Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ovod
Ovod (ing. Gadfly) — irland yazıçısı Etel Lilian Voyniç tərəfindən yazılmış roman. Roman 1897-ci ildə ABŞ-də nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Azərbaycan dilində "Atmilçəyi" adı ilə də tərcümə və nəşr edilib. Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Ovod" (Atmilçəyi və ya Mozalan) təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.
Ovod (roman)
Ovod (ing. Gadfly) — irland yazıçısı Etel Lilian Voyniç tərəfindən yazılmış roman. Roman 1897-ci ildə ABŞ-də nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Azərbaycan dilində "Atmilçəyi" adı ilə də tərcümə və nəşr edilib. Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Ovod" (Atmilçəyi və ya Mozalan) təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.
Ovod (film, 1955)
"Ovod" (rus. Овод) — rejissor Aleksandr Faynsimmerin filmi. Film italyan vətənpərvərlərinin ana yurdun azadlığı uğrunda avstriyalı işğalçılara qarşı gizli mübarizəsindən bəhs edir. Bu hadisələrin mühitində insanın faciəli taleyi durur. Həmin insan çətinliklərdən keçərək təmiz qəlbli və şövqlü gəncdən barışmaz inqilabçıya — əfsanəvi və ələkeçməz Ovoda çevrilir. Film ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında çəkilmişir. Əsərin müəllifi : Etel Lilian Voyniç Ssenari müəllifi : Yevgeni Qabriloviç Quruluşçu rejissor : Aleksandr Faynsimmer Quruluşçu operator : Andrey Moskvin Baş rəssam : Yevgeni Yeney Bəstəkar : Dmitri Şostakoviç Geyim üzrə rəssam : B. Maneviç Səs operatoru : İ. Volk Qrim rəssamı : V. Ulyanov Filmin direktoru : M. Gendenşteyn Oleq Strijenov – Artur Marianna Strijenova – Cemma Nikolay Simonov – Montanelli Vladimir Etuş – Martini Semyon Svaşenko – Markone Pavel Usovniçenko – Cüzeppe Vadim Medvedyev – Ciovanni Vladimir Çestnokov – Dominikino Ruben Simonov – Kardi Antoni Xodurski – Qrassini Anna Lisyanskaya – Qrassininin arvadı Qriqori Şpigel – Ceyms Yelena Yunger – Yuliya Boris Dmoxovski – şəhər komendantı Yakov Malyutin – polkovnik Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Sadavat
Sadavat — Azərbaycan Respublikasının Ağdaş rayonunun Xosrov kənd inzibati ərazi dairəsində kənd.
Pakod
Pakod (xorv. Pakod) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Ponor
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Rovon
Rovon (fr. Rovon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38345. Kommunanın 2012-ci il üçün əhalisi 599 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 172 ilə 1471 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-qərbdə yerləşir.
Zavod
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Pound-for-pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Pound for pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Kovo
Kovo (it. Covo — Berqamo) İtaliyanın Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan kommuna. Əhalisi 3157 sakin, əhali sıxlığı 263 p./km². Sahəsi 12 km² ərazini əhatə edir. Poçt kodu - 24050. Telefon kodu - 0363.
Ovid
Publi Ovidi Nazon (20 mart e.ə. 43[…], Sulmona[d], İtaliya[d] – 17, Konstansa[…]) — görkəmli Roma şairi, Metamorfoza əsərinin müəllifi. Publi Ovidi Nazon eradan əvvəl 43-cü ildə martın 20-də Sulmo (Sulmen) şəhərində anadan olmuşdur. İngilis dilli ölkələrdə Ovid kimi taninir. Roma şairi olan Publi Ovidi Nazon , özünün üç ən məşhur əsərlər toplusu : "Qəhrəman qadınlar" ("Heroidlər") , "Məhəbbət şeirləri" ("Amores") və "Metamorfozlar" əsərləri ilə məşhurdur. O , həmçinin Roma təqvimi haqqında olan "Fastlar" , "Kədərli elegiyalar" ("Trista") və sürgündə olarkən yazdiği "Pontdan Məktublar"("Epistulae ex Ponto") əsərlərinin müəlifidir . Bundan əlavə , bir neçə qisahəcmli şeirlərin də müəlifidir . Onun "Medeya" adli bir faciəsi də olmuşdur. Ovidi "Hüznlü məsnəvilər" ustadı kimi qiymətləndirilir. Onun adi Latin ədəbiyyatinin kanonik şairləri ilə bir sırada çəkilir.
POWO
Onlayn Dünya Bitkiləri (ing. Plants of the World Online) — Royal Botanika Bağları, Kyu tərəfindən yayılan onlayn məlumat bazası. 2020-ci ilə qədər elmə məlum olan bütün toxumlu bitkilər haqqında məlumat toplamaq məqsədilə 2017-ci ildə yaradılıb. İlkin dövrlərdə diqqət əsasən tropik Afrika florası, xüsusilə Zambiya, tropik Qərbi Afrika florası və tropik Şərqi Afrika florasına yönəlmişdir.
Pavo
Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus). Asiyada, xüsusən Şri-Lanka və Sumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır. Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25-30 kq-a çatır.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Xovd
Xovd (şəhər) — Monqolustanın şəhəri. Xovd aymakı — Monqolustanın 21 aymakından biri.
Ebru Polad
Ebru Polad (türk. Ebru Polat; d. 1 iyun 1983, İzmir, Türkiyə) — Türkiyə musiqiçisi.
Kirov zavod
Putilov zavodu, Leninqrad Kirov zavodu və ya Kirov zavodu (ru: Кировский завод) Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bir maşın zavodudur. == Yaradılması == Zavod top mərmisi istehsal etmək üçün 1800-cü illərdə inşa edilmişdir. 1848-ci ildə Putilov adlı bir sənayeçi tərəfindən satın alındı ​​və adı Putilov zavodu oldu. Bu dövrdə dəmir yolları üçün müxtəlif komponentlər istehsal etmişdir. 1890-cı illərdəki sənayeləşmə dövründə istehsal gücü və işçi sayı artmışdır. 1900-cü ildə fabrikdəki işçi sayı 12 min 400 nəfər idi. == İstehsal == Fabrik Rusiyanın Çar hökumətinin böyük sifarişlərini yerinə yetirmiş və dəmir yolu komponentləri istehsal etmiş və beləliklə də ölkənin ən əhəmiyyətli sənaye müəssisələrindən biri olmuşdur. 1900-cü ildən top mərmisi istehsalını bərpa etmiş və Çar Ordusunun ən vacib sursat tədarükçüsünə çevrilmişdir. 1917-ci ildə, Sankt-Peterburq şəhərindəki ən böyük fabrik kompleksi idi. == 1917-ci il inqilabları == 1917-ci ilin Fevral İnqilabı ilə devrilmiş Çar rejiminin süqutu zamanı Putilov zavodu işçiləri tərəfindən təşkil edilən tətillər və aksiyalar ilə ön plana çıxmışdır.
Leonid Popov
Leonid Andreyeviç Popov (saxa Леонид Андреевич Попов; 14 avqust 1919, Suntar ulusu, Yakutiya MSSR – 1 aprel 1990) – Saxa yazıçısı, Saxa Xalq şairi. == Həyatı == Leonid Popov 14 avqust 1919-cu ildə Saxa Respublikasının Suntar ulusunun Arılax kəndində müəllim ailəsində anadan olmuşdur. 1941-ci ildə Yakutiya Pedaqoji İnstitutununu bitirmiş, daha sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Yakutiya Kitab Nəşriyyatında və "Hotugu sulus" jurnalında çalışmışdır. 1944-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir. == Yaradıcılığı == Leonid Popovun ilk şeiri 1937-ci ildə nəşr edilmişdir. 1943-cü ildə Böyük Vətən Müharibəsi ilə bağlı şeirlər toplusu "Görüş gününü gözləyirəm" (Күүтэбин көрсүһэр күннэри) adı ilə ayrıca kitab kimi nəşr olunmuşdur. Onun poetik axtarışları "Ürəyin dibindən" (Истиҥ сүрэхтэн), "Qağayılar" (Хоптолор),"Təmiz qar üsrtündə gəzirik" (Хаамыах халыҥ хаарынан) kimi kitablarda əksini tapmışdır. Leonid Popovun ən məşhur əsəri Sovet İttifaqı Qəhrəmanı F. K. Popova həsr olunmuş "Nəğməyə çevrilən həyat" (Ырыа буолбут олох) və "Mənim Respublikam" (Мин республикабар) poemalarıdır. Leonid Popov nəsr yaradıcılığı ilə məşğul olmuş, "Tayqa cığırları" (1961) hekayələr toplusunu, "Kyundeli" (1970) povestini, "Toqo Sele" (1976) və "Maya diyarı" (1978) romanlarını nəşr etdirmişdir.
Mehmed Polad
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Nikolay Popov
Nikolay Fyodoroviç Popov (d. 1905, Rusiya – ö. 1945, Polşa) — Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945). Nikolay Popov 1905-ci ildə Rusiyanın Samara vilayətinin Puqaçov rayonunun Tambovka kəndində anadan olub. Milliyətcə rusdur. Müharibədən əvvəl Bakı şəhərində yaşamış, neft mədənlərində işləmişdir. 1941-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kiçik leytenant idi. 2-ci zərbə ordusunun 340-cı atıcı alayının taqım komandiri. Donbas, Qafqaz, Ukrayna, Belarus torpaqlarında bir çox döyüş əməliyyatlarında iştirak etmişdir.
Perlit (polad)
Perlit austenitdən yaranan evtektoid, metastabil dəmir-karbon legirinin tərkibidir. Austenitin bu evtektoid parçalanması 723 °C baş verir. Perlit alfa kristalları (ferrit) və dəmirkarbidindən Fe3C (sementit) ibarətdir. Evtektoid konsentrasiyası 0,8%-ə bərabərdir. Perlit tərkibli strukturunda sementid lay şəklində olur (şəkil 1). Yumşaltma əməliyyatı nəticəsində lay şəklində olan pelit kürə forması alır (şəkil 2). Bu halda perlittdəki sementid kifayət qədər stabilliyə malik olur ki, o qrafit+perlitə çevrilə bilməyir. Strukturu stabilləşdirmək üçün 1%-də artıq olaraq manqan tərkibli sorbit götürülür. Sorbit də Troosit kimi incə laylı struktura malik pelitdir. Onun laylı strukturu yalnız həddən çox böyütdükdə nəzərə çarpır.