Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yuzef Ploşko
İosif Kasperoviç Ploşko (pol. Józef Płoszko, 1867, Polşa – 1931, Polşa) — memar, mühəndis. == Həyatı == İosif Ploşko 1867-ci ildə Polşada anadan olmuşdur. 1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, Şəhər İdarəsində sahə memarı işləmiş, bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutmuşdur. 1920-ci illərdə Ploşko Bakıda mühəndis kimi işləmiş və Zivər bəy Əhmədbəyovla birlikdə Abşeronda bağ-şəhərlərin salınması layihəsinin müzakirəsində iştirak edib. Memar 30 ilə yaxın Bakıda yaşadıqdan sonra 1925-ci ildə Varşavaya, daha sonra isə Fransaya köçüb və orada dünyasını dəyişib. == Fəaliyyəti == Gənc Ploşko şəhərin memarlıq-inşaat həyatı ilə yaxından tanış olur, yerli tikinti materiallarını, əsas etibarilə, gözəl bədii keyfiyyətləri olan əhəngdaşını öyrənir, sonralar isə öz tikililərində ondan məharətlə istifadə edirdi. Bununla yanaşı, o zaman, təəssüf ki, bərbad vəziyyətdə və dağılmaqda olan Bakı qalasının nadir abidələri onun diqqətini cəlb edir. Ploşko həcm plastikası, daş üzərində nəfis oyması və ornament motivlərinin fantaziyası ilə insanı heyran edən Şirvanşahlar sarayı ansamblına xüsusilə böyük maraq göstərir. O, öz istedadı sayəsində şəhərin bəzəyinə çevrilmiş çox gözəl monumental binaların müəllifi oldu”.
İosif Ploşko