Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hacıməmməd Padarov
Padarov Hacı Məmməd İbrahim oğlu -polkovnik. Azərbaycan SSR Baş Siyasi idarəsində, NKVD-də və DTN-də 1931-ci ildən 1954-cü ilədək işləmiş, Azərbaycan SSR Təhlükəsizlik nazirinin müavini Balakən rayon Siyasi İdarəsinin müvəkkili Hacı Məmməd Padarov idi. Axtarışda olan Molla Mustafa Şeyxzadəni tapıb hökumətə vermək üçün Padarov Omarxan Xalayevdən istifadə etdi. Daha doğrusu, Omarxana hədə-qorxu gəlib Şeyxzadənin gizləndiyi yeri öyrəndi. Onu Tiflisin Ortacalasında həbs edib Balakənə gətirdi, oradan da Bakıya apardılar. Buna görə Hacı Məmməd İbrahim oğlu Padarovu deputat seçdilər. Daha sonra respublika istintaq şöbəsinin rəisi və Dövlət Təhlükəsizlik nazirinin müavini vəzifəsinə qədər yüksəltdilər. Rütbəsi də polkovnik oldu.
Nikita Povarov
Nikita Aleksandroviç Povarov (rus. Никита Александрович Поваров; 6 aprel 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda hücumçu kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Povarov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Poyasok bərzəxi
Poyasok bərzəxi — Bərzəx Saxalin adasının mərkəzinə yaxın cənub hissəsində yerləşir. Bərzəx adanı onun cənubu olan «quyruq» adlanan hissəsi ilə birləşdirir. Qərbdən Yapon dənizi (Tatar boğazı), şərqdən Oxot dənizini (Terpeniya körfəzi) ayırır. Ən ensiz yeri 26-27 kilometrdir. Bərzəx seysmiklik baxımından aktiv zonada yerləşir. Burada 5,3 - 6,3 bal arası zəlzələlər olur. Bərzəx əsasən təpəlik ərazilərdən ibarətdir. Bərzəxin cənubundan hündürlüyü 1000 metrə çatan Cənubi-Kamışovıy silsiləsi keçir.
Raqnar Lodbrok
Raqnar Lodbrok (Qədim Skandinaviya dili - Ragnarr Loðbrók; IX əsr, Skandinaviya – təq. IX əsr) — German-skandinav mifologiyası və ədəbiyyatında adı keçən yarım-əfsanəvi qəhrəman, İsveç və Danimarka kralı. Haqqında bir neçə saqa olan Raqnar çox məşhur bir vikinq qəhrəmanıdır. Müvəffəqiyyətli bir komandir olan Raqnar Fransa və İngiltərəyə uğurlu hərbi səfərlər təşkil etmişdir. Mübarizə apararaq Danimarka taxtına çıxmağa nail olmuş. Həm Danimarka, həm də İsveç kralı olmuşdur. Məşhur qadın döyüşçülər Lagerta və Aslauq ilə evlənmişdir. Saqalarda övladları Ivar və Björnün şöhrətinin kölgəsində qalacağı qorxusu olduğu da yazılır. Xüsusilə Fransada çaylardan istifadə edərək çox geniş diametrli bir bölgəni qarət etməyə nail olmuşdur. 9-cu əsrdə çox sayda müharibədən qalib çıxdıqdan sonra İngiltərədə kral Aellaya əsir düşmüş və alçaldıcı bir şəkildə ilanların olduğu bir çuxura atılaraq öldürülmüşdür.