Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Ptuşko
Aleksandr Lukiç Ptuşko (doğularkən Ptuşkin) (rus. Александр Лукич Птушко; 19 aprel 1900, Luqansk, Yekaterinoslav quberniyası – 6 mart 1973, Moskva) — rus sovet rejissoru, operator və rəssamı. SSRİ xalq artisti (1969). Stalin mükafatı laureatı (1947). O, sovet "Volt Disney"i adlandırılmışdır. == Həyatı == Aleksandr Ptuşko 19 aprel (digər mənbəyə görə 18 aprel) 1900-cü ildə Luqansk şəhərində Luki Artemyeviç və Natalya Semyonovna Ptuşkinlərin kəndli ailəsində anadan olmuşdur. Real məktəbində oxumuşdur. 1919-cu ildən 1-ci süvari ordunun 11-ci kavaler diviziyasında xidmət etmişdir. Vətəndaş müharibəsindən sonra yerli Xalq evində (indiki Dəmiryol vilayət mərkəz sarayı) aktyor və rəssam-dekorator, "Donetsk ocaqxanası" (rus. Донецкая кочегарка) qəzetində müxbir işləmişdir.