Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mariya Petrova
Petrova Mariya Qriqoryevna (1906, Sankt-Peterburq – 24 yanvar 1992, Sankt-Peterburq) — RSFSR Xalq artisti (1978), rejissor və Leninqrad radiosunun diktoru. == Bioqrafiya == 1906-cı ildə Sankt-Peterburqda fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Teatr İnstitutunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra Leninqrad Gənc Tamaşaçılar Teatrında əmək fəaliyyətinə başlamışdır. M.Petrova eyni zamanda Leninqrad radiosu ilə əməkdaşlıq etmiş, uşaq verilişlərində iştirak etmişdir. 1934-cü il 1 apreldə Mariya Petrova Leninqrad radiosu əməkdaşı təyin edilmiş və fasiləsiz olaraq 56 il bu radioda çalışmışdır. Bu illərdə o, padio-tamaşalarda yüzlərlə rol canlandırmışdır. 1959-cu ildə Mariya Petrova RSFSR-nın əməkdar artisti, 1978-ci ildə isə RSFSR-nın xalq artisti adına layiq görülmüşdür. M.Petrova 24 yanvar 1992-ci ildə vəfat etmişdir. O, Sankt-Peterburqun Boqoslav qəbristanlığında, rəssam əri Yaroslav Sergeyeviç Nikolayevin yanında dəfn olunmuşdur.
Tatyana Petrova
Tatyana Petrova (d. 22 may 1973) — Rusiyanı təmsil edən su poloçusu. Tatyana Petrova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Tatyana Petrova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Yuliya Petrova
Yuliya Petrova (d. 24 may 1979) — Rusiyanı təmsil edən su poloçusu. Yuliya Petrova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Yevdokia Petrova
Yevdokia Alekseyevna Petrova (rus. Евдоки́я Алексе́евна Петро́ва; 15 sentyabr 1914 – 19 iyul 2002) — 1950-ci illərdə Avstraliyadakı rus casusu. O, Vladimir Petrovun həyat yoldaşı idi və Petrov işi zamanı onunla birlikdə məşhurlaşmışdı. Sovet İttifaqında böyümüş Petrova dövlət tərəfindən idarə olunan məcburi əmək düşərgələrində və ya qulaqlarda bürokrat kimi çalışmışdır. 1951-ci ildə o, əri ilə birlikdə Avstraliyaya diplomat kimi göndərildi, baxmayaraq ki, onun əsl işi Avstraliya hökumətinə qarşı kapitan rütbəsində casusluq idi. Bu vəzifədə o, Kanberradakı Sovet səfirliyinə kargüzarlıq, şifrələmə və əməliyyat yardımı göstərmişdir. O, 1954-cü ildə əri ilə birlikdə Avstraliyaya qaçdı. Bu, Petrov işinin qızğın vaxtında Darvin Hava Limanında baş verdi. Petrovların epizodla bağlı xatirələri onların Maykl Tueyts tərəfindən yazılmış "Qorxu imperiyası" kitabında yer alırdı. Qaçdıqdan sonra Yevdokia Moskvadakı ailəsi ilə bağlı narahatlıqlar yaşadı, cəzalandırılacaqlarından və ya öldürüldüklərindən qorxdu.
Petrova-Biryokanın binası (Rostov-na-Donu)
Petrova-Biryokanın binası binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Bolşoy Sadovaya küçəsi, ev 111 ünvanında yerləşir. Binada şair Dmitri İliç Petrova-Biryoka yaşamışdır. Bina 1928-cı ildə konsstuktivizm stilində inşa edilmişdir. Bina arxitektur mədəni irs siyahısına daxil edilmişdir. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Bolşoy Sadovaya küçəsi, ev 111 ünvanında yerləşir. Bina 1928-ci ildə inşa edilmişdir. Yazıçı Dmitri İliç Petrova-Biryoka Don vilayətinin Anninski Xopyorski stanisası ərazisində doğulmuşdu. O, bir çox əsərlərin müəllifidır «Kazaklar haqqında deyimlər», «Vəhşi çöl», «Kondrat Bulabin», «Don çölünün oğulları», «Qruzinov qardaşları», «İvan Turçannikov», «Cənub odda», «Vətən qarşısında». Yazıçı 1932-ci ildən Rostov-na-Donu şəhərində kitab mətbəəsində çalışırdı.