Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Podolye
Podolye (Podolia) — Ukraynanın cənub-qərb və mərkəzi qərb hissəsini əhatə edən tarixi bir bölgə. 17-ci əsrdə Osmanlı-Litva Knyazlığının hər zaman diqqət mərkəzində olmuşdur. Osmanlı hakimiyyəti dövründə, bölgədə Podolye Əyaləti qurulmuştur. Rus İmperiyası nın hakimiyyəti dövründə isə, bölgədə Podolye Quberniyası qurulmuştur. Slavyanların yaşadığı ərazi 13-cü əsrdə tatarlar tərəfindən işğal edilmişdir. Bölgə 1362-ci ildə Litva şahzadəsi Olgierd tərəfindən işğaldan azad edilmiş və Jagellonların Poloşa-Litva dövlətinə qatılmışdır. Bu dövrdə polşalıların sayı kəskin surətdə artmış və bölgə iqtisadi baxımdan sürətlə inkişaf etmişdir. Türklər 1672-ci ildə bölgəni işğal etdilər, lakin 1699-cu ildə isə Polşalılara geri qaytardılar. Bölgə 1772-ci ildə iki hissəyə bölündü. Qərbi Polşa Habsburqlarların, Şərqi Polşa Rusların tərkibinə qatılmışdır.
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. == Genezisi == Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. == Morfoloji tərkibi == Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Il Popolo d'Italia
Il Popolo d'Italia (İtaliya xalqı) — Benito Mussolini tərəfindən 15 noyabr 1914-cü ildə təsis edilən qəzet. Qəzet Benito Mussolini İtaliya Sosialist Partiyasından ayrılandan sonra çap olunmağa başlayıb. Birinci dünya müharibəsindən sonra bu qəzet İtaliyada faşizm ideologiyasını təbliğ edən əsas mətbuat orqanı olmuşdu. Qəzet 24 iyul 1943-cü ilə kimi çap olunub. Qəzet həmçinin militarizm və irredentizm ideyalarını da təbliğ edirdi. 1936-cı ildən 1943-cü ilə kimi qəzetin baş redaktoru Corc Pini olmuşdu. 1998-ci ildə Yeni Milli Ordenin başçısı Cuzeppe Martorana qəzeti yenidən bərpa edərək çap etdirməyə başlamışdı. Hal-hazırda "Il Popolo d'Italia" Milan şəhərində çap olunur.