Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit.
Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr.
Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.