Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikolay Piroqov
Nikolay İvanoviç Piroqov (13 (25) noyabr 1810, Moskva – 23 noyabr (5 dekabr) 1881, Vinnitsa, Rusiya imperiyası) — rus cərrah. == Həyatı == Nikolay Piroqov 13 noyabr 1810-cu ildə Moskva şəhərində hərbi xəzinadar, mayor İvan İvanoviç Piroqovun ailəsində doğulmuşdur. 14 yaşında Piroqov Moskva universitetinin tibb fakültəsinə qəbul olunur. Orada o, rus həkimləri və anatomlarının məktəbini yaratmış E.O.Muxinin (1766-1850) ən yaxşı tələbəsi olur. 18 yaşında Piroqov öz müəlliminin tövsiyəsi ilə Moskva universitetinin diplomunu alır və təhsilini davam etdirmək üçün Derptə (Tartu) professor institutuna göndərilir. O zaman bu universitet Rusiyada ən yaxşı universitet hesab olunurdu. Burada, cərrahiyyə klinikasında Piroqov beş il işləyir, iyirmi altı yaşında ikən müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə edir və Derpt Universitetinin (indiki Tartu Universiteti) professoru seçilir. Bu müddətdə o, anatomiyaya böyük diqqət yetirirdi. Meyidləri dondurmaqla mişarlama üsulundan N.İ.Piroqov istifadə etməklə o, orqanların üçölçülü qarşılıqlı münasibətini öyrənmişdir. Piroqov özü bunu “buz anatomiyası” adlandırırdı.