Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Modem
Modem (ing. modem (modulator/demodulator), ru. модем) — informasiyanı kompüterdən adi telefon xətti ilə ötürməyə imkan verən rabitə qurğusu. Kompüter diskret elektrik siqnalları (yəni ikilik 1 və 0) ilə işlədiyindən, telefon xətləri ilə isə analoq informasiya (gərginlik səviyyələrinin geniş diapazonuna malik olan siqnal) ötürüldüyündən, modemlər, mahiyətcə, rəqəm-analoq və əksinə çevirmələri yerinə yetirir. Verilişdə modemlər kompüterin rəqəmsal siqnallarını telefon xəttinin kəsilməz daşıyıcı tezliyinə toplayır (modulyasiya edir), qəbuletmədə isə informasiyanı daşıyıcıdan "çıxardır" (demodulyasiya edir) və onu rəqəmsal formada kompüterə ötürür. Modemlər verilənləri adi telefon kanalları ilə 300 bod’dan 56000 bod’adək sürətlə, ayrılmış kanallarda isə 19200 bod sürətilə ötürür. Daha yüksək sürətli verilişlər də mümkündür, ancaq bu telefon xətlərinin xarakteristikası ilə məhdudlaşır. Mürəkkəb modemlərin veriliş və qəbuletmədən əlavə funksiyaları da olur, məsələn, avtomatik nömrə yığımı, cavab və təkrar yığım; lakin uyğun kommunikasiya proqram təminatı olmadan modemlər hər hansı faydalı iş görə bilmir. Modem (Modulator Demodulator sözlərindən əmələ gəlib) yaxud çevirgə, kabel və ya telefon xətti vasitəsi ilə iki kompüteri birləşdirmək üçün qurğudur. Modemlər həm kompüterin daxili həm də xarici qurğuları sırasına daxil edilə bilər.
Ödəm
Ödəm (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir. == Ödəmin səbəbləri == Səbəblər arasında venoz çatışmazlığı, ürək çatışmazlığı, böyrəkdə olan problemlər, aşağı protein səviyyəsi, qaraciyər problemləri, dərin damar trombozu, infeksiyalar, anjiyoödem, bəzi dərmanlar və limfedema ola bilər. Ödəm uzun müddət oturma və ya ayaq üstə durduqdan sonra olur, menstruasiya və ya hamiləlik zamanı da baş verə bilər. Vəziyyət qəfil başladıqda və ya ağrı və ya təngnəfəslik olduqda daha çox narahatlıq doğurur. == Növləri və simptomları == Ödəm yerli, yəni bədənin və ya orqanın müəyyən bir sahəsində və ümumi olur. === Yerli ödəm === Yerli ödəmdə iltihabın bir hissəsi kimi şişkinlik, tendonit və ya pankreatit müəyyən orqanlarda baş verir. Bəzi orqanlarda ödəm toxumaya xas mexanizmlərə görə inkişaf edir. Ayrı-ayrı orqanların ödəminə nümunələr: Periferik ödəm — (ayaqların ödəmi) ayaqlarda hüceyrədənkənar mayenin yığılması.
Faks-modem
Faks-modem (ing. fax modem) – kompüterə faksimil məlumatlarını göndərməyə və qəbul etməyə imkan verən modem. Kompüterin genişləndirmə lövhəsi (EXPANSİON BOARD) şəklində olan faks-modem kartında faksimil aparatının bir çox funksiyaları gerçəkləşdirilib. Müasir dövrdə müxtəlif problemlərin həll edilməsi üçün istifadəçilər İnternet şəbəkəsindən istifadə etməyə böyük üstünlük verirlər. Bu şəbəkənin köməyi ilə istifadəçi elektron poçtu ilə işləyə bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı göndərir, ya da lazımi səviyyədə əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır.
İnteqral modem
İnteqral modem ( ing.integral modem ~ ru. встроенный модем ~ tr. tümleşik modem) – konstruktiv olaraq kompüterə aid olan modem; bundan fərqli olaraq, daxili modem (INTERNAL MODEM) kompüterin müvafiq yuvasına taxılan genişləndirmə lövhəsi (EXPANSION CARD) şəklində olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Padam Padam
"Padam Padam" avstraliyalı müğənni Kayli Minouq tərəfindən 18 may 2023-cü ildə Tension adlı studiya albomunun baş sinqlı kimi buraxılmış mahnıdır. Mahnı norveçli müğənni və bəstəkar İna Vroldsen tərəfindən prodüser Lostboy ilə birgə yazılmışdır. Musiqi klipi rejissor Sofi Müller tərəfindən çəkilmiş və mahnı həmin klip ilə ilk dəfə tam şəkildə təqdim edilmişdir. Sinql İngiltərə və ABŞ xit-paradlarında Top 10-a daxil oldu. == Mahnının tarixi == Mahnı 12 may 2023-cü ildə yeni albomun elanı ilə birlikdə anons edildi, lakin o vaxt buraxılış tarixi yox idi. Buraxılış tarixi mayın 16-da mahnının 20 saniyəlik hissəsi ilə elan edildi. Mahnının adı ürəyin döyünməsi mənasını ifadə edir. == Kompozisiyası == "Padam Padam" mahnısı "hipnotik elektro ", "hamar, gurultulu dans-pop ", həmçinin " Tension " albomunun "eyforik açılış" mahnısı kimi təsvir edilmişdir. Mahnı elektrik gitara rifi və " texnopop fonu" ehtiva edir. Bu mahnı Minouqun əvvəlki Disco (2020) albomunun tərzindən uzaqlaşaraq daha çox Avropa sint-popuna doğru irəlilədi.
Fonem
Fonem (q.yun. φώνημα «səs»)— sözün mənasını dəyişən səsdir. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s. Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstəqil dil vahidlərindən hesab olunur. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır.
Göyəm
Göyəm (ağac) — Göyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd.
Model
Model (fr. modèle, lat. modulus — "ölçü, analoq, nümunə") – orijinalın hər hansı bir xüsusiyyətlərinin öyrənilməsini təmin edən obyekt-orjinalın əvəzcisidir. Mülahizələri sadələşdirən və hadisələrin təbiətini dəqiqləşdirən eksperiment keçirilməsinə imkan verən məntiqi sxemlər və məntiqi quruluşlar model adlandırılırlar. Gerçək şəraitin və ya obyektin riyazi, yaxud qrafik təsviri; məsələn, kainatda maddələrin paylanmasının riyazi modeli, işgüzar əməliyyatların (ədədi) modeli elektron cədvəl, yaxud molekulun qrafik modeli. Modellər, ümumiyyətlə, dəyişdirilə və ya idarə oluna bilər, buna görə də onların yaradıcıları gerçək şəraitə necə təsir etməyi görməyə cəhd edə bilər. Zaman-zaman fiziki modellərdən (maketlərdən) istifadə olunması çoxlu sayda insanın həyatını xilas etmiş, külli miqdarda xərclərdən və vaxt itkisindən azad etmişdir. Əksinə, fiziki modellərdə alınmış nəticələrin nəzərə alınmaması fəlakətlərə səbəb olmuşdur. Bu baxımdan 1870-ci ildə İngiltərədə hazırlanmış "Captain" zirehli gəmisi ilə bağlı hadisə çox ibrətamizdir. XIX əsrin ortalarında metallurgiyanın inkişafı və buxar maşınlarının yaradılması nəticəsində ağacdan hazırlanmış yelkənli gəmilərdən metal gəmilərə keçid başlanıldı.
Poema
Poema — İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur, lakin poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş. İ. Xətainin "Dəhnamə", M. Füzulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M. F. Axundzadənin "A. S. Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S. Vurğunun "Bəsti", H. Arifin "Yolda","Dilqəm", H. Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Poker
Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold'em Pokerdir. Pokerdə ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır. Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir. ↻ {\displaystyle \circlearrowright } Masada kafi iştirak sayı olduğu müddətcə davam edən oyunda kart sıralaması isə belədir: A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2 == Pokerin qaydaları == Bütün rənglərin dəyəri bərabərdir. Ancaq 5 fərqli və ya bərabər əllər gəldiyində "Ürək, Qara Ürək (Pik də deyilir), Kərpic, Xaç (Gəşniş də deyilir)" sıralaması tətbiq olunur. Oyunun başlanğıcında maksimum məbləğ müəyyən edilir.
Polder
Polder —( holl. polders - bəndlə əhatələnmiş sahə ) Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz səviyyəsindən alçaqda yerləşən ovalıqların qurudulmuş və mənimsənilmiş sahəsi. Bu ərazilər əvvəllər dənizin dibi olmuşdur. Sonralar bu ərazilərdəki sular qurudulmuş və antropogen mənşəli düzənliklər yaradılmışdır. Polderlərdə suyun səviyyəsi drenaj və dənizin və çayların basmasından süni tirələr, bəndlər, dambalar ilə qorunur. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.
Pskem
Pskem çayı (özb. Piskom) — Özbəkistanın Daşkənd vilayəti ərazisindən axır. Çayın uzunluğu 70 km, hövzəsinin sahəsi 2540 km² təşkil edir. Çay öz başlangıcını 1485 metr yüksəklikdən götürür. Boqistok qəsəbəsi yaxınlığında isə 870 metr yüksəkliyində Çarvak su anbarına tökülür. Çay əsasən qar və buzlaq suları ilə qidalanır == Coğrafi təsviri == Pskemin mənbəyi Talas Alatausunun Qazaxıstan və Özbəkistan yüksəkliklərindən başlayır. Burada çayın Maydantal və Oyqainq çaylarının birləşməsindən əmələ gəlir. Yuxarı axarlarda çay dərin və ensiz dərə ilə axır. Aşağı axarlarda isə yataq olduqca genişlənir. Sonradan çay Pskem vadisi ilə axır.
Pоreç
Pоreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Qolem
Qolem (ivr. ‏גולם, goilem‏‎) əfsanələrdə ruhu olmayan, əsasən gildən və ya torpaqdan yaradılan bir canlıdır. Orta əsrlərdə tanrının adlarının fərqli formada deyilməsi, bu sözləri yaradan hərflərin fərqli formada düzülməsi və ya bunların bir kağıza yazılaraq düzəldilən tilsimlərlə qolem yaradılmasına bağlı bir çox əfsanə yaranmışdır. Bir yəhudi əfsanəsinin qəhrəmanıdır, Talmudda Adəmin ruh üfürülmədən əvvəl bir qolem olduğu yazılır. Yəhudi folklorunda qolemlər, əsasən insan forması verilmiş palçıqdan düzəldilir. Ruhları yoxdur, zəkaları düşük səviyyədədir. Qolem sözü ivrit dilində "axmaq" sözündən törədilib (ivr. ‏גולם, goilem‏‎). Əsas məqsədi yaradıcısını qorumaqdır. İnanca görə haham Judah Loew ben Bezalel tərəfindən gildən bir heykəl düzəldildi və yəhudi xalqını qorumaq üçün canlandırıldı.
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Rodel
Rodel (fr. Rodelle, oks. Rodesla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Adi göyəm
Göyəm (lat. Prunus spinosa) — gülçiçəklilər fəsiləsinin gavalı cinsinə aid çiçəkli bitki növü. == Paylanma == Növün vətəni Avropa, Qərbi Asiya və şimal-qərb Afrikadır. == Meyvəsi == Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, "ternovka" adlı spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.[mənbə göstərin]Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir.
Ardem Pataputyan
Ardem Pataputyan (ing. Ardem Patapoutian; 2 oktyabr 1967, Beyrut, Livan) — Erməni əsilli ABŞ molekulyar bioloq və neyrobioloqu. Hovard Hyuz Tibb İnstitutunda (HHMI) çalışır. Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı (2021). == Həyatı == Ardem Pataputyan 2 oktybar 1967-ci ildə Beyrutda, erməni ailəsində anadan olmuşdur. 1986-cı ildə ABŞ-yə mühacirət etməmişdən öncə bir il müddətində Beyrut Amerika Universitetində təhsil almışdır. Los-Anceles Kaliforniya Universitetini bitirmiş, 1990-cı ildə sitologiya və inkişaf biologiyası sahəsində bakalavr dərəcəsinə 1996-cı ildə isə Kaliforniya Texnologiya İnstitutunda fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür. Aspirant olarkən Paputyan San-Fransisko Kaliforniya Universitetində Lui Rayhardla birlikdə çalışmışdır. 2000-ci ildə o Skripps Elmi-Tədqiqat İnstitutunda dosent olmuşdur. 2000-2014-cü illərdə əlavə olaraq Novartis tədqiqat fondunda da işləmişdir.
Aygün (poema)
Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir. == Süjet == Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır.
Boden (göl)
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Boden gölü
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Bulbophyllum apodum
Bulbophyllum apodum (lat. Bulbophyllum apodum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum apodum növü Sikkimdən Sakit okeanın cənub-qərb hissələrinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum apodum var. lanceolatum Ridl. Bulbophyllum balapiuense J.J.Sm. Bulbophyllum ebulbe Schltr. Bulbophyllum ebulbum King & Pantl. Bulbophyllum humiligibbum J.J.Sm. Bulbophyllum nigroscapum Ames Bulbophyllum polypodioides Schltr.
Codex Cumanicus
Kodeks kumanikus — XIV əsrdə xristian missionerlər tərəfindən toplanmış və hazırlanmış Kuman-qıpçaq dilində əsər. Codex Cumanicus, katolik missionerlərin köçəri türk xalqı olan Kumanlarla ünsiyyət qurmalarına kömək etmək üçün hazırlanmış orta əsrlərə aid linqvistik kitabdır. O, hazırda Venesiyada, Müqəddəs Mark Kitabxanasında saxlanılır (BNM ms Lat. Z. 549 (=1597)). Kodeks 14-cü əsrdə Krımda yaradılmışdır və Krım tatar dilinin ən qədim attestasiyalarından biri hesab olunur ki, bu da Qıpçaq və Oğuz ləhcələrinin tarixi üçün böyük əhəmiyyət kəsb edir. Kodeks birbaşa Qara dəniz ətraflarında, xüsusən Krım yarımadasında yaşamış olan qıpçaqlarla (polovtsi və ya kumanlarla) əlaqəlidir."Kodex Kumanikus" adı ona təsadüfən 14-cü əsrdə əlyazmanı kəşf edən, Macarıstanda məskunlaşmış Kumanların nəslindən olan Qraf Kun tərəfindən verilmişdir, lakin lüğətin mətnində belə deyilir: "Bu tatar til" - "Bu tatar dilidir". Krım tatarlarının müasir dilinə yaxın danışıq dili əsasında missionerlər tərəfindən tərtib edilmişdir. Lakin Vasili Radlov kodun yazıldığı dilin Kazan-tatar dili olduğuna inanırdı. Məcəllənin əsas məqsədi praktik idi: missionerlər üçün türk dilini öyrənmək və Qızıl Orda əhalisini xristianlıqla tanış etmək. == Əlyazması == Əlyazması İtaliyadakı Venesiya Markiana Milli Kitabxanasındakı Biblioteca Divi Marci – Biblioteca Nazionale di S. Marco – Biblioteca ad templum Divi Marci Venetiarum, Venezia, Mss.
Codex Leicester
Lester kodeksi — Leonardo da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusudur. Bu indiyə kimi dünyada satılmış ən bahalı kitabdır. 1994-cü ildə Bill Geyts "Lester kodeksi"ni 30 802 500 ABŞ dollarına almışdır. Kitabda intibah dövrünün düşüncə tərzi, elm və incəsənət arasında əlaqə, elm adamlarının yaradıcıllığı və s. öz əksini tapmışdır.
Codex Seraphinianus
İlk dəfə 1981-ci ildə nəşr olunan Codex Seraphinianus (azərb. Kodeks Serafini‎), İtalyan rəssam, memar və sənaye dizayneri Luiqi Serafini tərəfindən 1976–1978-ci illər arasında hazırlanan xəyali bir dünyanın illüstrasiyalı,2 cildlik ensiklopediyası. Təxminən 360 səhifədən ibarət olan əsər, rəssamın özü tərəfindən şifrələnmiş bir dildə yazılmışdır.İlk öncə İtaliyada nəşr olunan əsər, digər ölkələrdə də nəşr olunmuşdur. Kitabın ən fərqli tərəfi isə tamamilə qarışıq vəşifrəli yazı sistemi ilə yzılmasıdır. Kitabda həmçinin olduqca qeyri-adi və qəribə illüziya və karikaturalar da vardır. == Təsviri == Bu əlyazma ilə olan ensiklopedik kitabda əl ilə çəkilən və quru boya ilə rənglənmiş flora, fauna, anatomiya, moda və qidaya aid bir çox qəribə və qeyri-adi təsvirləri yer alıb. Kitab, hələ məlum olmayan dildə yazılmış Voyniç əlyazması, Xorxe Luis Borxesin "Tlön, Uqbar, Orbis Tertius" hekayəsi, Maurits Korneles Eşer və İeronim Bosxun hekayəsi ilə müqayisə olunur.Şəkillər daha çox real dünyada mövcud olan şeylərin sürreal parodiyaları kimi qəbul edilir. Bu şəkillərə qanayan meyvə, təxminən stul kimi böyüməyə başlayan və sonra çevrilən çevrilən bitki, cütləşdikdən sonra timsaha çevrilən cütlük kimi nümunələr verilə bilər. Həmçinin qəribə, zahirən mənasız, əksərən incə görünüşlü, kiçik liflərdən ibarət texniki qurğular təsvir edilir. Xəritə və ya insan üzü kimi asanlıqla tanınan illüstrasiyalarda var.