Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ponor
Zobor teleqülləsi
Zobor teleqülləsi ( slovak. Vysielač Zobor Vysielač Zobor ), Slovakiyanın Zobor dağında Nitra şəhərində yerləşən bir bina. 1980-ci illərdə televiziya siqnalını yaymaq üçün Zoborun üst hissəsində mast quruldu. Dəmir-beton qüllə 1993-cü ildə inşa edildi və bu cür yeni obyektlərdən birinə çevrilmişdir. Qüllənin hündürlüyü 64 m, antennaları 11,5 m, çəkisi isə 2,5 tondur. Tuna yamacının üzərindəki əlverişli yer xüsusilə cənub və cənub-qərb istiqamətində yaxşı siqnal yayır.
Boqor
== Boqor == Boqor (İndon. Bogor) – İndoneziyanın Qərbi Yava əyalətinin Yava adasında yerləşən şəhər. Şəhərin ərazisi müstəqil inzibati vahid – bələdiyyə (kota) kimi fəaliyyət göstərir. Əhalisi 949 mindən çox (2010-cu ilin iyun ayına olan məlumat), ərazisi – 118,5 kvadrat kilometrdir. Əyalətin şimal-qərbində, ölkənin paytaxtı Cakartanın 60 kilometr cənubunda yerləşir. Mühüm iqtisadi, infrasturktur, elmi, mədəni və turistik mərkəzdir, dağ iqlimili kurort sayılır. Orta əsrlərdə Pakuan-Pacacaran adlandırılıb (indon. Pakuan Pajajaran), Sunda (indon. Kerajaan Sunda) krallığının paytaxtı olub. Holland istilası zamanı Beytenzorq (niderl.
Borbor
Borbor — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd'dir == Tarixi == Borbor Dəvəçi rayonunun Rəhimli inzibati ərazi vahidində kənd. Şabran Çay Borbor Kəndindən Axır. Samur-Dəvəçi ovalığındadır. 1917 və 1933-cu illərdə Burbur variantında qeydə alınmışdır. 1917-ci ildə Şamaxı ərazisində də Borbor kəndinin olması haqqında məlumat verilir. Tədqiqatçıların fikrincə, kənd XVIII əsrin axırlarında Qubalı Fətəli xanın Cənubi Azərbaycandan kocurub gətirdiyi borborlar (baharlı tayfasının qolu) tərəfindən salınmışdır. Abşeronda qeydə alınmış Borborşor göl adı, Cənubi Azərbaycandan Urmiya Şəhəri yaxınlığındakı Borbor yer adı da bu oykonimin paralelləridir.
COBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. == Hello world == == Digər proqramlaşdırma dilləri == Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Cohor
Cohor - (malay dilində: Johor, Cavi əlifbası ilə:جوهور) - İnzibati mərkəzi Cohor Baru, federasiyanın tərkibinə daxil olan Malayziya ştatı, Malayziyada sultanlıq. Senay - beynəlxalq aeroportuna malikdir. == Coğrafiyası == Cohor Malayziya ştatları arasında ərazisinə görə beşinci, əhalisinə görə ikinci yeri tutur. Malakka yarımadasının cənub hissəsində yerləşir. Ştatın ən hündür nöqtəsi Qnunq Ledanq (1276 m) dağıdır. Sahil xətlərinin uzunluğu 400 km.-ə yaxındır. İqlimi - evvatorial, müsson. İllik yağıntının müqdarı orta hesabla 1778 mm., orta illik temperatur 26 — 28 °S.-dir. == Tarixi == Cohorun adı ərəb mənşəli olub "qiymətli daş" deməkdir. Sultanlığın əsası XVI əsrin əvvəllərində Portuqaliya işğalçılarından qaçmağa müvəffəq olan sonuncu Malakka hökmdarı sultan Mahmud Şahın oğlu tərəfindən qoyulmuşdur.
Doboy
Doboy (bosn. Doboj, serb. Добој / Doboj, xorv. Doboj) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur. == Tarixi == Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış.
Donor
Donor (lat. donor, donodan — "bağışlayıram") — aksepter və resipient adlanan obyektə nə isə verən obyekt . Məsələn, kimyada elektronların donoru atomlardır. Tibbdə bir nəfərin digər nəfər öz qanının bir hissəsini və ya orqanlarından birini verən şəxs donor adlanır. Donor (fizika) — qarışıq tipi.
Fobos
Fobos — Günəş sistemində Mars planetinin peykidir. Qeyri düzgün formalıdır (uzunluğu 26 km, eni 21 km). Mars ətrafına 7 saat 39 dəqiqəyə dolanır.
Honor
Honor (HONOR kimi bazarda satılır və stilizə olunur) — baş ofisi Çinin Shenzhen şəhərində yerləşir və Shenzhen Zhixin New Information Technology Corporation-nun törəmə şirkətidir. Bu, Smartfon istehsalçısı, Mobil internet provayderi və aksesuar istehsalçısıdır. 2013—2020-ci illərdə Huawei-nin törəmə şirkəti olub. Şirkət həmçinin geyilə bilən texnologiya məhsulları istehsal edir. Honor həmçinin PUBG və Fortnite kimi şirkətlərlə müqavilələr bağlayaraq bu oyunların oyunçularını cəlb edən məhsullar istehsal edir. == Məhsullar == Amiral gemileri Honor (Huawei U8860) (2011) Honor 2 (Huawei U9508) (2012) Honor 3 (Honor 3 Outdoor) (2013) Honor 6 (2014) Honor 6 Plus (2014) Honor 7 (2015) Honor 8 (2016) Honor 8 Pro (2017) Honor 9 (2017) Honor 9N (2018) Honor v10 (2018) Honor 10 (2018) Honor 10 GT (2018) Honor Play (2018) Honor 20 (2019) Honor 20 Pro (2019) Honor 30 (2020) Honor 30 Pro (2020) Honor 30 Pro Plus (2020) Honor 50 (2021) Honor 50 Pro (2021) Honor 50 SE (2021) Magic series Honor Magic (2016) Honor Magic 2 (2018) C serisi Honor 3C (2013) Honor 4C (2015) Honor 5C (2016) Honor 6C (2017) Honor 6C Pro (2017) Honor 7C (2018) Honor 8C (2018) Honor 9C (2020) V serisi Honor V8 (2015) Honor V9 (2016) Honor View 10 (2017) Honor View 20 (2018) Honor View 30 5G (2019) Honor View 30 Pro 5G (2019) Honor V40 (2021) Honor V40 Light Luxury Edition (2021) i serisi Honor 7i (2015) Honor 9i (2017) Honor 10i (2019) Honor 20i (2019) Honor 30i (2020) X serisi Honor X1 (MediaPad X1 olarak da bilinir) (2014) Honor X2 (MediaPad X2 olarak da bilinir) (2015) Honor 3X (2013) Honor 4X (2015) Honor 5X (2015) Honor 6X (2017) Honor 7X (2017) Honor 8X (2018) Honor 8X Max (2018) Honor 9X (2019) Honor 9X Pro (2019) Honor X10 5G (2020) Honor X10 Max 5G (2020) Honor X20 5G (2021) Honor X20 SE 5G (2021) A serisi Honor 4A (2015) Honor 5A (2016) Honor 6A (2017) Honor 7A (2018) Honor 8A (2019) Honor 9A (2020) S serisi Honor 7S (2018) Honor 8S (2019) Honor 9S (2020) Lite serisi Honor 8 Lite (2017) Honor 9 Lite (Hindistan'da 2018 yılında) Honor 10 Lite (2019) Honor 20 Lite (2019) Honor 30 Lite 5G (2020) Play serisi Honor 4 Play (2014) Honor Play (2018) Honor Play 3 (2019) Honor Play 3e (2019) Honor Play 8 (2019) Honor Play 4T (2020) Honor Play 4T Pro (2020) Honor Play 4 5G (2020) Honor Play 4 Pro 5G (2020) Honor Play 5 5G (2021) Honor Play 5T (2021) Honor Play 5T Youth Edition (2021) Note serisi Honor Note 8 (2016) Honor Note 10 (2018) Holly serisi Honor Holly (2014) Honor Holly 2 (2015) Honor Holly 2 Pro (2015) Honor Holly 3 (2016) Laptop serisi Honor MagicBook (2018) Giyilebilir teknoloji Honor Band A2 (2018) Honor Band Z1 (İlk başta Çin'de "Honor Band Zero" olarak pazarlandı), saat şekilli, aktivite takip eden akıllı bileklik (2015) Honor Band 3 (2017) Honor Band 4 (2018) Honor Band 4 Running Edition (2018) Honor Watch Magic (2018) Honor Band 5 (2019) Honor Band 6 (2020) Televizor Şərəf Vizyon (2019) Honor Vision Pro (2019) Qulaqlıqlar Onur FlyPods Honor FlyPods lite (2019) Honor FlyPods 2 (2019) Honor FlyPods 2 Pro (2019) Honor FlyPods 3 Honor Magic Qulaqlıqlar (2020) Şaəbəkə avadanlığı Honor Router WS831 Honor Pro WS851 Honor Pro 2 Honor Router 3 == Proqram təminatı == Honor telefonları Magic UI interfeysindən istifadə edir. Honor MagicOS ; O, Honor Magic 2, Honor View 20 və 2019, 2020 və 2021-ci illərdə çıxan bütün Honor cihazlarında istifadə olunur.
KOBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. == Hello world == == Digər proqramlaşdırma dilləri == Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Komor
Komor adaları, Qəmər adaları, rəsmi adı Komorlar İttifaqı, daha çox Komor adaları adı işlədilir (2002-ci ilədək — Federativ İslam Komor Adaları Respublikası) — Hind okeanında dövlət. Mozambik körfəzində Madaqaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Ərazisi — 1862 km² (Mayotta (Maore) adası ilə 2235 km²). Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən (adadan) ibaretdir: Nqazidja (Qrand Komor), Ndzvani (Anjuan) və Mvali (Moheli). Paytaxtı — Moroni şəhərinin 54 min sakin (2011-ci il) var. Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, "ay" deməkdir. Ayın təsviri bayrağında da vardır. 6 iyul 1975-ci il tarixindən Komor adaları müstəqil dövlətdir. Ölkənin prezidenti 26 may 2016-cı ildən başlayaraq – Azali Assoumani, eyni zamanda o, həm baş nazirdir. == Tarix == Komor Adalarının doğru adı Qəmər adalarıdır.
Kotor
Kotor (mont. Котор/Kotor, serb. Котор/Kotor, xorv. Kotor, it. Cattaro, lat. Acruvium, yun. Ασκρήβιον) — Monteneqroda şəhər. Kotor icmasının inzibati mərkəzidir. Adriatik dənizinin Kotor körfəzi sahilində yerləşir. Tarixən Kotor və ətraf ərazilər Dalmasiya bölgəsinə aiddir.
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Lobir
Lobir — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Siyaku çayının sahilində, dağətəyi ərazi yerləşir. Kəndin adı Lubər sözünün təhrif olunmuş forması hesab olunur. Oykonim talış dilindəki lu (kiçik çay) və bər (sahil, kənar) sözlərindən düzəlib, "kiçik çay sahilində kənd" mənasındadır. Bəzi tədqiqatçılar kəndin adını talış, "kəsik sahə, kəsilən yer" kimi də izah edirlər.
LİBOR
Moböj
Moböj (fr. Maubeuge, nid. Mabuse/Malbode) — Fransanın şimal-şərqində, Belçika ilə sərhəddə şəhər. Sambr çayı sahilindədir. Nəqliyyatı qovşağı rolunu oynayır. Metal konstruksiyalar, boru, kabel, nəqliyyat maşınları, dəzgah istehsal olunur.
Motor
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. Mühərriklər iki qrupa bölünürlər.
Poker
Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold'em Pokerdir. Pokerdə ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır. Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir. ↻ {\displaystyle \circlearrowright } Masada kafi iştirak sayı olduğu müddətcə davam edən oyunda kart sıralaması isə belədir: A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2 Bütün rənglərin dəyəri bərabərdir. Ancaq 5 fərqli və ya bərabər əllər gəldiyində "Ürək, Qara Ürək (Pik də deyilir), Kərpic, Xaç (Gəşniş də deyilir)" sıralaması tətbiq olunur. Oyunun başlanğıcında maksimum məbləğ müəyyən edilir.
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Qoboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Obzor
Obzor (bolq. Обзор) — Bolqarıstanda, Qara dənizdə yerləşən kiçik bir şəhər və dənizkənarı kurort. Obzorun Trakya adı Navlohosdur.Romalılar onu Templum Iovis adlandırdılar. Şəhər Nessebar yaxınlığında, Burqas vilayətində yerləşir. Müasir ad 1936-cı ildə təqdim edilmişdir; Obzor şəhər hüquqlarını 9 sentyabr 1984-cü ildə aldı. Antarktidanın Qremlend bölgəsindəki Obzor təpəsinin adı bu kəndin adı ilə dəyişdirilib.
Opobo
Opoba Nigeriyada yerləşən və Aro konfederasiyanın bir hissəsi olan şəhər-dövlətdir. Niger Deltasında, İmo çayının sol sahilində, Bonni körfəzinin sahillərində, Port Harkortun cənub-şərqində, Bonnidən 20 kilometr şimal-şərqdə yerləşir. Opobo Krallığı 67 hərbi kanoe evindən ibarətdir və 14 hissəyə ("Polo") qruplaşdırılmışdır. Bunlar on dörd hissədir: Biriye, Dipiri, Dapu, dappa və Amakiri, Epelle və Fubaracvoro. Digərləri Iroanya, Jaja, Kala-omuso, Kipirima, Ovuji və Tolofaridir. 1869-cu ildə Bonni əyalətindən keçmiş qulları xüsusilə Niger Deltasının şərq hissəsində bir dövlət yaratdılar. Opobonun etnik əsasını İjo xalqı təşkil etmişdir. 1869-cu ilin oktyabrında Minimada Ticarət və məhkəmə rüsumlarının, habelə hərbi dəstələrin xaric edildiyi bir xəzinə olan Opobo İdarəetmə Şurasının yaradılması haqqında saziş bağlandı. Opobonun etnik əsasını İjo xalqı təşkil edirdi. 1869 - cu ilin oktyabrında Minimada ticarət və məhkəmə rüsumlarının ödənildiyi bir xəzinə olan, Opobo İdarəsi Şurasının hərbi hissələrin yaradılması haqqında müqavilə bağlanmışdır.