Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərəməç
Pərəməç və ya bəleş (tatar. пәрәмәч, pәrәmәç , başq. бәрәмес, noq. паьремеш; başq. ваҡ бәлеш, tatar. бәлеш) — tatar və başqırd mətbəxlərində bir tərəfdən deşik ilə hazırlanan ət pirojkisi.
Pərəncə
Pərəncə(ərəb. برقع‎) (sinonimi: yapıncı, tək-tük hallarda çadra) — müsəlman ölkələrində, ələlxüsus Mərkəzi Asiya və Yaxın Şərqdə xalatı xatırladan və yalançı qolları olan, eləcə də üzü örtmək üçün torcuğu olan qadın üst geyimi.İranın cənubunda niqab kimi geyimə ki rəngli dekorasyonları var,pərəncə (burqa) deyilər. الشامسی، عبدالله، بن نجیب. الألبسة الشعبیة فی دولة الامارات العربیة المتحدة. اتحاد کتاب ادباء الامارات، سال ۱۹۹۱ میلادی.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Çornı peredel
Çornı peredel (rus. Чёрный передел) — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat). Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu.