Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perekop
Perekop (krımtat. Or Qapu (Or), Ор Къапу (Ор)) — Or bərzəxində, Krım yarımadası ilə materik arasında torpaq əlaqəsini təşkil edən şəhər (1920-ci ilə qədər). Or-Kapı şəhərinin Krım-tatarca adı "xəndək qapı" deməkdir (krımtat. or — xəndək; qapı — qapı, darvaza). P. Peter Simon Pallasın fikrincə "Perekop" orijinal slavyan adıdır və bütün toponimlər, o cümlədən Krım tatar, yunan və s. ondan törəmişdir. == Tarixi == Coğrafi mövqeyinə görə Perekop həmişə böyük strateji əhəmiyyətə malik olmuşdur. Bundan əlavə, antik dövrlərdə yaxınlıqda yerləşən duz yataqları səbəbindən zəngin bir ticarət şəhərinə çevrilir. 1-ci əsrdə Ellis Plininin qeydlərində Perekop və Or bərzəxi Tafros adı ilə ətraflı təsvir edilmişdir (qədim yunan dilindən - Perekop). Burada böyük qoruyucu bürcləri olan bir qaladan bəhs olunur.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. == Coğrafiya == Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. == İqtisadiyyat == Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Pərəndək
Pərəndək — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,184 nəfər və 1,631 ailədən ibarət idi.
Perelik burnu
Perelik burnu (bolq. нос Перелик, ‘Nos Perelik’ \'nos pe-re-'lik\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Qarinya buxtasından cənub-şərqdə, Kozloduy buxtasından şimalda yerləşmişdir.Burun Nelson boğazından 900 m şimal-qərbdə, Kitçen burnundan 1.4 km şimal-qərbdə, Smirnenski burnundan 1.2 km cənub-şərqdə yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Rodof dağlarının Qolyam Perelik zirvəsinin adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Rəşid Meredov
Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistan Respublikasının xarici işlər naziri (2001). == Həyatı == Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır. Uşaqlığı Marı şəhərində keçib.1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb. 1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb. 1993-cü ilin martından 1994-cü ilədək Türkmənistan Prezidenti Aparatının hüquq bölməsinin müdiri işləyib.
Spirkin Oseredok
Spirkin Oseredok — Xəzər dənizində yerləşən ada. Ada Volqa çayının deltasında yerləşir. Qazaxıstan sahillərindən 700 metr aralıda yerləşir. Adanın uzunluğu 5,2 km, maksimal eni 3,9 km təşkil edir. Ada inzibati cəhətdən Qazaxıstanın Atıraus vilayətinə daxildir.
Yuxarı Oseredok
Yuxarı Oseredok — Xəzər dənizində okean səviyyəsindən aşağıda yerləşir. Onun uzunluğu 22 km, maksimal eni isə 11 km təşkil edir. Materikdən eni 300 m olan kanalla ayrılır. Ən yaxın yaşayış məntəqəsi Tişkova kəndidir. Adanın şimal-qərb hissəsində Biosfer zənginliyi ilə seçilən Tryexizben adlı yer vardır. Ən ucqar qərb nöqtəsi Kosinski burnudur.
Çornı peredel
Çornı peredel (rus. Чёрный передел) — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat). Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu.
Kredok boğazı
Kredok boğazı (ing. Cradock Channel) - Sakit okeanı ilə Xaurak körfəzini birləşdirir. Burada üç boğazdan biridir (ikisi isə Celliko boğazı və Kolvill boğazı). Boğaz Okslendən şimal-şərqdə yerləşir. Kredok boğazı Qreyt-Barrier adasını Little-Barrier adasından ayırır. Boğazın ən dərin yeri 120 m təşkil edir. Boğazın eni 100 km, uzunluğu isə 30 km-dir. Suları balıq və dəniz məhsulları ilə zəngindir.
Stiven Peddok
Stiven Kreyq Peddok (ing. Stephen Craig Paddock, 9 aprel 1953, Klinton[d], Ayova – 1 oktyabr 2017, Mandalay-Bey[d], Nevada) — 1 oktyabr 2017 tarixində ABŞ-nin Nevada ştatında, 59 insanın ölümü və 489 insanın yaralanmansıyla nəticələnən Las-Veqas Stripdə baş vermiş hadisəni törədən amerikalı kütləvi qatil. == Həyatı == Stiven Kreyq Peddok 9 aprel 1953 tarixində ABŞ-nin Ayova ştatında anadan olmuşdur. 1969-cu ildə 15 yaşındaykən həbsxanadan qaçan bir bank soyğuncusu olan Bencamin Hoskins Peddokun oğlu olaraq, Kaliforniyanın San Velley qonşuluğunda böyümüşdür. 1971-ci ildə Con H. Fransis adına Politeknik Liseyini bitirmiş və 1977-ci ildə Kaliforniya Dövlət Universitetini biznes administrasiyasında dərəcə ilə bitirmişdir. Məhkəmə qeydlərinə görə Peddok iki dəfə evlənmiş və boşanmışdır. İlk evliliyi 1977–1979-cu illərdə, ikinci evliyi isə 1985–1990-cı illərdə olmuşdur. 1985–1988-ci illərdə Lakiid Martin şirkətinin sələfi üçün "daxili auditor" işləmişdir. 2013–2015-ci illərdə Peddok, Florida ştatının Melburn şəhərində, təqaüdçü cəmiyyətində yaşamışdır. 2016-cı ildə Las-Veqasın təxminən 80 kilometr şimal-şərqindəki Nevada ştatının Meskit şəhərindəki yeni bir təqaüdçü evinə qardaşı Erikin köməyi ilə köçmüşdür.
Uilyam Merdok
Vilyam Merdok (ing. William McMaster Murdoch; 28 fevral 1873 – 15 aprel 1912) — Titanik gəmisində kapitan Edvard Smitin baş köməkçisi.
Vilyam Merdok
Vilyam Merdok (ing. William McMaster Murdoch; 28 fevral 1873 – 15 aprel 1912) — Titanik gəmisində kapitan Edvard Smitin baş köməkçisi.
Jorj Perek
Jorj Perek (fr. Georges Perec, 7 mart 1936[…], Parisin 19-cu rayonu[d] – 3 mart 1982[…], İvri-sür-Sen) — fransız yazıçısı və kinorejissoru. == Həyatı == Jorj Perek 7 mart 1936-cı ildə Parisdə anadan olmuşdu. Jorj Perek müasir fransız ədəbiyyatının tanınmış nümayəndələridəndir. Onun “Ömrü sərf etmə yolu” adlı əsəri 1978-ci ildə “Medisi” ədəbiyyat mükafatına layiq görülüb. Bu yüz əlli ilə yaxın bir dövrü əhatə edən ensiklopedik bir romandır. Yüzdən çox tanınmış adamın həyatından parçalar əsərə böyük maraq yaradıb, onun yazıçı şöhrətini daha da artırıb. Jorj Perek 3 mart 1982-ci ildə vəfat edib.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.