Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirsaat
Pirsaat (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonuda qəsəbə. Pirsaat (Qaradağ) — Azərbaycanın Qaradağ rayonuda qəsəbə. Pirsaatçay — Şamaxı və Hacıqabul rayonları ərazisindən axan çay.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Pirola
Pirola (lat. Pyrola) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. Actinocyclus Klotzsch Amelia Alef. Braxilia Raf. Erxlebenia Opiz Thelaia Alef.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Pirsaat (Hacıqabul)
Pirsaat — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbənin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.
Pirsaat (Qaradağ)
Pirsaat — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Pirsaat burnu
Pirsaat burnu — inzibati cəhətdən Bakı şəhəri, Qaradağ rayonu ərazisinə daxildir. Burun ərazisində eyni adlı Pirsaat palçıq vulkanı yerləşir. Burnun əmələ gəlməsinin əsas səsəblərindən biridə bu vulkanın fəaliyyətidir. Digər səbəb isə tektonik fəaliyyətdir. Burna ən yaxın yaşayış məntələri Pirsaat və Ələt qəsəbələridir. Şimaldan Ələt buxtası, cənubdan isə Pirsaat buxtası sahillərini yuyur. Buxtanın cənubundan bir necə kilometr aralıda Sualtı adaları yerləşir. Adalar tektonik fəaliyyətin nəticəsində əmələ gəlmişdir.
Pirsaat buxtası
Pirsaat buxtası - inzibati cəhətdən Bakı şəhərı Qaradağ rayonunu ərazisinə daxil Körfəzə yaxın yaşayış məntəqəsi Pirsaat qəsəbəsidir. Buxtanın daxili hissəsində, sahildən bir necə milometrlik məsafədə Sualtı adaları yerləşir. Sahil hissəsi dəniz səviyyəsindən -29 metr (-95 feet) təşkil edir. Buxta şimaldan Pirsaat burnu, cənubdan isə Bəndovan burnu ilə əhatələnir. Dib hissəsində tektonik proseslərin təsiri ilə qalxır. Bu səbəbdən dərinlik elədə yüksək deyildir.
Pirsaat çayı
Pirsaatçay — Şamaxı və Hacıqabul rayonları ərazisindən axan çay. Uzunluğu 119 km, hövzəsinin sahəsi 2280 km²-dir. Mənbəyi Baş Qafqazın cənub yamacından (2400 m) başlayır. Axımının çox hissəsi yağış (80%), qismən də qar (14%), yeraltı (16%) sulardan əmələ gəlir. İl ərzində yağan yağışlar çayda daşqın əmələ gətirir. Çayın orta illik su sərfi 1,55 kub m/san-dir. Yaz-yay fəsillərində illik axımının 60?70%-i keçir. Suyu sulfatlı-natriumlu olmaqla ən çox minerallaşmaya (1000 mq/l-dən artıq) malikdir. Üzərində su anbarı tikilmişdir.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Dəyirmiyarpaq pirola
Dəyirmiyarpaq pirola (lat. Pyrola rotundifolia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin pirola cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab (i,ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 20-35 sm hündürlükdə olur. Kökətrafı rozetdə yerləşən yarpaqlar dairəvi və ya oval, əsasında nisbətən ürəkşəkilli, demək olar ki, tam kənarlı, çılpaq, 3-5 sm uzunluqda, 2-5 sm enindədir. Salxım düz, uzun, 8-15 çiçəklidir. Çiçəklər dairəvi yerləşir. Kasacığın dilimləri yumurtavari-lansetşəkilli, iti, təpə hissəsi aşağı ayilmişdir.
Çenq Pirort
Pirsaat su anbarı
Pirsaat su anbarı — Azərbaycan Respublikasının Hacıqabul rayonunda Pirsaat çayı üzərində yerləşən hidroqurğu. Anbar 1964-cü ildə istifadəyə verilmişdir. 2003-2010-cu illərdə yenidən qurulmuşdur. Ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetrdir. Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur. Hacıqabul rayonunun Pirsaat və Navahı qəsəbələrinin, Rəncbər, Qubalıbalaoğlan, Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi bu anbara toplanan suyun hesabına suvarılır. Eyni zamanda bu hidroqurğu vasitəsilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir. İlk dəfə 2014-cü ildə yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olmuşdur. Anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranmışdır. 2016 və 2022-ci ilin iyulunda neçə ildən sonra ilk dəfə su anbarı dolub.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Akdaşski Proval gölü
Akdaşski Proval gölü —Tatarıstanın Almetev rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Almetev rayonunda, Kaleykino kəndində yerləşir. Su tutarı dairəvi formaya malikdir. Sahilləri sıldırımlıdır. Uzunluğu 28 metr, maksimal eni isə 28 metrdir. Su tutarı 20 metr aşağıda yerləşir. Su səthinin sahəsi 0,03 ha-dır. Orta dərinliyi 11 m, maksimal dərinliyi isə 28 metr təşkil edir. Su tutarının həcmi 3 min.
Proval gölü (Tatarıstan)
Proval gölü —Tatarıstanın Alikseevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. Proval gölü karst mənşəllidir. Tatarıstanın Alikseevski rayonunda, Zoteevka kəndində yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 75 metr, maksimal eni isə 60 metrdir. Su səthinin sahəsi 0,30 ha-dır. Orta dərinliyi 3 metr təşkil edir. Göl 1895-ci ildə dərinliyi 7 metr, diametri 70 sm olaraq meydana gəlmiişdir. Su tutarının həcmi 10 m³-dir.
Gənc Pirat Partiyası
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Maks Hedrum pirat yayımı
Maks Hedrum pirat yayımı (ing. Max Headroom broadcast signal intrusion) — Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən WGN televiziyasının yayım tezliyində baş vermiş müəmmalı pirat yayım. Hadisə XX əsrin sonlarına yaxın ABŞ və Qərbi Avropanın populyar mədəniyyətində geniş müzakirə olunmuşdur. Hadisə 1987-ci ilin 22 oktyabr tarixində, Amerika Birləşmiş Ştatlarının İllinoys ştatının Çikaqo şəhərində yerləşən WGN televiziya kanalının canlı xəbərlər proqramının yayınlanması zamanı baş vermişdir. Saat 21:14-də xəbərlər proqramı qəfil kəsilmiş və ekranda üzündə "Maks Hedrum" maskası olan bir şəxs, 28 saniyə ərzində qəribə hərəkətlər edərək, anlaşılmaz sözlərdən istifadə etmişdir. Televiziya əməkdaşlarının təcili müdaxiləsindən sonra yayım dayandırılmışdır. Lakin, təxminən 2 saat sonra 23:15 radələrində bu dəfə "WTTW" kanalının yayımı oxşar səbəbdən kəsilmişdir. Yenə eyni şəkildə, üzündə maska olan şəxs ekranda göründü. Həmin şəxs anlaşılmaz sözlərdən istifadə edərək, qeyri-adi hərəkətlər edirdi. 88 saniyəlik yayım bitdikdən sonra kanalın normal yayımı davam etdi və pirat yayımı bu dəfə kəsmək mümkün olmamışdır.
S. M. Kirova abidə özülünün qoyulması (film, 1937)
Film vaxtilə Azərbaycanda kommunist partiyasına rəhbərlik etmiş və Leninqradda (indiki Sankt-Peterburq) işləyərkən Smolnıda sui-qəsd nəticəsində qətlə yetirilmiş Sergey Kirovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakının Dağüstü parkında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidənin təməlinin qoyulması mərasiminə həsr edilmişdir.