Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plotin
Plótin (yunanca Πλωτῖνος; 205 – 270[…], Minturno[d], Latsio) — antik idealist-filosof, neoplatonizmin yaradıcılarından biri. O həmdə neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər. Plotin Misirdə anadan olmuş, gəncliyini o dövrün mədəni mərkəzi olan İskəndəriyyədə keçirmiş və orada Ammonius Sakkasın öyrəncisi olmuşdur. Təxminən 40 yaşında Plotin Romaya köçmüşdür. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdür. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotin, imperator III Qordianusun (lat. Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdir. Ancaq, o yürüş Roma ordusunun yenilməsi ilə başa çatmışdır. Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır.
Plovdiv
Plovdiv (bolq. Пловдив) — Bolqarıstanın paytaxtı Sofiyadan sonra ikinci ən böyük şəhəri ki 2012-ci ilin dekabr ayında 339,077 nəfər əhalisi var idi. Plovdiv vilayəti və bələdiyyəsinin inzibati mərkəzi.
Xlorit
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3-dür. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Podia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Klodet Mukasakindi
Klodet Mukasakindi (25 dekabr 1982, Nyarungenge, Ruanda) — Ruandanı təmsil edən marafonçu. Klodet Mukasakindi Ruandanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klodet Mukasakindi birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 51 dəqiqə 7 saniyəyə qət edərək 118 marafonçu sırasında 101-ci yeri tutdu.. Klodet Mukasakindi növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 5 dəqiqə 57 saniyəyə qət edərək 157 marafonçu sırasında 126-cı yeri tutdu.
Lodi
Lodi (it. Lodi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Bernhard Klodt
Bernhard Klodt (26 oktyabr 1926, Helzenkirxen, Prussiya[d] – 23 may 1996, Qarmiş-Partenkirhen, Bavariya) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. == Futbolçu karyerası == Klub karyerası boyunca Klodt əsasən "Şalke 04"-də oynamışdır. 17 yanvar 1943-cü ildə 16 yaşında 6–2 qələbə hesabı ilə bitən "Vestfaliya Herne" klubu ilə oyunda əsas heyətdə debüt etdi və qol müəllifi oldu. Klodt karyerasını 1963-cü ildə Bundesliqanın başlaması ilə 36 yaşında başa vurdu. Son oyununda, "Şalke"nin 18 iyun 1963-cü ildə Bolqarıstan millisinə 1-0 hesabı ilə qalib gəldiyi tək qolu vurdu. O, Oberliqa Vest çempionatında 330 oyuna 129 qol vurmağı bacarmışdır. 1950-1959-cu illər arasında Klodt 19 dəfə Almaniya milli futbol komandasının formasıyla meydana çıxdı və üç qol vurdu. O, 1954 FİFA Dünya Kubokunu qazana heyətin üzvü idi və 1958 FİFA Dünya Kubokunda da iştirak etmişdir. 1954 Dünya Kuboku zamanı Klodt Helmut Ran əvəzinə sağ kənar mövqede oynayırdı. O, Türkiyəyə qarşı hər iki oyunda iştirak etdi.
Botev Plovdiv PFK
Botev Plovdiv PFK — Bolqarıstanın futbol klubu == Tarixi == 12 mart 1912-ci ildə yaradılıb. == Avropa kuboklarında iştirak == 9 dəfə Avropa kuboklarında iştirak edib.
Elodie Marion Rafazi
Lokomotiv Plovdiv PFK
Lokomotiv (Plovdiv) — Bolqarıstannın futbol klubu. == Tarixi == 1926-cı ildə yaranıb. == Avropa kuboklarında iştirak == 14 dəfə Avropa kuboklarında iştirak edib.
Plovdiv Hava Limanı
Plovdiv Hava Limanı (bolq. Летище Пловдив, Letishte Plovdiv; IATA: PDV, ICAO: LBPD) — Bolqarıstanın ən böyük ikinci şəhəri Plovdivdə yerləşən bir aeroport. Ümumiyyətlə Plovdiv-Asenovqrad əsas quru yolu üzərində, şəhərdən 12 km cənub-şərqdə yerləşən kiçik bir kənddən ilhamlanaraq Plovdiv Krumovo Aeroportu olaraq anılır. Məşhur xizək mərkəzləri Bansko və Pamporovo'nun yaxınlığında yerləşi səbəbiylə, qış mövsümündə fəaliyyət göstərir. Tıxacın əksəriyyətini Böyük Britaniya, İrlandiya və Rusiyadan gələn turistlərdən ibarətdir. Aeroport, eyni zamanda təcili vəziyyətlərdə əhəmiyyətli bir rol oynayır və bəzən təxminən 150 km və ya Trakiya şosesində 1 saat yarım məsafədəki Sofiya Aeroportunun alternativi olaraq istifadə edilməkdədir. Plovdivdəki mülki aviasiyanın başlanğıcı 1928-ci ilin əvvəllərində Sofiya-Plovdiv-Yambol və Burqas arasındakı ilk sınaq uçuşu ilə başlamışdır. 1947-ci ildə Sofiya və Plovdiv arasındakı müvəqqəti vətəndaş uçuşları reallaşdırıldı. 1947-ci ilin Oktyabr ayının 2-də, Regional qəzeti Vətən Səsi, 45 günlük bir müddət içərisində 1,500 sərnişinin olduğunu və uçuşların daim vaxtında edildiyini bildirmişdi. May ayında Sofiya-Plovdiv-Burqas və Varna arasında 1948-ci ildəki nizamlı dönüş uçuşu başladı.
Spartak Plovdiv FK
"Spartak Plovdiv FK" — Bolqarıstannın futbol klubu. 15 noyabr 1947-ci ildə yaranıb. 2 dəfə Avropa kuboklarında iştirak edib.
Lüsi Klodi Makr
Lüsi Klodi Makr (lat. Lucius Claudius Macer; ? - 68) - 68-ci ildə Roma uzurpatoru. Yulilər-Klavdilər mənşəlidir. Bir neçə aylıq hakimiyyətindən sonra onu imperator Qalba əvəz etmişdir. == Ədəbiyyat == Tasit Korneli. Tarix. 2,97,2; 4.49,4; 1,37,3; 1,7,1 Plutarx. Qalba. 6.
Lodi doyusu
Lodi döyüşü — 1796-cı il 10 Mayda baş vermişdir. Avstriyalı general Beaulieu Napoleona qarşı Fombio döyüşündə aldığı məğlubiyyətdən sonra Beaulieu məğlub olaraq ordusunu Ada çayının gerisinə çəkdi. Beaulieu geri çəkilməni sürətləndirmək üçün Lodidə General-Mayor Vukassovich idarəsində təxminən 10.000 nəfər qoyaraq irəlilədi. Napoleonun ordusu 10 Mayda Lodiyə çatıb çayın sol sahilini düşməndən təmizlədi. Napoleonun əsas ordusu Lodiyə çatana qədər fransız topçuları avstriyalıların körpüyü dağıtmamaqları üçün qarşı sahilə dayanmadan atəş açırdılar. Elə bu vaxt Napoleon şəxsən toplardan birinin başına keçib əsgər kimi döyüşdü. Bu fransız əsgərlərinin döyüş ruhunu artırdı. Axşamüstü əsas ordu Lodiyə çatdı. Napoleon dərhal əsgərlərə körpünü keçmələri əmrini verdi. Axşama yaxın şəhər ələ keçirildi.
Lodi əyaləti
Lodi əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Sofiya Lodi
Sofiya Lodi (29 yanvar 1998, Breşiya, Lombardiya) — İtaliyanı təmsil edən bədii gimnast. Sofiya Lodi 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Lodi həm də Dünya Çempionatlarının 1 qızıl və 2 gümüş medalını qazanıb. Sofiya Lodi 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.