Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. == Genezisi == Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. == Morfoloji tərkibi == Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Kodkod
Kodkod (lat. Leopardus guigna) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Albert Popkov
Albert Popkov (26 sentiyabr 1972) — ictimai paylaşma saytı, sosial şəbəkə olan Odnoklassniki-in qurucusu Rusiyalı proqramçı == Həyatı == Albert Popkovun 1972-ci il, 26 sentyabrda dünyaya gəldiyi Rusiyanın Cənubi Saxalinsk şəhərindən başlanır. 1975-ci ildə Popkovlar ailəsi Moskvaya köçür, burada Albert texnikumda təhsil alır və eyni zamanda Moskva Hesablama Maşınqayırması Elmi Tədqiqat İnstitutunda proqramçı kimi çalışır. Albert 8 dərəcəli fərdi kompüterlər - "Vektor" və "Korvet" üçün proqram təminatının yaradılması ilə məşğul olurdu. Bu maşınlar Sovet İttifaqının məktəblərində uşaqların informatika təlimi üçün geniş istifadə olunurdu. Təhsil müəssisəsini bitirdikdən sonra gənc oğlan həyatda öz yerini axtarmağa başlayır. 90-cı illərdə proqramçıların maddi durumu elə də ürəkaçan deyildi. Ona görə də Albert bir sıra işlərlə məşğul olur: mağazada satıcı işləyir, karandaş fabrikində çalışır, hətta bazarda batareya satır. 1995-ci ildən Albert Pokov veb dizaynla məşğul olmağa başlayır. O, bir neçə böyük qərb şirkətinin saytını yaradır. 90-cı illərin sonlarında "i-CD Publishing" şirkəti Alberti Böyük Britaniyaya işə dəvət edir.
Mixail Popkov
Mixail Daniloviç Popkov (14 noyabr 1924 – 23 avqust 2023) — sovet hərbi xadimi, General-polkovnik (1979). 1943-cü ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının üzvü; Sovet İttifaqının Kommunist Partiyasının MK-nin üzvlüyünə namizəd (1981–1990). Naxçıvan MSSR-dən SSRİ Ali sovetinin Millətlər sovetinin 11-ci çağırışdan deputatı (1984–1989). == Həyatı == 1924-cü il 11 noyabrda Kaluqa vilayətinin Yuxnovski rayonunun Astapova-Sloboda kəndində anadan olub. Milliyətcə rusdur. 1943-cü ildə Xarkov hərbi-siyasi məktəbini, 1950-ci ildə V. İ. Lenin adına hərbi-siyasi akademiyanı, 1966-cı ildə isə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi akademiyasını bitirib. 1942-ci ilin martından Qırmızı Ordu sıralarında Böyük Vətən Müharibəsinin iştirakçısı olur. 185-ci ehtiyat atıcı alayda hərbi xidmətə başlamış daha sonra ön cəbhədə 766-cı atıcı alayın, Qərb cəbhəsinin 217-ci atıcı diviziyasının 49-cu ordusunun tərkibində xidmətə cəlb olunub. 1942-ci ilin avqustundan Qretnya rayonunda alman qoşunlarının qarşısının alınmasında iştirak edir. 1942-ci ilin noyabrından Popkov həmin vaxt Daşkənddə yerləşən Xarkov hərbi-siyasi məktəbində təhsil almağa göndərilir.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Porko Rosso
«Porko Rosso» (it. Porco Rosso — «qırmızı donuz») — 1992-ci ilin anime-filmi. Yapon dilində adı — «Kurenay no Buta» (紅の豚, «al donuz»). Rejissor — Hayao Miyazaki. == Məzmun == Məzmun Birinci və İkinci dünya müharibələrinin arasında Adriatikada baş tutur. Baş pilot Marko Paqqot — Birinci dünya müharibəsinin iştirakçısıdır. Müharibə bitdikdən sonra Marko insanlarla o dərəcədə məyus oldu ki, özünə cadu cəlb etdi və qismən donuza döndü. İtaliyada faşistlər yaranandan sonra o, özünü Porko Rosso ( it. Porco Rosso — «Al donuz») adlandırır və hökumətə hava piratlarını yaxalamaqla kömək etməyə başlayır. == Mükafatlar == 1993-cü ildə film iki «Mayniçi» mükafatını alır — ən yaxşı animasiya filminə görə (Hayao Miyazaki) və ən yaxşı musiqiyə görə (Co Hisayşi).
Starı Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Katolski Posol
Katolski Posol () — Sorb kilsə qəzeti. Qəzetin naşiri Kiril və Methodiusun Sorb Cəmiyyətidir. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Həftəlik 1863-cü ildə Mixal Qornik tərəfindən təsis edilib. Katolski Posol, "Katolik Serblər Assosiasiyası" (bu gün - Müqəddəs Kiril və Methodius Cəmiyyəti) sosial-mədəni təşkilatının köməyi ilə nəşr edilmişdir. 1923-cü ildə Meissen yeparxiyasının bərpa edilmiş ilk sinodunda qəzet kilsə əleyhinə meyllərdə ittiham edildi. Bundan sonra keşiş Yakub Skalinin təklifi ilə Kiril və Methodius cəmiyyətinin nəzarətinə keçib. 1939-cu ildən Milli Sosializm dövründə qəzet qadağan edildi. Müharibədən sonra katolik qəzeti üçün ADR hakimiyyət orqanlarından lisenziya almaq çox çətin idi. Yalnız 1950-ci ildə lisenziya qəzetə qaytarıldı, çünki Sovet hərbi rəhbərliyi və ADR hakimiyyəti kilsə mətbuatına mənfi münasibət bəsləyirdi.
Pom Poko
Pom Poko (yap. 平成狸合戦ぽんぽこ – Heisei Tanuki Gassen Ponpoko) – 1994-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Isao Takahatadır. == Personajlar == == Xarici keçidlər == Pom Poko — Internet Movie Database saytında.