Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zlatnıy Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edir Dil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.
Platini
Mişel Fransua Platini (fr. Michel François Platini; 21 iyun 1955[…], Jyof[d]) — Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu. Yeganə futbolçudur ki, 3 dəfə ardıcıl "Qızıl top" (1983, 1984 və 1985) mükafatının qalibi olmuşdur. Mişel Fransua Platini 1955-ci il iyunun 21-də Fransanın Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Öz dövrünün ən istedadlı futbolçularından hesab edilir. "Nansi" (Fransa, 1973–1979) – 175 oyun, 98 qol "Sent-Etyen" (Fransa, 1979–1982) – 107 oyun, 58 qol "Yuventus" (İtaliya, 1982–1987) – 147 oyun, 68 qol Fransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub. Fransa kubokunun qalibi – 1978 Fransa çempionu – 1981 Fransa kubokunun finalçısı – 1981, 1982 İtaliya kubokunun qalibi – 1983 İtaliya çempionu – 1984, 1986 Kuboklar Kubokunun qalibi – 1984 Avropa Superkubokunun qalibi – 1984 Avropa çempionu – 1984 Çempionlar Kubokunun qalibi – 1985 Qitələrarası kubokun qalibi – 1985 Dünya çempionatının bürünc mükafatçısı – 1986 Avropanın ən yaxşı futbolçusu – 1983, 1984, 1985 Kavaler ordeninin Fəxri legionu – Şevalye (1985), Zabit (1988) 1984-cü ildə keçirilən Avropa çempionatının bombardiri (9 qol) olub. 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"a yiyələnib Fransa milli yığma komandasının baş məşqçisi – 1988–1992 Fəxri Legion ordeni (29 aprel 1985) Xidmətlərə görə ordeni (Fransa) (3 dekabr 1994) "Şöhrət" ordeni (Azərbaycan) (2007) "Şərəf" ordeni (Moldova) (2009) "Şərəf" ordeni (Ermənistan) (2010) Mişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib.
Platin
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Mişel Platini
Mişel Fransua Platini (fr. Michel François Platini; 21 iyun 1955[…], Jyof[d]) — Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu. Yeganə futbolçudur ki, 3 dəfə ardıcıl "Qızıl top" (1983, 1984 və 1985) mükafatının qalibi olmuşdur. Mişel Fransua Platini 1955-ci il iyunun 21-də Fransanın Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Öz dövrünün ən istedadlı futbolçularından hesab edilir. "Nansi" (Fransa, 1973–1979) – 175 oyun, 98 qol "Sent-Etyen" (Fransa, 1979–1982) – 107 oyun, 58 qol "Yuventus" (İtaliya, 1982–1987) – 147 oyun, 68 qol Fransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub. Fransa kubokunun qalibi – 1978 Fransa çempionu – 1981 Fransa kubokunun finalçısı – 1981, 1982 İtaliya kubokunun qalibi – 1983 İtaliya çempionu – 1984, 1986 Kuboklar Kubokunun qalibi – 1984 Avropa Superkubokunun qalibi – 1984 Avropa çempionu – 1984 Çempionlar Kubokunun qalibi – 1985 Qitələrarası kubokun qalibi – 1985 Dünya çempionatının bürünc mükafatçısı – 1986 Avropanın ən yaxşı futbolçusu – 1983, 1984, 1985 Kavaler ordeninin Fəxri legionu – Şevalye (1985), Zabit (1988) 1984-cü ildə keçirilən Avropa çempionatının bombardiri (9 qol) olub. 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"a yiyələnib Fransa milli yığma komandasının baş məşqçisi – 1988–1992 Fəxri Legion ordeni (29 aprel 1985) Xidmətlərə görə ordeni (Fransa) (3 dekabr 1994) "Şöhrət" ordeni (Azərbaycan) (2007) "Şərəf" ordeni (Moldova) (2009) "Şərəf" ordeni (Ermənistan) (2010) Mişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib.
Platonia nodiflora
Phyla nodiflora (lat. Phyla nodiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin phyla cinsinə aid bitki növü. Bertolonia crassifolia Raf. Blairia nodiflora (L.) Gaertn. Diototheca repens (Bertol.) Raf. Lantana larranagae Moldenke Lantana repens Sessé & Moc. Lantana repens Larrañaga Lantana sarmentosa Spreng. ex C.B.Clarke [Spelling variant] Lippia aegyptiaca Carrière Lippia fruticosa (Mill.) K.Kenn. ex R.W.Sanders Lippia incisa (Small) Tidestr. Lippia incisa (Small) E.D. Schulz Lippia litoralis Phil.
Platonik eşq
Platonik sevgi, platonik eşq və ya platonik məhəbbət ― müasir mənada cinsi əlaqəsi olmayan virtual və duyğusal sevgi. Platonik sevgi termini öz adını qədim yunan filosofu Platondan götürür. Platon bu sevgi tərzini təsvir edən ilk şəxsdir. Bir kitabda (simpozium dialoqu) Platon sevgi hissinin necə meydana gəldiyini və necə inkişaf etdiyini izah etməyə çalışır - həm cinsi, həm də qeyri-cinsi yollarla. Platon insanların ruh və bədəndən meydana gəldiyini və ruhun düşüncə aləmində olduqda cismin maddi dünyaya aid olduğunu bildirir. Bundan əlavə, ruh yerləşdiyi bədənlə birlikdə olmalıdır, lakin iki həqiqət bir-birindən tamamilə müstəqildir. Bir sözlə, platonik sevgi ruha və zehnə ilham verir. Marsilio Ficino XV əsrdə "platonik sevgi" terminini istifadə edən ilk insan olmuşdur. Marsilio onu bir insanın xarici görünüşünə deyil, zəkasının və xarakterinin gözəlliyinə yönəlmiş sevgini təsvir etmək üçün istifadə etmişdir.
Platonik məhəbbət

Platonik sevgi

Qlavnıy adası
Qlavnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 6,6 km şimal-qərbdə yerləşir. Qlavnıy adasından şərqdə Kolokol adası və Krayniy adası (müvafiq olaraq 0,5 vvə 1 km) yerləşir. Adalar arasında qumlu say yerləşir. Qərbində, 1,4 km aralıda Raket adası yerləşir. Uzunluğu 1,8 kilometr, eni isə 700 metr təşkil edir. Qrupun ən iri adasıdır. Bu isə adanın bu cür adlanmasına səbəb olmuşdur. Adanın sahilləri hamardır.
Ukatnıy adası
Ukatnıy adası - Xəzər dənizinin şimalında, Volqa çayının deltasında yerləşən ada. Adanın sahilləri bataqlıqlaşmışdır. Uzunluğu 6.2 km, eni isə 4.3 km təşkil edir. Sahəsi 14,9 km²-dir. Ada ərazisində neft ehtiyatı vardır. Ukatnıy adası mübahisəli ərazidir. De-fakto ərazi Rusiyanın ərazisinə daxil olsa da, Qazaxıstan adanı tarixi torpağı hesab edir. Rusiya adanı Həştərxan vilayəti, Qazaxıstan isə Atırau vilayəti ərazisinə aid edir.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Sərbəst platin
Sərbəst platin – Pt — Kubik sinqoniya; Rast gəlmə tezliyi şkalası - nadir. Təmiz halda çox nadir hallarda qeyd edilir və adətən başqa metallarla birlikdə təbii ərintilər – ferroplatin (15-20 % Fe), iridiumlu platin (7 %-dək Ir), palladiumlu platin (bəzən 7 %-dək və daha çox miqdarda Pd), rodiumlu platin (4,5 %-dək Rh), nikelli platin (3,8%-dək Ni), kuproplatin (8-13 % Cu) və b. əmələ gətirir. Rəng – gümüşü-ağdan poladı-bozadək; Mineralın cizgisinin rəngi – gümüşü - və qalayı-ağ, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – təmiz platinin – 21,5, təbii xəlitələrin – 14-19; Sərtlik – 4-4,5; AR – yoxdur; Sınıqlar– tikanlı; Başqa xassələr – döyüləndir, olduqca dartıla biləndir, çətin ərimə, kimyəvi dayanıqlıq, dəmirli platin isə həm də maqnit və elektrik keçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; oktaedrik, heksaedrik; Mineral aqreqatları: qeyri-düzgün və yuvarlaq formalı, vərəq- və pulcuqvari əmələgəlmələr, dendritlər, külçələr – adətən kiçik ölçülü, nadir hallarda çəkisi 10 kq və daha çox olan bütöv kütlələr. Platinin maqmatik ana yataqları və səpinti yataqları ayrılır. Mineralın ana – ilkin yataqları genetik cəhətdən ultraəsasi və əsasi süxurlarla əlaqədardır. Hiperbazitlər (dunit) içərisində yerləşən yataqlarda platin xromşpinelidlərlə sıx assosiasiya təşkil edir, gec (pnevmatolit-hidrotermal mənşəli olması da istisna deyil) minerallar sırasına daxil olub, silikatlar və oksidlərdən sonra əmələ gəlir. Əsasi süxurlarda (norit, qabbro-diabazlar) yerləşən yataqlarda sərbəst platin maqmatik ərintinin likvasiyası ilə əlaqədar olaraq yaranır və onunla assosiasiyada olan sulfidlərin erkən əmələgəlmələrindən sonra kristallaşır. Mineralın hidrotermal mənşəli tapıntıları da məlumdur. Mineralın səpinti törəmə yataqları onun ana yataqlarının dağılması nəticəsində formalaşır.
Zlatni Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edir Dil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.
Barbarossa planı
Barbarossa əməliyyatı (alm. Unternehmen Barbarossa) — İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür. Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı. Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. == Barbarossa planı == Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası(o cümlədən 19 tank və 14 mühərrikli diviziya)cəmləşdirilmişdi. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi.
Daues planı
Alman məsələsində konstruktiv dialoqa dönüş Rur böhranının sona çatması və ABŞ iqtisadçısı general Çarls Dauesin rəhbərliyi ilə beynəlxalq komissiyanın yaradılması oldu. Komissiya təzminat məsələsində 2 ekspert komitəsi yaratmaq haqqında qərar qəbul etdi: Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı idi. İkinci komitə Almaniyadan xaricə çıxarılan kapitalı geri qaytarmaq üçün mümkün olan vasitələri araşdırmalı idi. Ekspertlər komitəsinin iclasları 1924-cü ilin yanvarın 14-dən aprelin 9-a qədər London şəhərində keçirildi. Birinci ekspertlər komitəsinin sədri Daues seçildi. Komitənin başlıca vəzifəsi təzminatla bağlı məsələyə dair tövsiyələr vermək idi. Müzakirələr nəticəsində belə bir qənaətə gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası üçün işğal edilmiş ərazilər iqtisadi və maliyyə cəhətdən yenidən ölkəyə birləşdirilməli və Almaniyaya beynəlxalq istiqrazlar verilməlidir. Burada təqdim olunan ekspertlərin məruzəsi "Daues planı" adlandırıldı. Bu plan 3 hissədən ibarət idi: 1. Ekspertlərin nəticələri və komitənin mövqeləri.
Gertruda planı
Gertruda, Gertrude və ya Gertrud, Nasist Almaniyasının Türkiyəni işğal etmək planlarında istifadə olunan kod adıdır və fikir 1942-ci ilin yayının əvvəllərində formalaşmağa başlamışdı. Bu kod adı sonradan dəyişdirildi. Qırmızı Ordunun Qafqazdakı hücum hərəkətləri və müttəfiqlərin Siciliyadakı əməliyyatları səbəbindən bu fikirdən imtina edildi. Şərq regionları nazirliyindən tapılan sənədlərə görə Nasist liderləri, gec-tez türkçülük və Azərbaycanın Türkiyə ilə birləşməsinin Almaniyaya təhlükə yaradacağını bilirdilər. “Böyük Turan” adı ilə Azərbaycan və Türkiyənin birləşməsi 1942 və 1943-cü illərdə nasist liderləri tərəfindən müəyyənləşdirildi. Birləşmiş Ermənistan ideyası türklərin Qafqazdakı istəklərinə qarşı tarazlaşdırıcı bir fikir ola bilərdi. Müstəqil Qafqaz Hərəkatı ermənilərin müstəqillik tələblərini qeyd etmişdi. Bəzi iddialara görə, bu Adolf Hitler tərəfindən bu ideya təklif edilmiş və təsdiq edilmişdir.
Madaqaskar planı
Madaqaskar planı — Üçüncü Reyx tərəfindən təklif edilən köçürmə planı. Plana əsasən Avropada yaşayan yəhudi toplumu Madaqaskar adasına yerləşdirilməli idi. Avropalı yəhudilərin Madaqaskar adasına köçürülməsi ilə bağlı fikirlər daha əvvəlcədən də mövcud olmuşdur. Fikir ilk dəfə 1885-ci ildə antisemitist düşüncələri ilə bilinən Paul de Laqarde tərəfindən təklif edilmişdir. 1920-ci ildə dönəmin aktiv siyasi və ictiami xadimlərindən olan Henri Hamilton, Arnold Le və digərləri Madaqaskar planı planını yenidən gündəmə gətirmişdir. Madaqaskar planından öncə XX əsrin əvvəllərində Avropada yaşayan yəhudi toplumuna Uqanda planı adlı layihə təklif edilir. Plana əsasən yəhudi əhalisi indiki Keniya ərazilərində yerləşən Mau platasına köçürülməli idi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Madaqaskar dünya yəhudilərinin toplana biləcəyi və monoetnik dövlət quracağı ən potensiallı yer sayılırdı. Müharibə ərəfəsində bu ideyanı yenidən gündəmə gətirən nasist liderlər Adolf Hitlerin də razılığını ala bilmişdi.
Marşal planı
Marşal planı — Qərbi Avropaya xarici yardım göstərmək üçün 1948-ci ildə qəbul edilmiş Amerika təşəbbüsü. ABŞ İkinci Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində 13,3 milyard dollar (2023-cü ildə 173 milyard dollara bərabər) yardım edib. Morgentau planını əvəz edərək 3 aprel 1948-ci ildən başlayaraq dörd il fəaliyyət göstərdi. Lakin 1951-ci ildə Qarşılıqlı Təhlükəsizlik Aktı ilə əvəz olundu. ABŞ-nin məqsədləri müharibə zamanı dağılmış bölgələri bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, sənayeni modernləşdirmək, Avropanın rifahını yaxşılaşdırmaq və kommunizmin yayılmasının qarşısını almaq idi. Marşal planı dövlətlərarası maneələrin azaldılmasını və Avropa qitəsinin iqtisadi inteqrasiyasını təklif edir, eyni zamanda məhsuldarlığın artırılmasını və müasir biznes prosedurlarının qəbulunu təşviq edirdi.
Mauntbetten planı
Mauntbetten planı — Böyük Britaniyanın mütəmləkəsi olan Hindistanın iki dominiona (Hindistan İttifaqı və Pakistan) bölünməsi planı. Hindistanda müstəmləkə zülmünə qarşı mübarizə İkinci Dünya müharibəsindən sonra daha geniş vüsət aldı. Böyük Britaniya İkinci dünya müharibəsindən sonra nəinki böyük dövlət statusuna iddia edə bilirdi, hətta beynəlxalq siyasətdə ciddi rolu görünmürdü, nəhəng imperiya statusundan imtina edərək kiçik tərəfdaş rolunu oynayırdı. Hərbi-iqtisadi baxımdan Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə düşən İngiltərə Hindistan da daxil olmaqla dünyanın müxtəlif bölgələrində öz iqtisadi maraqlarından Vaşinqtonun xeyrinə imtina etdi. İngiltərədə 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində qalib gələn leyboristlər konservatorlardan fərqli olaraq "Hindistandan getməyin vacibliyi, qaçılmazlığı", "qalmaq üçün getmək" siaysətinin zəruriliyini daha aydın əkildə dərk edirdilər. Liberal tendensiya Hindistanın bütövlüyünü saxlamaq, ideya baxımdan leyboristlərə yaxın olan HMK-ya önəmli hakimiyyət funksiyaları ötürməyə üstünlük verirdi. İngilislərin əlində zəiflədilmiş mərkəzi hakimiyyətin qalması onları Hindistanın bütövlüyünün qarantına çevirirdi, eyni zamanda siyasi elitanın diqqətini, enerjisini yerli problemlərin həllinə yönəldirdi. Hindistanın regional, konfessional, adminstrativ-siyasi əsaslara görə parçalanması müstəmləkəçilərin əsas siyasi xətti idi. Leyborist hökumətinin lord Petik-Lourens missiyası Hindistanın vahidliyini təmin etmək, İngiltərə ilə sıx əlaqələrini təmin etməyə çalışırdı. Londonda 1946-cı il may ayının 16-da açıqlanan "bütövlük planı" Konstitusiya Assambleyasının fəaliyyətini nəzərdə tutur, məhz liberaların baxışlarını əks etdirirdi.
Uqanda planı
Uqanda planı — Şərqi Afrika Britaniyası torpaqlarının bir qismini yəhudilərə verilməsini özündə birləşdirən plan. Plana əsasən yəhudilərə öz dövlətlərini yaratmaqları üçün geniş ərazilər verilməli idi. Təklif ilk dəfə 1903-cü ildə Böyük Britaniyanın müstəmləkələrlə bağlı məsələləri ilə məşğul olan Yozef Çemberlin tərəfindən sioinst lider Teodor Hertsla edildi. Plan indiki Keniya ərazisində yerləşən Mau platasında 13.000 km² ərazinin yəhudilərə verilməsini təklif edirdi. Uqanda planı Rusiya imperiyası ərazisində yaşanmış yəhudi qətliamlarına cavab olaraq hazırlanmışdı və yəhudilərin planı qəbul edəcəyi gözlənilirdi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Bir qrup təklifin qəbul ediləcəyi halda Fələstin ərazilərində yeni bir yəhudi dövlətinin yaradılmasının mümkün olmayacağını müdafiə edirdi. Yekunda 299 nəfərdən 177 nəfəri plana müsbət cavab verdilər. Növbəti il üç nəfərdən təşkil olunmuş qrup ərazinin öyrənilməsi üçün Keniyaya yola salındı. Ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, ərazinin digər Afrika bölgələrinə nəzarən daha çox məhsuldar olması kimi səbəblər qrupda müsbət fikir yaratmışdı.
Yunq planı
Yunq planı — Birinci dünya müharibəsində məğlub olmuş Almaniya üçün təzminat planı.1929-cu ilin avqustunda yazılmış və rəsmi olaraq 1930-cu ildə qəbul edilmişdir. O, amerikalı sənayeçi Owen Yunqin rəhbərlik etdiyi komitə (1929-30) tərəfindən təqdim edilmişdir. Yunq, Amerika Radio Korporasiyasının (RCA) qurucusu və keçmiş sədri, o zaman Rokfeller Fondunun qəyyumlar şurasının üzvü idi. Müttəfiqlərarası Təzminatlar Komissiyası Almaniyanın təzminat məbləğini nəzəri olaraq cəmi 132 milyard, lakin praktiki olaraq cəmi 50 milyard təşkil etdi. 1924-cü ildə Dawes Planı istifadəyə verildikdən sonra məlum oldu ki, Almaniya qeyri-müəyyən müddət ərzində illik ödənişləri istəməyərək ödəməyəcək.Plan növbəti ödənişləri təxminən 20 faiz azaldıb.Baxmayaraq ki, nəzəri cəmi 112 milyard Qızıl Mark, ABŞ-yə bərabərdir. 1929-cu ildə 27 milyard dollar (2022-ci ildə 121 milyard ABŞ dolları) 58 il müddətində və 1988-ci ildə başa çatacaq, çox az adam planın on ildən çox davam edəcəyini gözləyirdi.Bundan əlavə, Gənc Plan iki milyard Qızıl Mark, 473 milyon ABŞ dolları məbləğində müəyyən edilmiş illik ödənişi iki komponentə böldü: şərtsiz bir hissə, məbləğin üçdə birinə bərabər və təxirə salına bilən hissə, qalan üçdə ikiyə bərabərdir. faiz cəlb edəcək və JP Morgan & Co tərəfindən koordinasiya edilən Amerika investisiya banklarının konsorsiumu tərəfindən maliyyələşdiriləcək. Müttəfiqlərin Reparasiya Komitəsi tərəfindən təyin edilmiş komitə 1929-cu ilin birinci yarısında toplandı və həmin il iyunun 7-də ilk hesabatını təqdim etdi. Yanqdan başqa, ABŞ-ni görkəmli bankir J. P. Morgan Jr və onun tərəfdaşı Tomas V. Lamont təmsil edirdi. Hesabat Böyük Britaniyanın böyük etirazları ilə qarşılaşdı, lakin Haaqada keçirilən birinci Konfransdan sonra plan avqustun 31-də yekunlaşdırıldı.
Şliffen planı
Şliffen planı — Almaniya imperiyası tərəfinən hazırlanmışdır. 1905-ci ildə "ildırımsürətli" müharibə planı hazırlandı.Bu Alfred fon Şliffen rəhbərliyi ilə Fransa və Rusiya ilə müharibəni nəzərdə tutan plan idi.Plana görə müharibə iki cəbhədə aparılmalı idi.
Maliyyə planı
Maliyyə planı — xarici şəraitdən və gələcək maliyyə axınlarının koordinasiyasından asılı olaraq mövcud maliyyə resursları ilə onların əldə edilməsinin reallığına uyğun olaraq məqsədlərin seçilməsi gəlir və xərclərin formalaşması planlarının hazırlanmasında və icrasına nəzarətdə ifadə edilir, pul ifadəsində ifadə olunan cari maliyyə vəziyyətini, onlara nail olmaq üçün məqsədləri və vasitələri nəzərə almaq. Müəyyən dövr üçün icmal maliyyə planı büdcə adlanır. Təxminlər və ya biznes planları müəyyən layihələri həyata keçirmək üçün istifadə edilə bilər. Bazar iqtisadiyyatı şəraitində öz fəaliyyətinin maliyyə planlaşdırılması ayrı-ayrı şəxs, ailə, təşkilat, bütöv bir dövlət və ya onların birliyi tərəfindən həyata keçirilə bilər, müəssisələrdə isə maliyyə idarəçiliyinin tərkib hissəsidir. Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat maliyyə planlaşdırmasının formaları deyil, çünki onlar müəssisənin artıq həyata keçirilən fəaliyyəti haqqında ilkin sənədlərdən məlumatları əks etdirir. Strateji maliyyə planlaşdırmasının vəzifəsi uzun müddət üçün maliyyə fəaliyyətinin proqnozlaşdırıldığı məqsədlər, maliyyə imkanları və xarici şərtlər arasında balans yaratmaq və qorumaqdır. Planlı iqtisadiyyatda iri təsərrüfat subyektlərinin fəaliyyətinin maliyyə-təsərrüfat planlaşdırılması dövlət tərəfindən həyata keçirilir, maliyyə resursları dövlətin uzunmüddətli məqsəd və vəzifələrinə uyğun olaraq sahələr və sektorlar arasında bölüşdürülür. Normativ. Əsas odur ki, əvvəlcədən müəyyən edilmiş normalardan istifadə edərək, şirkətə nə qədər resurs lazım olduğunu, eləcə də onların mənbələrini müəyyən etməkdir. Balanslı.
Morgentau planı
"Morgentau planı" (ing. Morgenthau Plan), "Almaniya tərəfindən 3-cü dünya müharibəsinin başlamasının qarşısını almaq üçün proqram" — ABŞ-ın Maliyyə Naziri Henri Morgentau tərəfindən təklif olunan Almaniyanın müharibədən sonrakı düzəni proqramı. Morgentau planı Almaniyanın parçalanmasını, mühüm sənaye sahələrinin beynəlxalq nəzarətə verilməsini, ağır sənayenin ləğvini, silahsızlaşdırılmanı və Almaniyanın aqrar ölkəyə çevrilməsini nəzərdə tuturdu. 1944-cü ilin sentyabrında Uinston Çörçill və Franklin Delano Ruzveltin daxil olduğu 2-ci Kvebek Konfransında təklif edildi. Konfransda Almaniyanın əsasən aqrar ölkəyə çevrilməli olduğu memorandum imzalanıb. Təfərrüatlar mətbuata məlum oldu və plan ABŞ və İngiltərədə ciddi şəkildə tənqid olundu. Göbbelsin təbliğat nazirliyi bundan istifadə edərək “yəhudi Morgentau”nun Almaniyanı nəhəng bir kartof sahəsinə çevirmək istədiyini bəyan etdi. “Völkischer Beobachter” qəzeti “Ruzvelt və Çörçil yəhudilərin qatil planı ilə razılaşdılar” başlığını dərc etdi. Müşahidəçilər qeyd edirdilər ki, bu tədbirlər nəticəsində alman əhalisinin həyat səviyyəsi kəskin şəkildə aşağı düşmüş və müharibədən sonrakı aclıq geniş vüsət almışdır. Sənayesizləşmə şəhərlərdə cəmləşmiş sənaye işçilərinin, zəncir boyu isə sənayeyə xidmət edən bank və idarəetmə işçilərinin işindən məhrum olmasına gətirib çıxardı, şəhər xidmətləri, tibb, təhsil və mədəniyyət sahələrini səmərəli tələbatdan məhrum etdi; yüksək məhsuldar kənd təsərrüfatı istehsalı isə bir tərəfdən sərbəst buraxılan əmək ehtiyatlarını tuta bilmirdi, digər tərəfdən isə istehsal olunan məhsulların ödəmə qabiliyyəti bazarını da itirirdi.
Covanni Benedetto Platti
Covanni Benedetto Platti (9 iyul 1697, Padova – 11 yanvar 1763, Vürtsburq) — italyan bəstəkar və qaboyçu.