yazar, şair və səyyah. == Həyatı == Paris şəhərində dünyaya gələn Nervalın anası o, iki yaşında olarkən Sileziyada vəfat etmişdir. Atası Napoleon Bonapartın ordusunda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Jerar de Nerval əmisi Atuan Buşerin himayəsində Valois bölgəsinin ucqar hissələrindən olan Mortefontuanda qalır. Atasının 1814-cü ildə müharibədən qayıtmasından sonra yenidən Parisə göndərilir. Uşaqlıq illərinin keçiridiyi Valoisə bir neçə dəfə geri dönən Nerval, Valoisin gündəlik həyatından, təbilətindən bəhs edən əsərlər yazır. Tərcüməcilik sənətinə olan maraq nəticəsində İohann Volfqanq Götenin Faust əsərini 1828-ci ildə tərcümə edir. Uğurlu tərcümə nəticəsində, ədəbi mühütdə qısa zamanda tanınan Nerval Henrix Heynenin şeirlərini 1840-cı ildə fransız dilinə tərcümə edir.
Jerar de Nerval

Proval gölü (Tatarıstan)
Proval gölü —Tatarıstanın Alikseevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Coğrafiya == Proval gölü karst mənşəllidir. Tatarıstanın Alikseevski rayonunda, Zoteevka kəndində yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 75 metr, maksimal eni isə 60 metrdir. Su səthinin sahəsi 0,30 ha-dır. Orta dərinliyi 3 metr təşkil edir. Göl 1895-ci ildə dərinliyi 7 metr, diametri 70 sm olaraq meydana gəlmiişdir. == Hidrologiya == Su tutarının həcmi 10 m³-dir.