Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plevrit
Plevrit plevranın (ağciyər pərdəsinin) iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması, və ya plevra vərəqlərinin üzərində fibrinli çöküntülərin əmələ gəlməsi ilə müşahidə olunur. Plevrit quru və eksudativ olmaqla iki yerə bölünür. Əksər hallarda plevrit müstəqil patologiya olmur, çox vaxt bir sıra ağciyər və digər orqanların xəstəliklərini müşayiət edir. Əmələgəlmə səbəblərinə görə plevritlər infeksiya və qeyri-infeksiya (aseptik) mənşəli olur. – bakterial infeksiyalar (stafilokok, pnevmokok, qrammənfi flora və s.); – göbələk infeksiyaları (kandidoz, blastomikoz, koksidioidoz); – viruslu, parazitli (amöbiaz, exinokokkoz), mikoplazmalı infeksiyalar; – vərəm infeksiyası (pasiyentlərin 20%-də aşkar olunur); – sifilis, səpmə və qarın yatalağı, bruselyoz, tülyaremiya; – döş qəfəsi nahiyəsində cərrahi müdaxilələr və travmalar. Göründüyünüz kimi səbəblər çoxdur. Elə buna görə də xəstəlik mövcud olduğu halda səbəbi araşdırılmalıdır. Səbəbini biləndən sonra xəstəyə effektli müalicə tətbiq etmək olar. – plevranın bədxassəli şişləri (plevranın mezotelioması), ağciyər və süd vəzisinin xərçəngi zamanı plevraya yayılan metastazlar, limfomalar, yumurtalıqların şişləri və s. (plevritli pasiyentlərin 25%-də qeydə alınır); – birləşdirici toxumanın diffuz zədələnmələri (sistemli qırmızı qurd eşənəyi, revmatoid artrit, sklerodermiya, revmatizm, sistemli vaskulit və s.); – ağciyər infarktı, miokard infarktı; – digər səbəblər (hemorragik diatezlər, leykozlar, pankreatit və s.).
Alevrit
Alevrit — ölçüləri əsasən 0,01-0,1 mm (bəzi müəlliflərə görə, 0,005-0,05 mm) olan mineral dənələrdən (kvars, çöl şpatı, mika və b.) ibarət yumşaq, xırdaqırıntılı çöküntü. Üstünlük təşkil edən dənələrin ölçülərindən asılı olaraq iri alevrit (0,05-0,1 mm), xırda və ya incə alevrit (0,01-0,05 mm) növləri ayrılar. Sinonim: Silt. == Alevrit çöküntüləri == Alevrit çöküntüləri tərkibi əsasən 0,01-0,1mm ölçülü hissəciklərdən təşkil olunmuş çöküntülər. Termin qranulometrik tərkibi göstərir. == Alevrit fraksiyası == Alevrit fraksiyası alevrit ölçülü qırıntılı dənələrindən təşkil olun­muş çöküntü süxurun əsas tərkib hissəsi. == Alevrit quruluşu == Alevrit quruluşu alevrit ölçülü dənələrdən təşkil olunmuş xırda qırıntılı süxurların quruluşu. Üstünlük təşkil edən qırıntıların ölçülərinə görə iri alevrit (0,05¸0,1 mm) və xırda alevrit (0,01¸0,05 mm) quruluşları ayırırlar. Alevrit quruluş xırda qırıntılı çöküntü süxurların (alevrit, alevrolit və lösslər, bəzi piroklastik süxurlar) yumşaq və sementləşmiş növləri üçün səciy­yəvidir. == Alevrolit == Alevrolit Baturin, 1935 - 50%-dən çox hissəsi alevrit ölçülü (0,01-0,1 mm) (başqa müəlliflərə görə, 0,05-0,005 mm) hissəciklərdən təşkil olunmuş sementləşmiş çöküntü süxur.
Pleksit
Pleksit — Onurğa beyni sinirləri kələfinin xəstəliyidir. Pleksitin səbəbi travmalar, infeksion xəstəliklər, onurğa xəstəlikləri və s. ola bilər. Boyun pleksiti zamanı boyunun dərin əzələlərinin iflici, ənsə nahiyəsində ağrı olur. Xəstəlik kəskin davam edir. Bazu pleksiti zamanı çiyin və yuxarı ətraf əzələləri birlikdə prosesə cəlb olunur, körpücükaltı və körpücüküstü nahiyələr ağrılı olur, ağrı yuxarı ətrafa da vurur və süst-atrofik iflic baş verir. Yuxarı ətrafların hərəkəti məhdudlaşır. Xəstəlik əksər hallarda 2–3 ay müddətində sağalma ilə nəticələnir, bəzən isə yuxarı ətrafın periferik iflici sabit qalır. Bel-oma pleksitinin klinik əlamətləri bel nahiyəsində olan ağrılardan ibarətdir. Ağrılar bud və oturaq sinirləri boyunca yayılıb, hissi pozğunluqlar verir.
Plevra
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Plevron (mifologiya)
Plevron (q.yun. Πλευρών) — yunan mifologiyasında Etol və Pronoyanın oğullarından biri. O, Etoliyada yerləşən Plevron şəhərinin banisi və eponimi. O, Dorun qızı Ksantipp ilə evlənmişdir. Onun övladları Agenor, Sterop, Stratonika və Laofontadır. Lakonikada Plevronun ziyarətgahı var idi. Burada tapılan şəcərələrdən birinə görə, o, oğlu vasitəsilə Ledanın ulu babasıdır.
Optik nevrit
Optik nevrit- Optik nevrit görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, ya olmayan görmə problemi olan pasiyent oftalmoloqun müayinəsindən keçməlidir. Başqa səbəbi olmayan optik nevrit diaqnozu müəyyən edilirsə və pasiyentdə Dağınıq skleroz ehtimalı varsa, bunu pasiyentlə müzakirə etmək və pasiyenti nevroloqa göndərmək lazımdır.
Plevra kisəsi
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Didi Plevi
Didi Plevi (gürc. დიდი ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 530 nəfər idi. 2014-cü ildə 390 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Patara Plevi
Patara Plevi (gürc. პატარა ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 278 nəfər idi. 2014-cü ildə 195 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Yonatan Levit
Yonatan Levit (15 noyabr 1997-ci ildə anadan olub) — İsraili təmsil edən kişi badmintonçu.