Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamara Todevska
Tamara Todevska (mak. Тамара Тодевска; d. 1 iyun 1985, Skopye, Şimali Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Şimali Makedoniya müğənnisi. == Həyatı == Tamara Todevska 1 iyun 1985-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Şimali Makedoniyanın Skopye şəhərində dünyaya göz açmışdır. Tamaranın atası Velko Todevski musiqi müəllimi, Bosniya və Herseqovinada anadan olan Serb əsilli anası Branka Todevska isə opera ifaçısıdır. Onun böyük bacısı Tiyana Dapçeviç "To The Sky" mahnısı ilə Şimali Makedoniyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Tamaranın ilk mahnısı 1997-ci ildə bacısı Tiyana ilə birlikdə ifa etdiyi "Igra luda" (azərb. Çılğın oyun‎) olmuşdur. O, 2003-cü ildə Monteneqroda keçirilən Sunçane Skale musiqi festivalında "1003" adlı mahnı ilə çıxışından sonra şöhrət qazanmışdır. Tamara festivalda 2-ci yerdə qərarlaşmışdır.
Kamenes-Podolska qalası
Kamyanets-Podilskıy qalası, (ukraynca: Кам'янець-Подільська фортеця, polyakca: Stary Zamek w Kamieńcu Podolskim) hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalasıdır. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar 14-cü yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala 14–18-ci yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyasına təslim oldu. Ancaq 27 il sonra Osmanlı-Müqəddəs İttifaq müharibəsində Osmanlı dövləti müharibəni uduzaraq, Karlovitsa müqaviləsini imzalayaraq, qalanı Reç Pospolitaya təslim etdi. Qala 18-ci əsrdən həbsxana olaraq istifadə olunmağa başladı.