Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selesta-Ersten
Selesta-Ersten (fr. Sélestat-Erstein) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Selesta-Ersten (rayon). Rayon əhalisi 2006-cı ildə 146 469 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 149 nəf / km². Rayon sahəsi — 981 km².
Persea persea
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Bersden
Bersden (ing. Bearsden) — Şotlandiyada şəhər.
Hipersten
Hipersten — mineral, (Fe,Mg)2[Si2O6] == Haqqında == Enstatit-ferrosilit (Fs) rombik piroksenlər izomorf seriyasının aralıq üzvü. Tərkibində 30–50% Fs olur. Qarışıqları: Mn, bəzən Al, Ti. Habitus prizmatik, lövhəvari. Rəngi yaşıl, qonuru, qarayadək. Parıltısı şüşəli. Xüsusi çəkisi 3,3–3,5. Norit, çarnokit, qranulit və qneyslərdə, nadir hallarda traxit və andezitlərdə. Növ müxtəlifliyi: ferrohipersten, Fs 50–70%; manqanhipersten. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Periton
Periton (lat. peritoneum) — ən böyük seroz qişa, qarın və çanaq boşluğu divarlarını daxildən və burada olan üzvləri xaricdən örtür. Qarın boşluğu - lat. cavum abdominis yuxarıdan tərəfdən - diafraqma ilə, on və yan tərəflərdən qarın əzələləri ilə, arxa tərəfdən - bel əzələləri və bel fəqərələlərinin cisimləri ilə əhatə olunmuşdur. Aşağı tərəfdən bu boşluq böyük və sonra kiçik çanaq boşluğuna keçir.
Perotin
Perotin (fr. Pérotin, lat. Perotinus Magnus) — fransız bəstəkar, Notr-Dam məktəbinin XII—XIII əsrdə yaşamış ən böyük nümayəndəsi. Notr-Dam kilsəsinin xoruna rəhbərlik etmiş və onun ətrafında yaranmış bəstəkarlıq məktəbinə başçılıq etmişdir. Bir çox orqanumların müəllifi, o cümlədən irimiqyaslı dördsəsli «Viderunt omnes» və «Sederunt principes» müəllifi.
Pressen
Pressen (fr. Pressins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38323. Kommunanın 1999-cu il üçün əhalisi 832 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 262 ilə 532 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Preston
Preston (ing. Preston) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Terston
Terston (ing. Thurston Island) — ada bütünlüklə Buzlaqla örtülüdür. Onun şimal-qərbində Elsuorta Torpağı yerləşir. == Coğrafiyası == Adanın uzunluğu 215 km, eni 90 km təşkil edir və xüsusiyyətlə o Antarktidanın üçüncü ən böyük adasıdır. Ada materikə Abbot şelf buzlağı vastəsi ilə birləşir. == Tarixi == Ada 27 fevral 1940-cı ildə kontr-admiral Riçard Berd tərəfindən səmadan kəşf edilir. Onu Nyu-Yorkdan olan parça iatehsalçısı, «Byrd Cloth» paltar ishesalı müəssəsinin dizayneri və ekspedisiyanı maliyyələşdirən V.Qarris Terston şərəfinə adlandırılıb. Ada ilk dəfə yarımada kimi xəritəyə salınır. 1960-cı ildə adanı materikdən ayıran boğaz aşkarlanıb.
Penten
Penten kimyəvi formulu С5Н10olan alkendir . Onun molekulunda bir ədəd ikiqat rabitə var. Bu sinifdə cəmi altı müxtəlif birləşmə vardır.Bu birləşmələr xətti və ya şaxəli quruluşda olub sis-trans izomerlik əmələ gətirirlər. == Xətti quruluşlu izomerləri == Penten-1 alfa olefindir. Çox vaxt penten-1 neftin katalitik və ya termik krekinqinin əlavə məhsulu kimi və ya karbohidrogenlərin termik krekinqi zamanı etilen və propilen ilə birlikdə alınır. Penten-1-in yeganə istehsalcısı Sasol Ltd onu Fişer-Trops prosseslərindən alır.Penten-2 2 həndəsi izomerə, sis-penten-2 və trans-penten-2-yə malikdir. Sis-2-penten olefin istehsalında istifadə olunur. == Şaxəli quruluşlu izomerləri == Pentenin şaxəli izomerləri 2-metilbuten-1, 3-metilbuten-1 (izopenten) və 2-metilbuten-2-dir (izoamilen). == Yanacaq kimi == Propilen, izobuten və amilenlər alkilləşdirmə kontur emalı zavodlarında xammal kimi istifadə olunur.Amilenlər ən yaxşı təyyarə yanacqları kimi istifadə olunur.
Persea
Avokado (lat. Persea) – dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir. Tərkibində asan həzm edilən yağ (30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D vitaminləri var.
Persey
Persey (yun. Περσεύς) — yunan mifologiyasında qəhrəman, Zevs və Danayanın oğlu. == Doğulması == Aqos çarı – Akrisiy peyqəmbərə onun oğlunun olub olmayacağını öyrənmək üçün müraciət edir. Ona bildirilir ki, onun öz oğlan övladı olmayacaq, lakin qızı Danayanın dünyaya gətirmiş olacağı oğlan onu öldürəcəkdir. Bundan ehtiyat edən Akrisiy Danayaya heç bir kişi xeylağı yaxın düşə bilməməsi üçün onu zülmət zirzəmiyə salır. Danayanın gözəlliyinə vurulmuş Zevs özünü qızıl yağışa çevirərək, zirzəmiyə sirayət edir və qıza qovuşur, beləliklə Danaya Zevsdən uşağa qalmış olur. Oğlu Perseyi dünyaya gətirdikdən sonra atasından gizlin saxlamağa çalışsa da uçağın ağlaması onu aşkarlamış olur. Danaya əhvəlatı olduğu kimi Akrisiyə nəql edir lakin atası ona inanmasa da hər ikisini bağlı qutuya salaraq dənizə buraxdırır. Dalğalar qutunu Kiklad adalarına – Serifos sahilinə ataraq, Diktisin balıq toruna salır. Diktisin yanında sığınacaq tapsalar da onun qardaşı çar Polidekt yersiz evlənmə təklifi ilə Danayanı rahat buraxmır.
Pisten
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Pistən
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Porşen
Porşen — istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O, qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqollu-sürgüqollu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasında da iştirak edir. Kompressorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır. Porşen üç hissədən ibarətdir: Dib hissəsi, burada yanma prosesi baş verir. Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin. Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır.Porşenlər çuqun və alüminium legirlərindən hazırlanırlar. Onun materialı tətbiq olunduğu sahədən asılı olaraq həm yüksək möhkəmlik, həm də istiyə davamlılıq göstərməlidir.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Esten
Esten (kanton)
Aleksandr Qertsen
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsi ilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Elqe Karsten
Elqe Karsten (d. 15 may 1995; Quilmes, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Elqe Karsten Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Erik Persson
Erik Persson (12 yanvar 1994) — İsveçi təmsil edən üzgüçü. Erik Persson İsveçi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Erik Persson birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.20 saniyəlik nəticəsi ilə 32-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Etelka Qerster
Etelka Qerster (27 iyun 1855, Kоşitsе, Macarıstan krallığı – 20 avqust 1920) — Macarıstan sopranosu. 1876-cı ildə İtaliyada və növbəti il isə Londonda çıxış etmişdi. == Həyatı == 1878-ci ildə Nyu-York şəhərinin Musiqi Akademiyasında çıxış edən Etelka həmin dövrdə aparıcı müğənnilərindən biri sayılırdı. Qızı dirijor Friç Rayner ilə ailə həyatı qurmuşdu. Qerster övladı doğulduqdan sonra öz səsini itirdi və bir daha heç vaxt oxumadı. 1896-cı ildən 1917-ci ilə qədər Berlində ifaçılıq dərsləri keçirdi. == İstinadlar == == Mənbə == Enciklopedia Slovenska. II. zväzok. Bratislava, 1978. VEDA Seeger, Horst: Opernlexikon.
Hermann Karsten
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
Karsten Tarnou
Karsten Tarnou (5 iyun 1973) — İslandiyalı oxatan. Karsten Tarnou İslandiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Karsten Tarnou birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 208-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Kelli Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Kelly Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.