Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Platanus
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. == Yayılması və ekologiyası == Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Andrey Platonov
Andrey Platonov(əsl adı rus dilində: Андре́й Плато́нович Климе́нтов; 16 (28) avqust 1899, Voronej – 5 yanvar 1951[…], Moskva) — rus sovet yazıçısı, dramaturqu. == Həyatı == Andrey Platonov 1899-cu ildə Voronejin Yamskaya qəsəbəsində dünyaya gəlib. Çoxuşaqlı ailənin böyük oğlu olduğundan hələ yeniyetməlik çağlarından ən ağır işlərdə çalışıb. Atasına kömək olub. Çox yerlərdə, çox sahibkarlara qulluq edib. Odur ki, yazılarında "intiligent" obrazlarına az təsadüf olunur. Onun qəhrəmanları adətən sadə zəhmət adamları, kəndlilər, fəhlələrdi. Və bu insanlar daha çox torpağa bağlılıqları, həyatın bütün qatlarına dərindən bələd olmalarıyla son dərəcə müdrik, ağıllı, tədbirli, deməli, həm də əsil ziyalıdırlar. Platonov ayrıca filoloji təhsil almayıb. Sadəcə, yazı-pozuya yaşının erkən çağlarından başlayıb.
Platanus orientalis
== Təbii yayılması == Təbii halda Balkan yarmadasında, Egey dənizi adalarında, Kiçik Asiyanın cənub və qərbində, Aralıq dənizinin şərq sahillərində, Kipr və Krit adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 40–50 m-ə, gövdəsinin diametri 1,5–3 m-ə çatan geniş çətirə malik iri ağacdır. Gövdə və budaqların qabığı yaşılımtıl, açıq boz və ya sarımtıl-yaşıldır. Tumurcuqları enli-konusşəkillidir, şişuclu, uzun zoğlarda növbəli düzülmüşdür. Yarpaqları növbəli düzülüşlü, dəyirmi və ya yumurtavari, 3–7 dilimlidir, uzun saplaqlı, üst tərəfi parlaq yaşıl, alt tərəfi qonur-yaşıl, çılpaq və ya seyrək tüklüdür. Birevli bitkidir. Çiçəkləri müxtəlif cinsli, sallanan uzun saplaqlarda 2-dən 70-ə qədər olmaqla şarvari çiçək qrupunda yerləşmişdir. Meyvəsinin diametri 2–2,5 sm-ə, uzunluğu 4–7 mm-ə çatan, yuxarısı enliləşmiş və tüklənmiş toxumcadır. Toxumu uzunsovdur. == Ekologiyası == Toxum, qələm, basdırma və gövdə pöhrəsi ilə artırılır.
Sergey Platonov
Sergey Platonov (rus. Сергей Фёдорович Платонов; 16 (28) iyun 1860 və ya 28 iyun 1860, Çerniqov – 10 yanvar 1933[…], Samara) — rus və sovet tarixçisi, müəllim. 1909-cu il dekabrın 5-dən Sankt-Peterburq Elmlər Akademiyasının Tarix-filologiya şöbəsində müxbir üzvü, 3 aprel 1920-ci ildən Rusiya Elmlər Akademiyasının həqiqi üzvü. == Uşaqlıq və gənclik illəri == S. F Platonov 16 (28) iyun 1860-cı ildə Çerniqovda anadan olub. O, Çerniqov quberniya mətbəəsinin rəhbəri Fyodor Platonoviç Platonov və həyat yoldaşı Kleopatra Aleksandrovnanın (qızlıq soyadı Xrisanfova) ailəsində yeganə uşaq idi. 1869-cu ildə valideynlər — doğma moskvalılar Sankt-Peterburqa köçdülər, burada gələcək tarixçinin atası Daxili İşlər Nazirliyinin mətbəəsinin müdiri vəzifəsinə qədər yüksəldi və zadəgan titulu aldı. Sankt-Peterburqda Sergey Platonov F. F Bıçkovun şəxsi gimnaziyasında təhsil alırdı. Gənc məktəbli tətilini Sankt-Peterburqun kənarındakı Moskva qohumlarının evində keçirib. Ömrünün on yeddinci ilində uzun müddət tif xəstəliyindən ağır xəstə idi. Gənc Platonovun demək olar ki, ilk oxuduğu kitab atasının ona hədiyyə etdiyi N. M. Karamzinin "Rusiya dövlətinin tarixi" kitabı olub.