Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bömit
Bömit — mineral == Haqqında == Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.
Podia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Doqmit (Fallout)
Doqmit (ing. Dogmeat) və ya it — postapokaliptik mövzulu rol videooyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) videooyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa videooyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) videooyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də videooyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir. == Tarixi == "Black Isle Studios"un istehsal etdiyi və "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" videooyununda "Sığınacaq sakini" adlanan oyunçu personaj Doqmit ilə ilk dəfə Canktaun adlı bir şəhərdə qarşılaşır. Doqmitin keçmiş sahibi yerli qanqster Gizmo tərəfindən işə alınan cinayətkarlar tərəfindən öldürülən, Maks Rolatanskiyə yaxından bənzəyən adsız bir şəxs idi. Oyunçu personaj Doqmit bəsləyirsə və ya dəri gödəkçə geyinərsə, Doqmit onun dalına düşəcək və yanında döyüşəcək. Seriyanın kanonuna görə, Doqmit 30 dekabr 2161-ci il tarixində sığınacaq sakini tərəfindən öz öhlədiyinə götürülür və 20 aprel 2162-ci il tarixində onun Ustadın hərbi bazasına hücumu zamanı güc bariyeri tərəfindən öldürülür. Personaj "Fallout" üçün hazırlanan bir filmdə görünməli idi, lakin layihə sonradan ləğv edilmişdir.
Zofya Posmış
Zofya Posmış (pol. Zofia Posmysz 23 avqust 1923, Krakov – 8 avqust 2022, Osventsim, Kiçik Polşa voyevodluğu[d]) — Polşalı yazıçı və ssenarist. 1942-ci ildən bəri alman Auşvitz və Ravensbrük konservasiya düşərgələrində saxlanılmışdır. Müharibədən sonra Varşavaya yerləşdi. 1952-ci ildə paytaxt universitetinin filologiya fakültəsini bitirib. "Głos Ludu" qəzetinin redaksiyasında korrektor vəzifəsində işləmiş, sonra Polşa Radiosu ilə əməkdaşlıq etmişdir. Zofya Posmış 1945-ci ildə "Belsenden olan baş kəsənləri tanıyıram" adlı bir ədəbi xatirə kitabı ilə debüt edir. Yazıçı "45-ci kayutdan olan sənişin" radio pyesinə şöhrət qazanır. Eyni adlı bir kitab 1962-ci ildə nəşr olunur. Bu əsərə əsaslanaraq, polyak rejissoru Andrzey Munk ölümündən sonra 1963-cü ildə nümayiş olunan "Sərnişin" bədii filmini çəkir.
Aphis pomi
Alma mənənəsi (yun. Aphis pomi) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Alma ağacını (xüsusilə tingləri və cavan ağacları) zədələyir. Yetkin alma mənənəsi oval formalı və yaşıl rəngli, başı qəhvəyi və ya yaşılımtıl-sarı olur. Payızda mayalanmış dişi mənənələr cavan zoğlarda tumurcuqlara yaxın yumurta qoyur. Yazda tumurcuqlar qabardıqda yumurtalardan çıxmış sürfələr tumurcuqlara, onlar açıldıqda isə tumurcuq yarpaqlarının arasına keçir. Bütün yay ərzində mənənə partenokenez (mayalanmamış yumurtadan rüşeymin inkişaf etməsi) yolla çoxalır və 8—17 nəsil verir. Payızda mənənənin nəslində erkək və dişi fərdlər əmələ gəlir, onlar cütləşir və cavan zoğlar üzərində qışlayan yumurtalar qoyur. == Mübarizə tədbirləri == Alma mənənəsi ilə mübarizədə sayfos, fozolon, karbofos və s. kimyəvi preparatlardan istifadə edilir.
Metaseiulus pomi
Metaseiulus pomi (lat. Metaseiulus pomi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.