Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poqrom
Talan — kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Talan mənasında "poqrom" (rus. погром sözünün kökü rus. громить — dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) termin kimi ilk əvvələr əsasən Rus imperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar talan (poqrom) andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (bax: Sumqayıt poqromu) adlandırılmışdır.
İstanbul pogromu
İstanbul poqromu
6–7 sentyabr hadisələri (türk. 6-7 Eylül Olayları), Sentyabr hadisələri (yun. Σεπτεμβριανά) və ya İstanbul talanı — 1955-ci il sentyabrın 6–7-də İstanbulda yaşayan Türkiyə yunanlarına qarşı təşkil edilmiş kütləvi hücumdur. Gladio-nun Səfərbərlik Təftiş Şurasının Türkiyə qolu, eləcə də Kontrgerilla və bugünkü Milli Kəşfiyyat Təşkilatının sələfi olan Milli Təhlükəsizlik Xidməti tərəfindən planlaşdırıldığı və dəstəkləndiyi iddia edildi.. Bir gün əvvəl Türkiyə mətbuatında çıxan Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün Yunanıstanın Saloniki şəhərində doğulduğu evin bombalandığı iddiası ilə bağlı yalan xəbərlər hadisələrə səbəb olub. Daha sonra ələ keçirilən Türkiyə konsulluğu rəsmisi, bombanı hadisələri qızışdırmaq üçün hazırladıqlarını etiraf etsə də, Türkiyə mətbuatı buna göz yumaraq bombanın yunanlar tərəfindən atıldığını iddia etdi. 1955-ci ildən başlayaraq Demokrat Partiyası hökuməti getdikcə çətinləşən iqtisadi vəziyyətlə üzləşdi və xüsusilə yüksək inflyasiya səbəbindən həyat səviyyəsi aşağı düşən təbəqənin etibarını itirdi. Şübhəli üsullarla müxalifəti susdurmaq cəhdləri mətbuatın, ziyalıların, tələbələrin də Demokrat Partiyasından uzaqlaşmasına səbəb oldu. Məsələn, Almaniya Xarici İşlər Nazirliyinin bir hesabatında, hadisələrdən 15 gün əvvəl müxalifəti nəzarətdə saxlamaq üçün 7 sentyabr 1955-ci ildə İstanbul, Ankara və İzmirdə hərbi vəziyyət elan edilməsinə qərar verildiyi bildirilir. 1956-cı ildə müxalifəti basqı altında saxlamaq üçün "Mətbuat və toplantılar haqqında" qanuna qoyulan məhdudiyyətlər də 6–7 sentyabr hadisələrini əsaslandırıldı.
Lvov poqromu (1941)
Lvov poqromu — 1941-ci ilin iyun və iyul aylarında Şərqi Polşa və Qərbi Ukraynanın Lvov şəhərində yaşayan yerli yəhudi əhalisinə qarşı törədilmiş ardıcıl qırğın hadisələri. Qırğınlar ukraynalı millətçiləri, alman səyyar ölüm qrupları olan Aynzats əsgərləri və şəhərin qeyri-yəhudi əhalisi tərəfindən törədilmişdir. Poqromun baş verməsinin əsas səbəblərindən biri kimi almanların Barbarossa əməliyyatına başlaması göstərilmişdir.
Paris poqromu (1961)
Paris poqromu — 1961-ci ilin 17 oktyabr günü Parisdə Əlcəzair Azadlıq Mübarizəsi zamanında gerçəkləşən poqrom. Paris polis rəisi Moris Paponun təlimatıyla fransız polisi 30.000-ə yaxın əlcəzairli nümayişçiyə hücum etmişdir. 37 il ərzində poqromu inkar edən Fransa hökuməti 1998-ci ildə 40 nəfərin ölümünü qəbul etsə də, təxminlərə görə ölü sayı 200-dən çoxdur. 1999-cu ildə tarixçi Jan-Lyuk Eynadinin Paponu məhkəməyə verməsi və məhkəməni udması ilə poqrom isbat olunur. Polis arxivlərinə görə Papon nümayişlərin sakitləşdirilməsi üçün polislərdən "sərt" davranmaqlarını istədiyini və bunu etdikdən sonra onları "qoruyacağını" demişdir. Nümayişçilərin çoxu polis tərəfindən vurulub yaralandıqdan sonra körpüdən Sen çayına atılaraq, eləcə də Paris polis qərargahının həyətində, metro stansiyalarında və s. yerlərdə öldürülmüşdür. 2001-ci il oktyabrın 17-də poqromun 40-cı ildönümündə, poqrom gerçəkləşən yerlərdən biri olan Sent-Mişel körpüsündə həlak olanların xatirəsinə lövhə asılmışdır. 2022-ci ilin iyununda “Mediapart” qəzeti de Qollun prezidentliyinin məxfiliyi ləğv edilmiş arxiv sənədlərini təqdim edir ki, bu da Respublika Prezidentinin qırğın və Fransa polisinin 17 oktyabrda törətdiyi cinayət əməllərindən və aşağıdakılardan tez xəbərdar olduğunu təsdiqləyir. həftələr.
Qazaxıstanda çeçenlərin poqromu
Qazaxıstanda çeçenlərin poqromu — Şərqi Qazaxıstanda baş verən xalqlararası münaqişə. Çeçen-qorod kəndində baş tutan iğtişaşlar zamanı 40 nəfər həlak olmuş, 50 nəfər məhkum edilmişdir. Münaqişə məişət zəminində, bir çeçen ilə mədənçi arasında mübahisə nəticəsində başlamışdır. Münaqişə zamanı mədənçi çeçeni dəmir çubuqla döyərək öldürmüşdür. Bundan sonra çeçenlərin yaşadığı Çeçen-qorodok kəndində iğtişaşlar başlamışdır. Baş verənlərdən Stalin də daxil olmaqla ölkə rəhbərliyi xəbərdar edilmişdi. Hadisələrdən bir neçə gün sonra kütləvi həbslər başlamışdır. 50-yə yaxın insan mühakimə olunmuşdur. Onların hamısı Cinayət Məcəlləsinin 59-2 və 59-7-ci maddələri ilə məhkum edilmişdi. Həmin illərdə qüvvədə olan Cinayət Məcəlləsinin 59-cu maddəsində dövlət nizam-intizamına qarşı cinayətlərə, soyğunçuluğa görə cəzalar müəyyən edilmiş və "bütün əmlakı" müsadirə olunmaqla uzun müddətə azadlıqdan məhrumetmə və ya edam cəzası nəzərdə tutulmuşdu.
Proqram
Proqram sözü söz mənbəyi olaraq müəyyən şərtlərə və nizama görə edilməsi nəzərdə tutulan əməliyyatların bütünü mənasına gəlməkdə və ayrıca izləmə olaraq təyin olunmaqdadır. Ancaq günümüz Azərbaycan dilində istifadəsi içində ümumi mənası, ediləcək bir işin hissələrini, bu hissələrin sırasını və vaxtını göstərən layihə, planlaşdırma şəklinə çevrilmişdir. Bu səbəblə məktəblərdə, həftənin müəyyən günlərində, müəyyən saatlarda veriləcək dərsləri göstərən cədvəllərə; mərasim, nümayiş, gəzinti və başqa şeylərin nəzərdə tutulan detallarını göstərən basıb kağızlara; siyasi partiyaların, ictimai təşkilatların və ya hökumətin açıqladığı əsas prinsiplər bütününə də ümumi olaraq proqram adı verilir. Bundan başqa, Adolf Hitlerin alman dövlət siyasətini nəşr olunduğu 25 maddəlik Qanun Hökmündə Qərarnaməyə Proqram adı verilir. (Tarixdə ilk dəfə Qanun Hökmündə Qərarnaməni yaradan da Adolf Hitlerin) Daha sonra əmrindəki bir zabit tərəfindən Hitler öldükdən sonra kitab halına gətirilərək qlobal oxucu önünə çıxardılmışdır. Proqram termininin bir başqa əhəmiyyətli istifadə sahəsi də kompüter biliməsidir. Kompüterə bir əməliyyatı etdirmək üçün yazılan əmrlər serialının bütünü və ya bir qismi" olaraq təyin olunan termin, yalnız gündəlik həyatda istifadə edilən bir kompüter termini olaraq qalmamış, eyni zamanda bəzi proqramlaşdırma dillərində şəxsən bir standart olaraq texniki termin halına gəlmişdir (Məsələn: FORTRAN 90 dili daxilinə alınmış PROGRAM termini yazılan bu proqramın kompüter tərəfindən harada başlayıb harada bitdiyini anlaması üçün istifadə edilməkdədir: PROGRAM test REAL döşəmə, boy, sahə PRINT *, 'Üçbucaq üçün döşəmə və boy daxil edin.' Read *, döşəmə, boy sahə = (1.0/2.0) * döşəmə * boy PRINT *, 'Üçbucağın sahəsində istifadə edilən döşəmə', döşəmə PRINT *, 'və boy', boy, 'ikən cəmi edən', sahə, 'olaraq hesablanır' STOP END PROGRAM test Proqram kompüter proqramlaşdırma dilləri ilə kompüterlərə verilən istəklərdir (əmrlərdir). Bunlar proqramlaşdırma dillərində üç fərqli kateqoriyada yerləşir. Alt səviyyə proqram dilləri: Maşın koduna olduqca yaxın proqramlaşdırma dilləridir. Maşın hakimiyyəti olduqca inkişaf etmişdir.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Eclipse (proqram)
Eclipse — çox dilli inteqrasiya olunmuş inkişaf mühiti. Əsasən javada yazılıb. Eclipseden istifadə etməklə Javada eləcə də digər proqramlaşdırma dillərində, C, C++,Ruby (Ruby on Rails daxil olmaqla), PHP, Perl, Prolog, Ada, COBOL, Haskell, Scala, Clojure, Groovy and Scheme proqramlar yaratmaq (yazmaq) olar. 27.06.2012-ci ildə Eclipse-in 4-cü stabil versiyası (Eclipse 4.2 - kod adı Juno) istifadəyə verildi.
Gözlədici proqram
Gözlədici proqram (ru. демон), (tr. bekletici program), (en. daemon) - UNIX-sistemlərində: istifadəçinin sorğusu olmadan və hətta ondan xəbərsiz xidməti funksiyanı yerinə yetirmək üçün istifadə olunan proqram. Gözlədici proqram fon rejimində olur və yalnız zərurət olduqda (məsələn, xətanın düzəldilməsinə yardım etmək üçün) aktivləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nero (proqram)
Nero — köhnə adı Ahead Software. CD-dən CD-yə DVD-dən DVD-yə (diskdən disqə), faylı CD-yə və DVD-yə köçürməyə kömək edir. Bu proqramın Nero 6,7,8,9, və s. versiyaları vardır. Bu proqramla müxtəlif audio, video, animasiya və şəkilləri diskə köçürmək olur. Nero AG şirkəti tərəfindən istehsal edilmişdir.Microsoft Windows və Linux əməliyyat sistemləri üzərində işləyən bir disk yazma proqramıdır. Ümumiyətlə CD-yə və DVD-yə yazmaq üçün Nero Express varsiyası olur. CD-yə və DVD-yə fayl köçürmək ingilis dilində əsasən "Optical Disc Burning" deməkdir və bu azərbaycanca "Optik Disk Yandırmaq" mənasını daşıyır. Məşhur tarixə görə Roma İmperatoru Nero, Böyük Roma yanğınında lir çalıp,mahnı oxumuşdu. Almanca "Roma", "Rom" deməkdir.
Pisniyyətli proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Porqəm Təbrizi
Porqəm Təbrizi Azərbaycanın 13-cü əsr (Hicri Şəmsi) şairlərindandir ki, Təbriz şəhərində dünyaya gəlib və Azərbaycan, və fars dillərində şeirlər yazıb.
Porrum capitatum
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Porrum ophioscorodon
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Porrum sativum
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Porrum schoenoprasum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Porrum sibiricum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Porrum vineale
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Proqram lisenziyası
Lisenziya, proqramlardan istifadə etmə qaydalarıdır. Yəni istifadəçiyə təqdim edilən bəyannamədə proqramın istifadəsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirilir. Proqramlar üçün müxtəlif lisenziyalar mövcuddur. Ümumiyyətlə isə proqramlar lisenziyalarına görə üç qrupa bölünür: pulsuz, şərti pulsuz və pullu. Bu qruplar da öz daxilində müxtəlif növlərə bölünürlər. Freeware Bu tip lisenziyalı proqramlar tamamən məhdudiyyətsiz olaraq təqdim edilirlər. Yəni funksionallıq və istifadə müddətinə görə hər hansı bir məhdudiyyət tətbiq olunmur. Bu cür proqramlara görə fərdi istifadə üçün ödəniş edilmir. Lakin əgər bu proqramlar kommersiya xarakterli istifadə olunursa bu zaman onlara görə ödəniş etmək lazım gələcək. Bundan başqa freeware proqramların yayılmasına da müəllif tərəfindən müəyyən məhdudiyyətlər qoyula bilər.
Proqram rejissoru
Proqram rejissoru – Proqramın hazırlanması mərhələsindən başlamış tamaşaçılara təqdim olunmasına qədər olan bütün proseslərə cavabdeh olan şəxsdir. O, proqrama, komandaya və proqramda iştirak edən insanlara plana müvafiq olaraq video və audio materialların canlı, lent və ya film şəklində yayımlanması üçün rejissorluq edir. Onun vəzifəsi, texniki vasitələrdən istifadə etməklə bədii keyfiyyəti yüksək səviyyədə olan məhsul yaratmaqdır. Çəkilişin elementləri və texnikası haqqında dəqiq biliyə malik olmalıdır. Televiziya proqramları işləri komanda işi olduğundan, o, komandanı yaxşı idarə etməli və eyni zamanda da komandanı yüksək səviyyədə motivasiya etməyi bacarmalıdır. Çəkilişin yüksək səviyyədə olması üçün, lazım olan şəraitin yaradılması məqsədilə tabeliyində olan işçilərinin rəylərini və tövsiyələrini dinləməlidir.
Proqram təminatı
Kompüterin proqram təminatı (PT) – təlimatlar yığımından ibarət olub, kompüteri idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı üç tipə bölünür: sistem proqram təminatı,tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini təmin edir. Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi programlar paketini birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur. Instumental proqram təminatı (Və ya Proqramlaşdırma sistemləri)Proqram yaratma vasitələridir. Kompilyator, İnterpretator, Translyatorlar, Proqram dilləri redaktorları və s. Quraşdırılmış sistemlər və ya proqram mühəndisi müxtəlif sənayelərdə müxtəlif komponentlər üçün etibarlı Xüsusi Mikro Proqram təminatının hazırlanmasına və layihələndirilməsinə kömək edir. Sistem proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir. BIOS; Əməliyyat sistemləri; Qurğu drayverləri; HESABLAMA MAŞINLARI VƏ KOMPÜTERLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT, R.Q. ƏLƏKBƏROV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu.
Radio proqram
Radio proqram — Radioda proqram tipləri 3 yerə bölünür: "Musiqili formatlar"-əsas yük musiqiyə düşür, "Danışıq formatları"-veriliş danışıq üzərinə qurulur, "Xəbər formatları"-məlumat xarakteri daşıyır. Adətən stansiyalar daha çox dinləyici cəlb etmək üçün formatı tez-tez dəyişir. Bəzən də həmin format üçün rəqabət güclü olduğuna görə radiostansiya onu dəyişmək qərarına gəlir. Radio proqramlar müxtəlif və fərqli tipdə olur. Məqsədinə görə radio proqramları təhsil, mədəniyyət, dram, musiqi-əyləncə, xəbər, idman və reklam proqramlarına ayrılır. Təhsil proqramlarının məqsədi bilgi vermək, xəbərdarlıq etmək, öyrətməkdir. Radio bu prosesi yerinə yetirərkən hər şeydən əvvəl obyektiv olmalıdır. Təhsil proqramlarında əsas iş dinləyicinin marağını oyatmaqdır. Təhsil proqramları hazırlayarkən ilk növbədə hansı məqsədə xidmət edəcəyini və bu xidməti reallaşdırmaq üçün hansı işlərin lazım olduğunu müəyyənləşdirək vacibdir. Ümumilkdə radio və tv-də təhsil iki formada öyrənilir: məktəb və məktəbdən kənar təhsil.
Slack (proqram)
Slack - Stewart Butterfield tərəfindən əsası qoyulmuş, bulud texnologiya əsaslı komandanın birgə işləməsi üçün alətlər və xidmətlərdən ibarət proqram. Slack 2013-cu ilin Avqoust ayında istifadəyə verilmişdir. 2015-ci ilin yanvar ayında Slack Screenheronu almışdır. 2015-ci ilin mart ayında Slack 2015-ci ilin fevralında dörd gün müddətinə hakerlər tərəfindən yarılması və bəzi istifadəçilərin verilənlərinin hakerlər tərəfindən ələ keçirildiyini bildirmişdir. Bu ələ keçirilən verilənlərə email addresi, istifadəçi adı, hash olunmuş şifrələr, və bəzi hallarda mobil nömrə və Skype istifadəçi adı daxildir. Buna cavab olaraq Slack öz xidmətlərinə iki faktorlu identifikasiya ilə daxil olmağı əlavə etmişdir.
Hugo (proqram)
Hugo — Go dilində yazılmış statik sayt generatoru. Stiv Fransia Hugo-nu ilk olaraq 2013-cü ildə açıq mənbə layihəsi kimi yaradıb. 2015-ci ildə buraxılmış v0.14-dən bəri, Hugo Byörn Erik Pedersenin rəhbərliyi altında digər töhfəçilərlə birlikdə inkişafı davam etdirir. Hugo Apache License 2.0 ilə lisenziyalaşdırılıb. Hugo sürəti ilə xüsusilə fərqlənir. Rəsmi saytında onun "veb-saytları yaratmaq üçün dünyanın ən sürətli freymvorku" olduğu bildirilir. Məşhur istifadəçilərə 2017-ci ildə WordPress-dən Hugo ilə Jamstack-ə köçən Smashing Magazine və 2022-ci ildə tərtibatçı sənədlərini Gatsby-dən Hugo-ya keçirən Cloudflare aiddir. == Xüsusiyyətləri == Hugo data fayllarını, i18n paketlərini, konfiqurasiyanı, tərtibatlar üçün şablonları, statik fayllar, aktivlər və Markdown, HTML, AsciiDoctor və ya Org-mode-də yazılmış məzmunu götürür və statik veb-sayt yaradır. Bəzi məşhur xüsusiyyətlərə birdən çox dilin dəstəklənməsi, şəklin emalı, aktivlərin idarə edilməsi, xüsusi çıxış formatları, markdown render qarmaqları və qısa kodlardır.