Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polşada din
Polşada din — Polşa Respublikasında din. Polşa Avropanın ən dindar ölkələrindən biridir. Bu ölkə xüsusilə Avropada xristianlığın ən güclü olduğu ölkədir. Ölkə Konstitusiyasında dinlə əlaqədar hər hissədə katolikliyə yer ayrılmışdır. Bu mənada, Katolisizm dövlətin rəsmi dini olaraq qəbul edilməkdədir. Kilsə, dövlət, siyasət və cəmiyyət həyatında lazım olduğunda istifadə etdiyi ciddi bir nüfuza malikdir. Bəzi katolik keşiş və qruplar siyasətlə açıq-aşkar fəaliyyət göstərməkdə və bugünkü koalisiya iqtidarının ən böyük və ən kiçik partiyalarını dəstəkləməkdədir. Dövlət ilə Kilsənin rəsmi əlaqəsi 1989-cu ildə qəbul olunan qanuna əsasən təşkil edilməkdədir. Bu qanunlar, inanc azadlığını zəmanət altına almaqda, Roma Katolik Kilsəsinin radio və televiziya proqramları təşkil etməsinə; ayrıca məktəb, xəstəxana və tarixi dəyəri olan binaları işlətməsinə icazə verməkdədir. Polşa parlamenti olan Seymin Başçı kürsüsünün arxasında Xaç vardır.
Polşada turizm
Polşa ildən-ilə artan turist sayına görə qlobal turizm bazarında özünəməxsus bir yer tutur. Polşada turizmin ölkə iqtisadiyyatında xüsusi payı var. Polşada ən məşhur turist şəhərlərinə Krakov, Varşava, Qdansk, Vrotslav, Poznan, Şetsin, Lublin, Torun, Zakopan və Osventsimi (tarixi Auşvitz həbs düşərgəsinə görə) misal göstərmək olar. Polşa Ümumdünya Turizm Təşkilatının 2012-ci il sıralamasında ölkəyə gələn turist səfərlərinin sayına görə 17-ci yeri tutmuşdur. Polşa, xüsusi ilə 2004-cü ildə Avropa İttifaqına qoşulduqdan sonra turistlər tərəfindən çox səfər edilən ölkəyə çevrilmişdir. Polşada turistləri cəlb edən onun təbiəti, tarixi yerləri və mədəniyyət tədbirləridir. Bunlar hər il milyonlarla turisti ölkəyə gətirir. Turist İnstitutunun verdiyi məlumata görə, 2006-cı ildə ölkəyə 15.7 milyon turist, 2007-ci ildə 15 milyon turist səfər etmişdir. 2012-ci ildə Polşaya 13.5 milyon turist səfər etmişdir (UEFA Avro 2012 üçün gəlib, axşam Polşada qalmayan turistlər bu statistikaya daxil edilməyib). 2013-cü ildə 15.8 milyon, 2016-cı ildə isə 17.5 milyon turist Polşaya səfər etmişdir.
Polşada islam
Polşada islam — azsaylı dinlərdən biridir. Ərəb mənbələrində Polşa haqqında ilk qeyd 10-cu əsrdə ərəbdilli səyyah İbrahim ibn Yakub tərəfindən qeyd edilmişdir. Müsəlmanların Polşada daimi mövcudluğu 14-cü əsrdə başlamış və ilk növbədə Polşa-Litva tatarları ilə əlaqəli olmuşdur. Hazırda Polşada müsəlmanların ümumi sayı təxminən 31 000 nəfərdir. Polyakların müsəlmanlarla ilk təmasları 13-cü əsrdə, monqol-tatar istilası zamanı baş verdi və artıq 14-cü əsrdə tatarlar müasir Polşa ərazisində məskunlaşdılar. Çoxsaylı arxeoloji qazıntılar zamanı tapılan çoxlu sayda ərəb sikkələrinə əsasən ərəb tacirlərinin bu bölgə ilə sıx əlaqəsi olduğu müəyyən olundu. XIV əsrdə Litva Böyük Hersoqluğunun torpaqlarında ilk tatar tayfaları məskunlaşdı. Tatarlara hərbi xidmət öhdəliyi müqabilində dinlərini saxlamağa icazə verilirdi. XV əsrdə tatar süvariləri, atıcılar və kəşfiyyatçı qoşunları bir çox döyüşlərdə iştirak etmişlər. Məşhur Qrunvald döyüşündə Cəlaləddin Xanın komandanlığı altında tatarlar iştirak edirdi.
Polşada insan hüquqları
Polşada insan hüquqları (pol. Prawa człowieka w Polsce) — 1997-ci ildə ratifikasiya olunmuş ölkə Konstitusiyasının ikinci bölməsində sadalanan hüquqlardan ibarətdir. Polşa insan hüquqları ilə bağlı bir sıra beynəlxalq müqavilələrin, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin, Helsinki aktının, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın, İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Paktın, Hüquqlar və Uşaq Hüquqları Konvensiyasının iştirakçısıdır. Polşada insan hüquqlarına praktikada heç də həmişə riayət olunmur. 1959-cu ildən 2019-cu ilə qədər Avropa İnsan Haqları Məhkəməsi Polşanın 989 işdə insan hüquqlarını pozduğuna dair qərar çıxarıb. 2021-ci ildə ILGA-Europe Polşanı ikinci il ardıcıl olaraq LGBT hüquqlarına görə Avropa İttifaqında ən aşağı yerə qoyub. İndi insan hüquqları adlandırılan elementlərə Polşa dövlətinin ilk dövrlərində rast gəlmək olar. Yəhudi azadlıqlarının ümumi xartiyası olan Kalişin Nizamnaməsi (1264-cü ildə verilib) Polşada yəhudi azlıqları üçün bir çox hüquqlar təqdim edib. 1573-cü il Varşava Konfederasiyası Polşanın bütün sakinlərinin dini etiqad azadlığını təsdiqlədi ki, bu da o zamankı çoxmillətli Polşa cəmiyyətinin sabitliyi üçün son dərəcə vacib idi. Varşavada toplaşan bütün zadəganlar bütün əsas dinlərin nümayəndələrinin qarşılıqlı dəstək və tolerantlıq vəd etdiyi bir sənəd imzaladılar.
Polşada Azərbaycan günləri (film, 1970)