Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Podaqra
Podaqra (q.yun. ποδάγρα; rus. Подагра) — əsasən ayaqda əmələ gələn metobolik xəstəlik. Əvvəllər bu xəstəlik yalnız yüksək təbəqəli insanlarda təsadüf edilirdi. Bunun səbəbi həddən artıq qida və spirtli içkilərin qəbulu idi. Sadə insanlarda bu xəstəliyə rast gəlinmirdi. Məhz bu səbəbdən podaqranı "krallar xəstəliyi" adlandırırdılar. Podaqra oynaqların xroniki iltihabi xəstəliyidir. Podaqra zamanı oynaqlarda urat duzları yığılır. Adi insanlar adətən bu xəstəliyi məhz "duzlar" adlandırırlar.
Eugenia polypora
Eugenia polypora (lat. Eugenia polypora) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Roman Pokora
Roman Pokora (22 fevral 1948 – 8 mart 2021, Lvov) — Ukraynalı futbol mütəxəssisi == Həyatı == 22 fevral 1948-ci ildə Ukraynanın Zborıv şəhərində anadan olub.
Valentina Popova
Valentina Popova (rus. Валентина Попова; 21 noyabr 1960, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — ardıcıllıqla SSRİ və Slovakiyanı təmsil etmiş keçmiş stolüstü tennisçi. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionu. SSRİ əməkdar idman ustası (1984). == Karyerası == === Oyunçu === Valentina Popova karyerasına Azərbaycanda başlayıb. Sumqayıt tennis məktəbinin yetirməsidir. 1971-ci ildən 1990-cı ilə qədər "Dinamo Bakı" komandasını təmsil edib. 1976-cı ildən 1992-ci ilədək SSRİ, 1994-cü ildən isə Slovakiya yığma komandasında çıxış edib. Valentina Popova XXIV Yay Olimpiya Oyunlarında SSRİ-nin, XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın, XXVI Yay Olimpiya Oyunlarında isə Slovakiyanın heyətində Olimpiya oyunlarının iştirakçısı olub. Doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionudur.
Asperula odora
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Arealı == Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.
Bidens odora
Bidens odora (lat. Bidens odora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Hebe odora