Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borbor
Borbor — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd'dir == Tarixi == Borbor Dəvəçi rayonunun Rəhimli inzibati ərazi vahidində kənd. Şabran Çay Borbor Kəndindən Axır. Samur-Dəvəçi ovalığındadır. 1917 və 1933-cu illərdə Burbur variantında qeydə alınmışdır. 1917-ci ildə Şamaxı ərazisində də Borbor kəndinin olması haqqında məlumat verilir. Tədqiqatçıların fikrincə, kənd XVIII əsrin axırlarında Qubalı Fətəli xanın Cənubi Azərbaycandan kocurub gətirdiyi borborlar (baharlı tayfasının qolu) tərəfindən salınmışdır. Abşeronda qeydə alınmış Borborşor göl adı, Cənubi Azərbaycandan Urmiya Şəhəri yaxınlığındakı Borbor yer adı da bu oykonimin paralelləridir.
Ponor
== Ponor == Ponor (serb-xorvat-ponor-qıf)-qalın karstlaşan süxur laylarında əmələ gələn və səth sularının hərəkət etdiyi mürəkkəb quruluşlu dərin quyuya deyilir. Ponorun yayıldığı sahələrdə çayların qəflətən "yox olması", yer altına enməsi, müəyyən məsafədən sonra yenidən səthə çıxması və ya bulaq şəklində təzahür etməsi (belə bulaqlara voklüz deyilir), göllərin su səviyyəsinin qeyri-dövrü tərəddüd etməsi, yox olub, qəfildən meydana gəlməsi və s. hadisələr müşahidə edilir.
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. == Genezisi == Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. == Morfoloji tərkibi == Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Dodmor Kotton
Dodmor Kotton və ya Ser Dodmor Kotton (ö. 23 iyul 1628) — ingilis diplomatı və İngiltərə hökuməti tərəfindən Səfəvi imperiyasına göndərilmiş ilk səlahəiyyətli səfir. O, İngiltərə kralı I Karl tərəfindən Səfəvi şahı I Abbasın sarayına göndərilmişdir. == Həyatı == Dodmor Kotton Ser Robert Kotton ilə Elizavet Kottonun oğludur. Elizavet isə Con Dormerin qızı idi. O, Kembric Kral Kollecindən 1607-ci ildə məzun olmuş və 1608-ci ilin noyabrında Linkolnun daxili sarayında işə başlamışdı.Sarayda Dodmor kralın şəxsi kabinetində vəzifə əldə etmiş və I Karl tərəfindən yaxşı tanındığı üçün 1627-ci ildə onun tərəfindən I Abbasın Səfəvi sarayına səfir kimi göndərildi. O, martda Rose adlı gəmi ilə İran körfəzində yerləşən Gembruna (Bəndər Abbasa) yollandı. Onunla səyahətə çıxanlar arasında Tomas Herbert, Nəğdəli bəy (I Karlın yanına göndərilmiş keçmiş Səfəvi elçisi) və Robert Şirli (Nəğdəli bəyin məsləhətçisi, ingilis) müşahidə edirdi.Bu nümayəndə heyəti Səfəvi sarayına göndərilməmişdən əvvəl oraya göndərilmiş qızılbaş elçiləri uğursuzluğa uğramışdılar. Nəğdəli bəy bu uğursuzluqda Robert Şirlini ittiham edirdi. O, gəmi Səfəvi sərhədlərinə yaxınlaşdığı zaman yüksək dozada tiryək qəbul edərək öldü.
Todor Batkov
Todor Batkov - Levski Sofiya komandasının prezidenti Son illər ərzində Todor Batkov ən nüfuzlu və varlı bolqarlardan biri imicini qazanıb. O vaxtilə məşhur maliyyə fırılqdaqçısı Mixail Çornının vəkili olub. Hələ sovet dövründə orta və yüksək təbəqələr arasında "fırlanan" Batkov uzun müddət özünə xeyli tanış tapıb. O həmişə yuxarılarla yaxın olsa da, üzdə olmayıb. Ölkənin ən məşhur oliqarxlarından olan Batkov unikal "Foros" layihəsinin başında olub, "Standart" qəzetinin təsisçidir, beynəlxalq nüfuza malik sahibkar və hüquqşünasdı. Bir çox mənbələr onun var-dövlətini bir hissəsini məşhur yəhudi əsilli rus maliyyə fırıldaqçısı Maykl (Mixail) Çornının hesabına da qazandığını deyir. Batkovun necə zənginləşməsi haqda müxtəlif maraqlı iddialar var. Klassik kasıb kəndli ailəsindən çıxan Todor çalışqanlığı və inadkarlığı hesabına zirvəyə qalxıb. Uşaqlıqdan pul qazanmağın yollarını öyrənən Batkov çox ağıllı bir hərəkətlə də yadda qalıb. O, yerli kilsədə göyərçin satmaqla dolanırmış.
Todor Jivkov
Todor Xristov Jivkov (7 sentyabr 1911[…], Pravets[d], Bolqarıstan krallığı – 5 avqust 1998[…], Sofiya) — Bolqarıstan Kommunist Partiyası MK-nın baş katibi (1954–1989).
Zobor teleqülləsi
Zobor teleqülləsi ( slovak. Vysielač Zobor Vysielač Zobor ), Slovakiyanın Zobor dağında Nitra şəhərində yerləşən bir bina. == Tikinti == 1980-ci illərdə televiziya siqnalını yaymaq üçün Zoborun üst hissəsində mast quruldu. Dəmir-beton qüllə 1993-cü ildə inşa edildi və bu cür yeni obyektlərdən birinə çevrilmişdir. Qüllənin hündürlüyü 64 m, antennaları 11,5 m, çəkisi isə 2,5 tondur. == Asılı seçimlər == Tuna yamacının üzərindəki əlverişli yer xüsusilə cənub və cənub-qərb istiqamətində yaxşı siqnal yayır.
İsmayıl xan Borbor
İsmayıl xan Hüseyn sultan oğlu Borbor (1800 - 1888) — İran hərbçisi. == Həyatı == İsmayıl xan Hüseyn sultan oğlu 1800-cü ildə Kirman əyalətinin Bəm mahalında anadan olmuşdu. Borbor tayfasındandır. Anası Əzizə xanım Şiraz doğumluydu və nəcib bir ailəyə məxsus idi. İsmayıl xan 1802-ci ildə atası ilə bərabər xidmət yerinə Həmədan əyalətinin Rahcird mahalına köçür. O, burda mülki və hərbi təhsil alır. Gənc yaşlarında vəliəhd Abbas mirzə Naibüssəltənin yanında, Cənubi Azərbaycanda xidmət edir. 1826-1828-ci illərdə II Rus-İran müharibəsində iştirak edir. İsmayıl xan Borbor Abbas mirzənin ölümündən sonra şahzadə Firuz mirzə Nüsrətüddövlənin yanında xidmət edir. Bu dövrdə sərtib (general-mayor) rütbəsinə layiq görülür.
Todor Jivkov Bakıda (1973)
== Məzmun == Filmdə Bolqarıstan KP MK-nın I katibi Todor Jivkovun Bakıya səfərindən, onn respublika rəhbərləri və əhalisi ilə görüşlərindən bəhs olunur.
Todor Jivkov Bakıda (film, 1973)
== Məzmun == Filmdə Bolqarıstan KP MK-nın I katibi Todor Jivkovun Bakıya səfərindən, onn respublika rəhbərləri və əhalisi ilə görüşlərindən bəhs olunur.